Hipatiya
İskəndəriyyəli Hipatiya | |
---|---|
Ὑπᾰτία ἡ Ἀλεξάνδρεῖα | |
Doğum tarixi | təq. 360 |
Doğum yeri |
|
Vəfat tarixi | mart 415 |
Vəfat yeri | |
İstiqaməti | Neoplatonizm |
Əsas maraqları | astronomiya, riyaziyyat, mexanika, fəlsəfə |
Təsirlənib | Platon, Plotin, Aristotel, İskəndəriyyəli Diofant, Ptolemey |
Vikianbarda əlaqəli mediafayllar |
İskəndəriyyəli Hipatiya (yun, Ὑπᾰτία ἡ Ἀλεξάνδρεῖα; d. 370 – ö. 415) — yunan soylu filosof, riyaziyyatçı və astronom. İskəndəriyyə kitabxanasında fəlsəfə, riyaziyyat və astronomiya üzərinə dərslər vermişdir. Yeni-platonçuluğun İskəndəriyyə məktəbinin ardıcılı idi.
Həyatı və elmi
[redaktə | mənbəni redaktə et]Hipatiyanın atası Teon (yun. Θέων, 335 – 405) məşhur İskəndəriyyə kitabxanasının sonuncu başçısı olmuşdur. Onun zamanında bu kitabxananın fəaliyyətinə imperator fərmanı ilə son qoyulmuşdur. Teon Evklidin "Başlanğıclarını" redaktə edib dərc etmiş və Ptolemeyin "Almagets" əsərinə şərhlər yazmışdır.
Hipatiya riyaziyyatçı, astronom və filosof idi. O, alimliyi ilə tanınmış və müəllimlik etmişdir. Çox ağıllı və bilikli, hamı üçün ünsiyyətə açıq və sadə qadın olmuşdur. Fəlsəfəni öyrənmək istəyənlər onun dərslərinə gəlirdilər.[1]
O dövrdə Xristianlıq Romada hakim dinə çevrilmişdir. Dini fanatizm bütün imperiyanı bürümüş, xristianlar bütpərəst saydıqları antik mədəniyyəti və elmi darmadağın edir, alimləri və filosofları təqiblərə məruz qoyurdular. Antik mədəniyyətin mərkəzlərindən biri olan İskəndəriyyədə də bu proseslər gedirdi. Xristian fanatları Museyona hücum çəkmiş, onu dağıtmış və qədim kitabxananı yandırmışdılar.
Hipatiya isə o zaman dini fanatizmə qarşı çıxış etmişdir. O, İskəndəriyyənin siyasi həyatına fəal qatıldığına və şəhər başçısı Orestə yaxın olduğuna görə yerli xristian icmasının ona qarşı nifrəti ilə üzləşmişdir. Xristianlar onu bütpərəstlik, dinsizlik və əxlaqsızlıqda günahlandırmışdırlar. Hipatiyanın alimliyi, dini ehkamlara şübhələrlə yanaşması, dini fanatizmə qarşı çıxması, sərbəst davranışı xristianları qıcıqlandırırdı. Buna görə İskəndəriyyə yepiskopu, sonralar kilsə müqəddəsi elan olunmuş Kiril ona qarşı çıxış etmiş, onu çoxlu günahlarda ittiham etmişdir.
Sonda Kirilin fanatik tərəfdarları Hipatiyaya hücum çəkmiş, onu kilsəyə gətirərək orada diri-diri parçalayaraq edam etmişdilər. Güman edilir ki, bunu edənlər "parabalani" təriqətinin ardıcılları olmuşdurlar[2]. Bununla da Hipatiya sonralar formalaşan Avropa ictimai fikrində dini fanatizmin qurbanı və dini mövhumat və elmsizliyə qarşı mübarizənin simvoluna çevrilmişdir. Kirili təmizə çıxarmaq üçün kilsə xadimləri onun bu cinayətdə əli olmadığını iddia edirlər. Ancaq, o özü edamda iştirak etməsə belə, qatillərə mənəvi dəstək vermişdir[3].
Hipatiyanın ölümü haqqında antik yazar Sokrat Sxolastikus xəbər vermişdir. "Historia Ecclesiastica" adlı əsərində o belə yazmışdır[1]:
... Hipatiyanın tez-tez prefekt Orest ilə görüşməsi Xristianların xoşuna gəlmirdi. Onlar Hipatiyanı Orestlə yepiskop Kirilin arasını pozmağa cəhd etdiyini zənn edirdilər. Belə düşünən bir qrup fanatik, Peter adındakı şəbəkə liderləri ilə birlikdə Hipatiyanın evinin qarşısında pusqu quraraq onu gözləməyə başladılar. Hipatiya evə gələn kimi isə onu qaçırıb Sezareum adındakı bir kilsəyə apardıqdan, orada sonra tamamilə soyundurdular. Ardından onu daş-qalaq edərək öldürdülər. Daha sonra Hypatia'nın parçalanmış bədənini götürüb Kinaron adındakı bir yerdə yandırdılar. Bu da Kirilə və İskəndəriyyə kilsəsinə çox rüsvayçılıq gətirdi, çünki bu əməl İsanın ruhundan ilhamlananlar üçün yolverilməzdir. Bu olay Kirilin yepiskopluğunun dördüncü ilində baş vermişdir. |
Hipatiyadan sonra neoplatonizmin İskəndəriyyə məktəbi xristian ilahiyyatı mərkəzinə çevrilərək fəaliyyətini davam etdirmişdir.
Hipatiya düşüncənin, elmin və məntiqin dindən üstün olmasını iddia etmişdir. Hesab olunur ki, o areometr və astrolabiya (astronomik baxış keçirmək üçün cihazdır) cihazlarını daha da təkmilləşdirmişdir. Bəzi tədqiqatçılar hesab edirlər ki, Hipatiyanın müəllifliyi ilə tanınan əsərlərini o əslində atası Teonla birlikdə yazmışdır.
Əsərləri
[redaktə | mənbəni redaktə et]Güman edilir ki, Hipatiyanın adına yazılar əsərlərin çoxusunu o atası Teonla birlikdə yazmışdır. Onlar bizim zamanımıza gəlib çatmamışdır. Bu əsərlərin bəziləri:
- Riyaziyyatçı Diofantusun "Arifmetika" əsərinin 13-cü kitabına şərhlər;
- Riyaziyyatçı Perqalı Apolloninin "Koniklər" əsərinə şərhlər;
- Ptolemeyin "Almagesti" əsərinə atası Teon tərəfindən edilən şərhlərin redaktəsi;
- Evklidin "Elementlər" əsərinə atası Teon tərəfindən edilən şərhlərin redaktəsi;
- "Astronomik qanun" adlı kitabı.
Xatirəsi
[redaktə | mənbəni redaktə et]- Marsel Prust Within a Budding Grove (İtirilmiş zamanın axtarışında romanının 2-ci cildi) romanının ilk fəslinin son hissəsində: Hipatiya gələcəkdə formalaşan Avropa ictimai şüurunda dini təəssübkeşliyə, fanatizmə, barbarlığa və qaraguruhçuluğa qarşı mübarizə rəmzinə çevrilmişdir.
- 1853-cü ildə İngilis yazar Çarlz Kinqsli Hypatiaya ithaf olunan, "Hypatia və ya köhnə xislətli yeni düşmənlər" adlı romanını nəşr etdi. Kinqsli romanında Hypatianı "özünü bəyənmiş və erotik bir qəhrəman" olaraq təsvir etmişdi.
- 1884-cü ildə kəşf edilən bir asteroidə "238 Hypatia" adı verildi.
- 2 yanvar, 1893-də "Hypatia" adlı bir tamaşa səhnəyə qoyuldu. Haymarket Teatrı, London.
- 2009-cu ildə Hypatia'nın həyatını əks etdirən "Aqora" adlı film çəkildi. Bu filmi türk dilinə tərcümə edilmişdir.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 280-282. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 280-282. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.
- Parsons, Reuben (1892), "St. Cyril of Alexandria and the Murder of Hypatia" in Some Lies and Errors of History, Notre Dame, IND.: Office of the "Ave Maria", pp. 44–53.
- Richeson, A. W. (1940), "Hypatia of Alexandria", National Mathematics Magazine, Vol. XV, No. 2, pp. 74–82.
- Schaefer, Francis (1902), "St. Cyril of Alexandria and the Murder of Hypatia", https://www.ilkfilm.com/The Arxivləşdirilib 2019-01-27 at the Wayback Machine Catholic University Bulletin 8, pp. 441–453.
- Cain, Kathleen (1986), "Hypatia, the Alexandrian Library, and M. L. S. (Martyr-Librarian Syndrome)", Community & Junior College Libraries, Vol. 4(3) (Spring 1986), pp. 35–39.Film izle Arxivləşdirilib 2019-01-27 at the Wayback Machine
- Еремеева А. И. Гипатия — дочь Теона: Земля и Вселенная, 1970, № 1.
- Кингсли Ч., Маутнер Ф. Ипатия // Вступ. ст. П. Ф. Преображенского.
- Колчинский И.Г., Корсунь А.А., Родригес М.Г. Астрономы: Биографический справочник. — 2-е изд., перераб. и доп.. — Киев: Наукова думка, 1986. — 512 с.
- Лосев А. Ф. История античной эстетики, т. VII. — М., 1988.
- Полисфен. Под звёздами Александрии. — Киев: Содружество "Сердце", 1990. — 40 с. [1] https://www.ilkfilm.com/(недоступная ссылка с 12–05-2013 (1186 дней)).
Xarici bağlantılar
[redaktə | mənbəni redaktə et]- International Society for Neoplatonic Studies Arxivləşdirilib 2011-09-15 at the Wayback Machine
- Hypatia, Alexandria's Great Female Scholar Arxivləşdirilib 2014-01-04 at the Wayback Machine: from Smithsonian magazine
- HYPATIA, THE DAUGHTER OF THEON paper by Giovanni Costa
- Daşqalaq edilən qadın filosof — Hipatia
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 The Ecclesiastical History of Socrates Scholasticus Arxivləşdirilib 2000-08-17 at the Wayback Machine // Nicene and Post-Nicene Fathers, Series II, Vol. 2. Edinburgh: T&T Clark, 1886, pp. 403–404.
- ↑ Parabolani Arxivləşdirilib 2022-08-24 at the Wayback Machine. Catholic Encyclopedia Arxivləşdirilib 2022-08-24 at the Wayback Machine.
- ↑ Преображенский П. Ф. Вступление // Кингсли Ч., Маутнер Ф. Ипатия. Харьков: Паритет ЛТД, 1994.