Bred Pitt
Bred Pitt | |
---|---|
ing. Brad Pitt | |
Doğum adı | William Bradley Pitt |
Doğum tarixi | |
Doğum yeri | Şauni, Oklahoma, ABŞ |
Həyat yoldaşı |
|
Uşaqları | 6 (Şilo Nouvel Coli-Pitt, Knoks Leon Coli-Pitt, Vivienne Marşelin Coli-Pitt daxil olmaqla) |
Partnyorları |
|
Fəaliyyəti | televiziya aktyoru, kino aktyoru, film prodüseri, kinorejissor, səsləndirmə aktyoru[d], model[d], icraçı prodüser[d], televiziya prodüseri[d], rejissor, prodüser, aktyor |
Fəaliyyət illəri | 1987-ci ildən |
Təhsili | |
Boyu | 180 sm |
Mükafatları | |
IMDb | ID0000093 |
Vikianbarda əlaqəli mediafayllar |
Bred Pitt (Uilyam Bredli Pitt, 18 dekabr 1963[1][2][…], Şauni[d], Oklahoma[3]) – məşhur ABŞ kinoaktyoru, prodüseri, film səsləndiricisi.
1995-ci ildə "12 Meymun" kinofilmindəki 2-ci planda canlandırdığı obraza görə Qızıl qlobus mükafatına, "12 İllik əsarət" filminə görə 2014-cü ilin ən yaxşı prodüseri Oskar Mükafatına və 2020-ci ildə Bir vaxtlar Hollivudda filmindəki ən yaxşı 2-ci plan kişi roluna görə Oskar mükafatına layiq görülmüşdür. Həyat yoldaşları – Ancelina Coli (2014–2016); Cennifer Eniston (2000–2005). Üçü bioloji olmaqla altı uşaq atasıdır.
Həyatı
[redaktə | vikimətni redaktə et]Pitt 1963-cü ilin Dekabrın 18-də Oklahoma ştatının Şauni şəhərində anadan olub. Atası Ulliam Pitt yükdaşıma şirkətinin birində menecer, anası isə məktəbdə müəllimə vəzifəsində çalışıb. Bred anadan olduqdan bir müddət sonra Pitt ailəsi Missuri ştatının Sprinqfild şəhərinə köçür və o burada özündən yaşca kiçik olan qardaşı və bacısı ilə birlikdə böyüyür. Məktəbdə Bred bir neçə idman növü ilə məşğul olur. Bir neçə intellektual klubların aktiv üzvünə çevrilir. Məktəbi bitirdikdən sonra təhsilini 1982-ci ildə qəbul olduğu Missuri Universitetinin jurnalistika fakültəsində davam etdirir, lakin universitetdən məzun olmağa az müddət qalmış Bred öz gələciyini jurnalistika sahəsində görməyərək,Hollivud ulduzu olmaq kimi bayağı bir istəklə filmlərin vətəninə-Los Angeles şəhərinə üz tutur. Burada o aktyorluq dərsləri keçir və həmçinin öz maddi imkanlarını ödəmək üçün "El Pollo Loco" restoranlar şəbəkəsinin toyuq kostyumunda reklam edilməsi, sürücü kimi vəzifələrdə çalışır.
Karyera
[redaktə | vikimətni redaktə et]İlkin
Bredin karyerası 1987-ci ildə "Çıxış yolu yoxdur","Neytral xətt" "Başqa Dünya" kimi teleseriallarda epizodik rollarda çəkilməklə başlayır. Daha sonra isə o dövr artıq kifayət qədər populyarlıq qazanmış "Dallas" teleserialının bir seriyasında rol alır. Növbəti ildə isə Bred gələcəyin digər Hollivud ulduzu Conni Depp ilə "21 Jump Street" adlı serialda yer alır.
1988-ci ildə müalicəsi olmayan dəri xəstəliyindən əziyyət çəkən bir Amerikalı gəncdən bəhs edən "Günəşin qaranlıq tərəfi" adlı filmdə baş rol alır, lakin filmin çəkilişlərinin, montaj işlərinin keçmiş Yuqoslaviya dövlətindəki baş vermiş daxili çəkişmələrə təsadüf etməsi səbəbindən, onun yalnız 1998-ci ildə ərsiyə gəlməsinə gətirib çıxarır. Pitt 1989-cu ildə "Happy Together" və "Cutting Class" adlı yeniyetmə filmlərində baş və aparıcı rollara çəkilir.
Növbəti il Pitt aktrisa Culietta Luis ilə birlikdə "Ölmək üçün çox gəncsən?" filmində narkotik audəçisi rolunu əks etdirir.1991-ci ildə Pitin gələcək karyerasının parlamasına və daha geniş auditoriyada tanınmasına səbəb olan "Ən yaxşı qadın iştirakçısına görə Oskar mükafatı"na layiq görülmüş Cina Devis ilə birlikdə çəkildiyi "Telma və Luiza" adlı film ərsəyə gəldi.1993-cü ildə daha əvvəlki filmdə də ekranları bölüşdürdüyü aktrisa Culietta Luis ilə triller janrında olan "Kalifornia" filmi ilə karyerasının ilkin pillələrinin son mərhələlərini tamamlamış olur.
Uğura gedən yol
Pitt-in uğurunun əsas dönüş nöqtəsi Anna Raisin eyniadlı romanı əsasında çəkilmiş "Vampirlə Müsahibə" filmində 200 yaşlı vampirin bir jurnalistə öz həyat hekayəsindən bəhs edən obrazı ilə tamamlanır. Film 1995-ci il MTV Film Mükafatı müsabiqəsində 2 mükafata layiq görülüb. Həmən ərəfələrdə Pitt artıq ona ilk ən yaxşı aktyora görə Qızıl Qlobus mükafatına namizədliyini bərqərar edən Cim Xarrisonun eyni adlı romanı əsasında çəkilmiş "Payızın əsatirləri" adlı filmdə o zamanlar artıq kifayət qədər şöhrət qazanan Entoni Xopkins-in canlandırdığı polkovnikin oğlu rolunda çəkilmək ona nəsib olur.
1995-ci ildə qaranlıq detektiv triller obrazında Devid Finçerin rejissorluğu əsasında çəkilmiş "Yeddi" filmində Morqan Friman ilə yeddi ölümcül günahla bağlı olan ardıcıl bir neçə qətl hadisəsini araşdıran iki detektiv rolunu bölüşdürür. Aktyorun özü filmi möhtəşəm adlandırır və bu filmdəki rolunun onun aktyorluq qabiliyyətinin genişləndirməsində çox böyük rol oynadığını vurğuluyur.
1999-cu ildə Devid Finçerin rejissorluq etdiyi XX əsrin sonunun ən səs küylü filmi hesab edilən, Çak Palanikin eyniadlı əsəri əsasında çəkilən "Döyüşçü klubu" filmində 30 yaşlı siğorta agentliyində işləyən filmin baş qəhrəmanı ilə tanış olan Tayler Dörden adlı personajı canlandırır.
Filmoqrafiya
[redaktə | vikimətni redaktə et]- Freddinin qarabasmaları (1988–1990)
- Telma və Luiza (1991)
- Vampirlə müsahibə (film 1994)
- Payız əsatirləri (1994)
- On iki meymun (1995) (Qızıl Qlobus mükafatı)
- Yeddi (1995)
- Yatmışlar (1996)
- İblisin özü (1997)
- Yeddi il Tibetdə (1997)
- Tanış olun, Co Blek (1998)
- Con Malkoviç olmaq (1999)
- Döyüş klubu (1999)
- Qapışma (2000)
- Meksikalı (2001)
- Casus oyunları (2001)
- Ouşenin 11 dostu (2001)
- Dostlar (2001)
- Troya (2004)
- Ouşenin 12 dostu (2004)
- Mister və missis Smit (2005)
- Babil (2006)
- Ouşenin 13 dostu (2007)
- Cessi Ceymsin qorxaq Robert Ford tərəfindən öldürülməsi(2007)
- Bencamin Battonun müəmmalı hekayəsi (2008)
- Oxuyandan sonra yandırmaq (2008)
- Şərəfsiz əclaflar (2009)
- Meqazəka (2010)
- Həyat ağacı (2011)
- Moneyball (2011)
- Xoşbəxt ayaqlar 2 (2011)
- Nəzakətlə öldürmək (2012)
- Dünya müharibəsi Z (2013)
- 12 İllik əsarət (2013)
- Məsləhətçi (2013)
- Qəzəb (2014)
- Aşağılayıcı oyunlar (2015)
- Müttəfiqlər (2016)
- Döyüş maşını (2017)
- Dedpul 2 (2018)
- Bir vaxtlar Hollivudda (2019)
- Ulduzlara doğru (2019)
Mənbə
[redaktə | vikimətni redaktə et]Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- ↑ Brad Pitt // Encyclopædia Britannica (ing.).
- ↑ Brad Pitt // filmportal.de. 2005.
- ↑ https://www.okhistory.org/publications/enc/entry?entry=PI014.