İkinci Kappel müharibəsi

Vikipediya, azad ensiklopediya
SpinnerLaserzthe2nd (müzakirə | töhfələr) ((GR) File:Zurich-coat of arms.svgFile:Wappen Zürich matt.svg) tərəfindən edilmiş 04:55, 16 yanvar 2023 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
İkinci Kappel müharibəsi
İsveçrədə reformasiya
Kappel döyüşünün təsviri. 11 oktyabr 1531-ci il
Kappel döyüşünün təsviri. 11 oktyabr 1531-ci il
Tarix 11 oktyabr 1531 (1531-10-11)
Yeri İsveçrə
Nəticəsi Katoliklərin qələbəsi
Münaqişə tərəfləri

İkinci Kappel müharibəsi (alm. Zweiter Kappelerkrieg‎) — 1531-ci ildə, İsveçrədə reformasiya zamanı İsveçrə İttifaqının protestantkatolik kantonları arasında baş vermiş silahlı münaqişə.

Bu, Birinci Kappel müharibəsinin davamı idi 1529-cu ildə hərbi əməliyyatlar başlamadan başa çatan Birinci Kappel sülhü ümumi mənzərədə Sürixin başçılıq etdiyi protestantların xeyrinə idi.[1] Eyni zamanda, Sürixin faktiki rəhbəri Ulrix Svinqli sülhdən narazı qalmış və reformasiyanı bütün İsveçrəyə yaymaq üçün hərbi əməliyyatları bərpa etməyi planlaşdırırdı.[2]

Beş katolik kantonu Habsburqların hakimiyyətlə olduğu Müqəddəs Roma imperiyası ilə ittifaq qurduqdan sonra SürixBern bu kantonları iqtisadi blokadaya salmışdır. Buna cavab olaraq, katolik kantonları qoşunlarını səfərbər edərək Sürixə doğru yürüş etmişdir. Bern Sürixə dəstək göndərməmişdi,[1] buna görə də onun qüvvələri katoliklərdən daha zəif idi. 11 oktyabr 1531-ci ildə Kappel yaxınlığında 7-8 min katolik ordusu ilə və 1,200–2,000 nəfərdən ibarət Sürix qüvvələri arasında döyüş baş tutmuşdur.[3][4] Döyüşdə protestantlar məğlub olmuş, aralarında Ulrix Svinqli də olmaqla 500 nəfər həlak olmuşdur. Onun cəsədi ertəsi gün tapılmış, dörd hissəyə bölünmüş və yandırılmışdır. Ardınca onun külləri murdarlanmışdır.[4][5]

Kappel döyüşündən sonra Bern və digər kantonlar Sürixin köməyinə gəldilər. 15 oktyabrda protestant kantonları yeni yürüşlərə başlamışdırlar. Zəif nizam-intizam səbəbindən irəliləmə yavaş idi, 23 oktyabrda Sürix qoşunları Mensingen yaxınlığında düşərgə salmışdılar. Gecə düşərgə hücuma məruz qalmış, protestantlardan 600-ə itki olmuşdur və geri çəkilməyə məcbur qalmışdılar. Noyabr ayında neytral kantonların vasitəçiliyi ilə sülh danışıqları başlamışdır. İkinci Kappel sülhü protestantlar üçün sərfəli olmşdur. Müqaviləyə görə, artıq protestantlığı qəbul etmiş kommunalar öz dinlərini saxlaya bilərdilər, lakin əksər ərazilərdə katoliklər üstünlük qazanmışdır. Protestantların üstünlük təşkil etdiyi strateji əhəmiyyətli yaşayış məntəqələri zorla katolik elan edilmişdir. İkinci Kappel sülhünün nəticələrinə görə İsveçrənin dini xəritəsi uzun müddət sabitləşmişdir.

  1. 1 2 Michael W. Bruening. Calvinism's first battleground: conflict and reform in the Pays de Vaud, 1528-1559. 4 (Studies in early modern religious reforms). Springer. 2005. 34. ISBN 9781402041938.
  2. William Roscoe Estep. Renaissance and Reformation. Wm. B. Eerdmans Publishing. 1986. 192. ISBN 9780802800503.
  3. Вторая каппельская война Arxivləşdirilib 2008-05-31 at the Wayback Machine в Историческом словаре Швейцарии (alm.)
  4. 1 2 Егер, Оскар. Битва при Каппеле, 1531 г. // Всемирная история: В 4 томах. 3. С.-Петербург: Специальная литература. 1997–1999.
  5. R. Ward Holder. Crisis and Renewal: The Era of the Reformations (Westminster history of Christian thought). Westminster John Knox Press. 2009. 109. ISBN 9780664229900.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]