Şauni (ing. Shawnee) - Şimali Amerikanın alkoqinlər qrupuna aid hindu xalqı. Ehtimala görə, xalqın adı "cənublu" mənasını verən alkoqin sözü olan şauan dan götürülüb. Onların dili Şoni adlanır. İlk əvvəl indiki Ohayo, Qərbi Virciniya, Merilendin qərbi, KentukkiPensilvaniya ştatlarının ərazilərində məskunlaşmışlar. İrokezlər tərəfindən sıxışdırılıb çıxarılsalar da, bir neçə dəfə köçürülmədən sonra yenidən Ohayo ştatı ərazisində məskunlaşmışdılar. Sonralar şaunilər Missuriyə deportasiya olunmuş , ağların axınından sonra isə KanzasOklahoma da məskunlaşmışdılar. Hal-hazırda 6000 nəfərə yaxın şauni nümayəndəsi vardır. Onlar əsasən Oklahoma ştatında məskunlaşmışlar.

Şauni
Sayları və yaşadığı ərazilər
Dili şauni dili
ingilis dili
Dini ənənəvi dinləri və xristianlıq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məşhur şaunilər

redaktə

Şauni döyüşçüsü Tekumse və onun qardaşı Tenskvatava şərq tayfalarını ağlara qarşı mübarizə üçün birləşdirməyə çalışmışlar. Məğlubiyyətə uğradılaraq, Oklahomaya köçürülmüşdürlər.

İstinadlar

redaktə