Andrey Qromıko
Andrey Qromıko | |
---|---|
belar. Андрэй Андрэевіч Грамыка | |
15 fevral 1957 – 2 iyul 1985 | |
24 mart 1983 – 2 iyul 1985 | |
2 iyul 1985 – 1 oktyabr 1988 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 5 (18) iyul 1909 |
Doğum yeri |
|
Vəfat tarixi | 2 iyul 1989[1] (79 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya |
|
Fəaliyyəti | siyasətçi, diplomat, iqtisadçı, memuarçı |
Dini | ateizm |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | |
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Andrey Qromıko (rus. Громыко, Андрей Андреевич, 5 (18) iyul 1909, Starıe Qromıki[d], Qomel qəzası[d], Mogilyov quberniyası[d], Rusiya imperiyası[2] – 2 iyul 1989[1], Moskva[3]) — SSRİ-nin tanınmış dövlət xadimi, SSRİ dövrünün görkəmli diplomatı. SSRİ-nin xarici işlər naziri.
Həyatı
Andrey Qromıko 18 iyul 1909-cu ildə Qomel vilayətinin ucqar bir kəndində anadan olub.
Andrey Qromıkonun siyasi karyerasının başlanğıcının maraqlı tarixçəsi var. 30-cu illərdə SSRİ Xalq Xarici İşlər Komissarlığında Stalin tərəfindən aparılan represiyalar və təmizləmələrdən sonra bu quruma yeni kadrların cəlb olunması məsələsi Molotova həvalə olunub. Molotov ciddi seçimlərdən sonra namizədlərin siyahısını Stalinə təqdim edib. Stalin siyahını nəzərdən keçirərkən Qromıkonun adı üzərində dayanıb: "Bu soyad mənim xoşuma gəlir".
Beləliklə, Andrey Qromıko 1939-cu ilin may ayında Xarici İşlər Komissarlığında Amerika ölkələri üzrə şöbənin müdiri vəzifəsinə təyinat alıb.
Andrey Qromıko qısa bir müddət ərzində öz işinin bilicisi kimi tanınıb, Kremlin etibar edəcəyi siyasətçi kimi dövlətin siyasi kursunun müəyyənləşdirilməsində əsas söz sahiblərindən birinə çevrilib. Bunun nəticəsi olaraq o, şəxsən Stalinin təşəbbüsü ilə Vaşinqtona səfir təyin edilib, Amerika Birləşmiş Ştatları ilə çox da isti olmayan münasibətlərin yaxşılaşdırılması kimi vacib bir məsələ məhz ona həvalə edilib.
İkinci dünya müharibəsi ərəfəsində Amerika ilə SSRİ arasında əsas körpü rolunu oynayan Qromıko bir çox əhəmiyyətli siyasi tədbirlərin, o cümlədən Yalta görüşünün təşkilatçılarından biri olub.
Andrey Qromıko 1957-ci il fevralın 15-də SSRİ-nin xarici işlər naziri təyin edilib. Bu təyinatın ömrü düz 28 il, 1985-ə kimi davam edib.1985-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri seçilib.1983–1985-ci illərdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini çalışmışdır
Andrey Qromıko 1989-cu ildə 80 yaşına üç gün qalmış Moskva şəhərində vəfat edib. O, özünün vəsiyyəti, doğmalarının xahişi ilə Moskvada Novodeviçye qəbirstanlığında dəfn olunub.
İstinadlar
- ↑ 1 2 Andrej Andrejewitsch Gromyko // filmportal.de. 2005.
- ↑ 1 2 Громыко Андрей Андреевич // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #118857886 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- 18 iyulda doğulanlar
- 1909-cu ildə doğulanlar
- Moqilyov quberniyasında doğulanlar
- 2 iyulda vəfat edənlər
- 1989-cu ildə vəfat edənlər
- 79 yaşında vəfat edənlər
- Moskvada vəfat edənlər
- Novodeviçye qəbiristanlığında dəfn olunanlar
- Sovet İttifaqı Kommunist Partiyasının üzvləri
- İqtisad elmləri doktorları
- Sosialist əməyi qəhrəmanları
- "Lenin" ordeni ilə təltif edilənlər
- 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni ilə təltif edilənlər
- SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər
- "Şərəf nişanı" ordeni ilə təltif edilənlər
- "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı ilə təltif edilənlər
- "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı ilə təltif edilənlər
- "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı ilə təltif edilənlər
- "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı ilə təltif edilənlər
- "Əmək veteranı" medalı ilə təltif edilənlər
- "SSRİ Silahlı Qüvvələrinin 60 illiyi" yubiley medalı ilə təltif edilənlər
- "Moskvanın 800 illik xatirəsinə" medalı ilə təltif edilənlər
- "Ağ şir" ordeni kavalerləri
- Xose Marti Milli ordeni kavalerləri
- "Macarıstan Xalq Respublikasının bayrağı" ordeni kavalerləri
- "Azadlıq günəşi" ordeni (Əfqanıstan) kavalerləri
- "Lenin" mükafatı laureatları
- SSRİ Dövlət mükafatı laureatları
- Peru günəşi ordeni böyük xaçı kavalerləri
- Peru günəşi ordeni kavalerləri
- "Georgi Dimitrov" ordeni kavalerləri
- Əlifba sırasına görə vəzifəli şəxslər