İlbizlər

Vikipediya, azad ensiklopediya
(Gastropoda səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
İlbizlər
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Ranqsız:
Tipüstü:
Sinif:
İlbizlər
Beynəlxalq elmi adı

İlbizlər (lat. Gastropoda) — heyvanlar aləminin molyusklar tipinə aid heyvan sinfi.

Ümumi xarakteristikası

[redaktə | vikimətni redaktə et]

Növlərin böyük əksəriyyəti dəniz və okeanlarda, qismən də şirin su hövzələrində və quru mühitdə yayılmışdır. Az bir qisim növlər isə parazit həyat tərzi keçirməyə uyğunlaşmışlar. Bədən ölçüləri müxtəlif olub, 2–3 mm-dən bir neçə santimetrə qədərdir. Ən iri formalarından biri önqəlsəməlilər yarımsinfinə aid olan Hemifusus proboscidiferus növüdür ki, çanaq ilə birlikdə ölçüsü 60 sm-dir.

Xarici quruluşu

[redaktə | vikimətni redaktə et]

Qarınayaqlıların bədəni üç hissədən ibarətdir: baş, gövdə və ayaq Baş gövdədən aydın şəkildə ayrılır və üzərində bir cüt göz vardır. Gövdə əsasən kisə şəklindədir. Ayaq hissə əzələli olub, gövdənin altında yerləşmişdir. Pelagik həyat tərzi keçirən qarınayaqlı molyuskların ayağında üzməyə xidmət edən enli yan çıxıntılar vardır. Qarınayaqlıların bədəninin bel hissəsində çanaq vardır. Əksər növlərdə çanaq spiral şəklində burulmuşdur. Assimetrik quruluşdadırlar. Bir çox qarınayaqlılarda çanaq az və ya çox dərəcədə reduksiya olunur, bəzilərində isə tamamilə olmur. Çanaq konxial, çini və sədəf qatlarından ibarədir. Onlardan çini qat daha yaxşı inkişaf etmişdir. Qarınayaqlılarda, bir neçə növ müstəsna olmaqla sədəf qatı həmişə yaxşı inkişaf etmir. Dəniz qulaqcığında (Haliotis) sədəf qatı güclü inkişaf etmişdir. Çanağın ən qurtaracaq hissəsi qapalı olub, təpə və ya zirvə adlanır. Buradan molyusk başını və ayağını xaricə çıxararaq mühitdə səmtləşir.

Başın ön tərəfində ağız dəliyi yerləşir. O isə öz növbəsində udlağa açılır. Ağız boşluğu və udlağın sərhədində çənə yerləşmişdir. Çənə təkdir, qövsşəkilli əyilmişdir və tilli olmaqla qidanın xırdalanmasında iştirak edir. Udlaq əzələli divara malikdir və onun dərinliyində radula adlanan hərəkətli diləbənzər çıxıntı yerləşmişdir. Radula çoxlu miqdarda dişçiklərlə təchiz olunmuşdur və ağızdan xaricə çıxmaq qabiliyyətinə malikdir. İlbiz qidasını bu dişciklərlə qaşıyaraq qəbul edir. Udlaqdan sonra qısa qida borusu yerləşir. Qida borusu genişlənərək çinədan əmələ gətirir. Çinədan daralaraq mədəyə keçir. Mədə adlanan hissə orta bağırsağı əhatə edir və buraya qaraciyər axarları açılır. Qaraciyər güclü inkişaf etmişdir və bir neçə funksiyanı yerinə yetirir. Qaraciyər fermentlər ifraz edərək qidanın həzmində iştirak edir. Mədədə həll olunan qida axarları qaraciyərə daxil olur. Burada qida həzm olunur, bədənə sorulur. Həzm olunmayan qida hissəcikləri yenidən mədəyə qayıdır və oradan arxa bağırsaq vasitəsilə xaric olunur. Qaraciyər digər tərəfdən piy və qlikogen şəklində ehtiyat qida maddəsi toplamaq xassəsinə də malikdir. Orta bağırsaq entodermal, arxa bağırsaq isə ektodermal mənşəlidir. Düz bağırsaq anal dəlik ilə nəhayətlənir. Anal dəliyi bədənin ön hissəsində ağız dəliyinin yaxınlığında yerləşmişdir.

Tənəffüs sistemi

[redaktə | vikimətni redaktə et]

Qarınayaqlılarda tənəffüs orqanı mantiya boşluğunda yerləşən ktenidlərdir. Ktenidlər qəlsəmə oxundan və qəlsəmə vərəqlərindən ibarətdir. Qəlsəmələrin əsasında osfradilər yerləşir. Sağdakı ktenidilər assimetrik quruluşla əlaqədar reduksiya olunur. Ağciyər mantiya büküşünün bir hissəsinin zəngin qan damarları ilə təchiz olunması nəticəsində əmələ gəlmişdir. Hava tənəffüs dəliyindən daxil olu və qazlar mübadiləsi baş verir.

Qan-damar sistemi

[redaktə | vikimətni redaktə et]

Ürək mantiya boşluğunun arxa tərəfində perikardium adlanan ürəkətrafı boşluqda yerləşmişdir. Ürək iki hissədən: qulaqcıq və mədəcikdən ibarətdir. Molyuskun ürəyində arterial qan olur. Mədəcikdən aorta uzanır və şaxələnərək kapilyarları əmələ gətirir. Mədəciyin yığılması nəticəsində qan aortaya daxil olur. Aorta iki şaxəyə- baş aortasına və daxili orqanlara gedən aortaya ayrılır. Bu damarlar başa, mantiyaya, ayağa və digər orqanlara gedən arteriyalara ayrılır. Qəlsəmələrdə qan oksidləşir və ürəyin qulaqcığına daxil olur. Sonra qan klapanlı dəlik vasitəsilə ürəyin mədəciyinə keçir. Beləliklə, qan bədəndə belə dövran edir.

Əksər növlərdə 6 cüt sinir düyünündən ibarətdir. Onlardan bir cütü başda udlağın altında, qalanlar isə ayaq və gövdənin müxtəlif nahiyələrində yerləşirlər. Müxtəlif sinir düyünləri bir-birilə ilə konnektivlərlə, cüt sinir düyünləri isə bir-birilə kommisurlar vasitəsilə birləşirlər. Tənək ilbizində sinir sisteminin əsasını cüt və tək sinir düyünləri təşkil edir. Bu düyünlərdən bir cütü baş və ya serebral düyün adlanıb udlağın üstündə yerləşmişdir. Bu düyün başı, gözü, hiss orqanlarını və statosisti sinirləndirir. İkinci cüt sinir düyünü plevral düyün adlanır və mantiyanın ön hissəsini sinirləndirir. Üçüncü cüt sinir düyünü pedal düyünü adlanır və ayağı sinirləndirir. Bunlarla yanaşı, tək parietal, pallial və abdominal düyünləri də vardır ki, onlar bir çox orqanlara sinirlər verirlər.

Hiss orqanları

[redaktə | vikimətni redaktə et]

Qarınayaqlıların iybilmə, müvazinət və görmə kimi hiss orqanları vadır. Bu hiss orqanları qarınayaqlıların həyatında mühüm rol oynayır. Görmə orqanı olan gözlər mürəkkəb quruluşlu olub, hiss orqanlarının ya əsasında, ya da uc hissəsində olur. Suda yaşayan qarınayaqlıların mantiya boşluğunda qəlsəmələrin əsasında kimyəvi hiss orqanı-osfradilər yerləşir. Qarınayaqlılarda müvazinət orqanı olan statosistlər vardır. Statosistlər bədənin yanlarında pedal sinir düyününün yaxınlığında yerləşir və serebral sinir düyünləri ilə sinirləndirilir.

İfrazat sistemi

[redaktə | vikimətni redaktə et]

İfrazat funksiyasını selomoduktların şəkildəyişməsindən əmələ gələn böyrəklər yerinə yetirir. Böyrəklər perikardiumun yanında yerləşir. Onun kirpiklərlə örtülü olan qıfı vardır ki, prerikardium boşluğundan başlanır və mantiya boşluğuna açılır. İfrazat məhsulları böyrəkdə sidik turşusu şəklində yığılır və müəyyən müddətdən sonra ifrazat dəliyi vasitəsilə xaric olunur. İfrazat dəliyi anal dəliyinin yanında yerləşir.

Qarınayaqlıların bir qismi müxtəlifcinsli, bir qismi də hermafrotiddir. Cinsi vəzi-qonada təkdir. Cinsi aparatı sadə olan molyusklarda cinsi vəzilərin axarları olmur və cinsi məhsullar sağ böyrək vasitəsilə xaric olunur. Cinsi vəzi qaraciyər nahiyəsində yerləşir və ondan bir ümumi hermafrotid kanal çıxır.

Qarınayaqlılar üçün mayalanmış yumurtanın spiral bölünməsi xarakterikdir. İbtidai quruluşlu formaların yumurtalarından həlqəvi qurdların sürfəsinə oxşar sərbəst üzən troxofor sürfəsi inkişaf edir. Sonra sürfənin baş hissəsində kirpikli qurşaq inkişaf edir və bu mərhələ veliger adlanır. Veligerin bel tərəfində embrional qövqə əmələ gəlir. Anal dəliyi bədənin dal tərəfində, ağız dəliyi ilə bir səthdə yerləşir. Bu mərhələdə sürfənin torsiya adlanan çevrilməsi baş verir.

Qarınayaqlılar sinfi 3 yarımsinfə ayrılır:

  • Bəhlul Ağayev, Zülfiyyə Zeynalova. "Onurğasızlar zoologiyası", Təhsil-2008

Xaric keçidlər

[redaktə | vikimətni redaktə et]