Müzakirə:Ana səhifə/Arxiv/4
Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
Yeni Ana səhifə
Bu gündən AzVikinin yeni ana səhifəsi tətbiq olunur. Yeni Ana Səhifənin yaradılmasında bütün zəhməti keçən istifadəçilərə təşəkkür edirəm. Bundan sonra ana səhifədəki məqalələr, şəkillər, tarixdə bu gün bölməsi avtomatik olaraq yenilənəcək. Yeni layihə "Birgə iş" layihəsi yaradılıb. Dizayn dəyişiklikləri edilib. Təbii ki, yeni olduğuna görə səhifədə müəyyən qüsurlar, gözdən yayınan detallar ola bilər. Ona görə istifadəçilərdən xahiş edirəm ki, nə qeydləri varsa onları burda yazsınlar. --Sortilegus 12:56, 3 yanvar 2011 (UTC)
- Təbriklər.--Vago 06:39, 4 yanvar 2011 (UTC)
Əla! --Cek Li Taran 09:45, 5 yanvar 2011 (UTC)
- Yeni ana səhifəmiz mübarək. Görsənir ki çox iş görülüb. Bütün hazırlayanlara təşəkkürlər. --TimBits 14:02, 5 yanvar 2011 (UTC)
- Təbrik edirəm, sağ əli digər portalların başına.--MrArifnajafov 15:53, 5 yanvar 2011 (UTC)
Tarixdə bu gün
Lütfən tarixdə bu gün bölməsinin dilinə bir az çox diqqət ayırın. Cümlələr bərbad hazırlanır, qrammatik cəhətdən xeyli səhvlər var. --N KOzi 06:28, 14 yanvar 2011 (UTC)
Seçilmiş məqalə
Sabahkı gün üçün bəlkə 20 yanvar hadisələri ilə bağlı nəsə verilsin?--Vago 16:24, 19 yanvar 2011 (UTC)
Məqaləni çıxardım ana səhifəyə. --Sortilegus 02:05, 20 yanvar 2011 (UTC)
- Təşəkkür.--Vago 07:37, 20 yanvar 2011 (UTC)
Gərək seçilmiş məqalələr həftəlik yox, gündəlik avtomatlaşdırılsın. --Cek Li Taran 06:58, 21 yanvar 2011 (UTC)
Hələlik mümkün deyil. Heç yaxşı məqalə şərtlərinə cavab verən 365 məqaləmiz yoxdur.--Sortilegus 22:50, 28 yanvar 2011 (UTC)
Yanvarın 31-i Məmməd Əmin Rəsulzadənin doğum günüdür. Məncə bu barədə seçilmiş məqalə vermək olar --Babək 12:39, 29 yanvar 2011 (UTC)
- Mütləq! --Proger danış 15:11, 29 yanvar 2011 (UTC)
Çox sağ olun. -- Babək 17:12, 29 yanvar 2011 (UTC)
Ana səhifanin alifbasi
salamlar, bu masalayila baxarax ki hata guney azəarbaijan dada kimsa arab alifbasinda turkcani yazmir, manja yaxjidi ki arab alifbasinda yazilan kalmalar ana sahifadan goturulsun. — Bu imzasız yazı Alireza.gholami (m • t) adlı istifadəçi tərəfindən əlavə edilib;
- Oba! :). Güneydən də mən deyəni deyirlər :P. Əziz qandaş, müraciət edib deyirəm ki, tezliklə Ana Səhifənin əlifbası sistemləşdiriləcək. Bölgü uğurlu olmalıdır. --Proger danış 17:43, 31 yanvar 2011 (UTC)
Anlamadım - bəs Günet Azərbaycanda türkcəni hansı əlifba ilə yazırlar? Bəlkə çin ieroqlifləri ilə? --Irada 18:08, 31 yanvar 2011 (UTC)
P.S. Yeri gəlmişkən Ana Səhifədəki dəyişikliyə görə Pərvizə təşəkkürümü bildirirəm.--Irada 18:10, 31 yanvar 2011 (UTC)
Doğrudan da maraqlıdır. Görəsən bu təsadüf, yoxsa həqiqətdir! --Sultan11 18:19, 31 yanvar 2011 (UTC)
AAna səhifənin iki qrafikalı əlifba ilə qalmasının tərəfdarıyam. İranda əhalinin mütləq əksəriyyətinin ərəb qrafikalı fars dilində təhsil aldığını nəzərə almalıyıq. Latın qrafikalını sonradan bir qismi öyrənsə də yenə də ərəb qrafikası əsas oxu şrifti kimi qalır.--Acategory 18:28, 31 yanvar 2011 (UTC)
Elədir. Məncə ərəb əlifbasının Ana Səhifəsən silinməsi təklifi müzakirəyə başlayanın siyasi baxışlarından və şəxsi arzusundan başqa bir şey deyildir.--Irada 18:29, 31 yanvar 2011 (UTC)
Eyni zamanda müzakirə səhifəsi şablonunun özündə də məncə bir qədər dəyişiklik etmək lazımdır. Ümumi sözılərdə bir aqressivlik vardır.--Acategory 18:34, 31 yanvar 2011 (UTC)
Dostlar sakitləşin! Qandaş çox yəqin ki, oralı millətçidir. Fikirlərini də bu formada izah edib. Üstünə düşmək lazım deyil. İkincisi məsələ də onun dediyini biz özümüz onusda tətbiq edəcəyik. İki əlifbalı AzViki başqa formada sistemləşdirilməlidir. Vahid Azərbaycan Vikipediyası qalmaqla əlifbalar bir-birindən vizual cəhətdən ayrılacaq. Biz bu sarıdan əvvəlki görüşlərdə müzakirə edib, konsensusa gəlmişik. Bu da tətbiq ediləcək. Hər iki əlifba qalasıdır, sadəcə biri o birisinə maneəçilik etməyəcək. --Proger danış 18:59, 31 yanvar 2011 (UTC)
- Hələ ki, hamı sakitdir. "Hər iki əlifba qalasıdır" :) --Irada 19:07, 31 yanvar 2011 (UTC)
Vahid Azərbaycan vikipediyası irəli! --JameS RamireZ 19:10, 31 yanvar 2011 (UTC)
Cənubi Azərbaycanda hazırda əski Azərbaycan əlifbası (ərəb qrafikalı) ilə saysız-hesabsız kitablar, jurnallar dərc olunur. Onu kim deyir ki, türkcə (Azərbaycan dili) orda əski əlifba ilə yazılmır? Texniki məsələ həll olunandan sonra bizim vikipediya da tam iki əlifbalı vikipediya olacaq. Onda latınca yazılan səhifələrdən ərəb qrafikasını, ərəb qrafikası ilə yazılanlardan latın qrafikasını tam yığışdıracağıq. Çox böyük ehtimal ki, 1 ay, 40 günə sırf bu məsələ ilə bağlı AzVikinin fəal istifadəçiləri, idarəçiləri və Cənubi Azərbaycandan olan 4-5 dilçi, eləcə də proqramçılar arasında dar çevrədə görüş keçiriləcək. --Sortilegus 19:31, 31 yanvar 2011 (UTC)
Mən belə bir sözlər mətrəh olmaqdan təəssüf edirəm. Güneylilər Türkcəni Ərəb Əlifbasıla yazırlar. Bu sözlərdə ayrı siasi məqsədlər ola bilər. Mən bir Güneyli olaraq, Azərbaycan Türkcəsində bir viki - iki əlifba ilə muvafiqəm. Bu Azərbaycan millətinin bir olmasın göstərir. Biz ayrı əlifbalarla yazsaqda bir dildə yazırıq. "Dil millətin varlığıdır..."--Ebrahimi-amir 05:52, 12 mart 2011 (UTC)
"Dil millətin varlığıdır..." --Irada 06:01, 12 mart 2011 (UTC)
- İki alfabe (elifbe), dilin zayıf olduğu ve ülkede dil birliğinin tam sağlanamadığı izlenimine sebep oluyor. Zaten makaleler latin alfabesiyle yazıldığı için ana sayfadan arap alfabesini çıkarmanız daha güzel bir görünüm sağlar bence. Türkiye'den sevgiler. --78.163.190.79 10:45, 23 iyul 2011 (UTC)
Ana səhifə
Ana səhifə niyə bu gündədir? --N KOzi 05:22, 1 Fevral 2011 (UTC)
Indi belədi. Səhər isə bərbad vəziyyətdə idi. Tarixdə bu gün yox layihə yox. --N KOzi 10:23, 1 Fevral 2011 (UTC)
- Mm, maraqlıdır. Yəqin ümumi Vikipediya layihəsində texniki xəta baş verib. Çünki bizdə heç bir problem yoxdur. Ola bilsin bircə layihə olmaya.. O da ona görədir ki, fevral üçün ay təyin olunmamışdır. Artıq hər şey çalışır. --Proger danış 10:30, 1 Fevral 2011 (UTC)
Seçilmiş məqalə
7 fevral - Azərbaycanın xalq artisti, kinorejissor və ssenarist Tofiq Tağızadənin doğum günüdür. Təklifim budur ki, bu münasibətlə seçilmiş məqalə hazırlamaq mümkündür. Uğurlar arzulayıram. -- Babək 08:12, 5 fevral 2011 (UTC)
Yeniliklər
Mübarəkin taxtdan düşməsi haqqında yazsanız yaxşı olar. --213.172.91.193 18:06, 11 fevral 2011 (UTC)
Baxa bilərsiniz; 2011-ci il Misir iğtişaşları --Sultan11 18:45, 11 fevral 2011 (UTC)
- Dostumuz demək istəyir ki, Mubarək getdi — Bu imzasız yazı Amd628 (m • t) adlı istifadəçi tərəfindən əlavə edilib; 22:55, 11 fevral 2011 (UTC)
Mövzulu ay ilə nə olub?
Başa düşmədim, mövzulu ay ilə nə olub? Axı çoxdan Rusiya ayı bvaşlamalı idi! Niyə indiyəcən Ana səhifədə Türkiyə ayının şablonu durur? --Мурад 97 16:41, 13 fevral 2011 (UTC)
- Rusiya ayı səhifəsi tam hazır olmadığına görə Türkiyə ayı 1 ay da uzadılmalı oldu. Deyəsən belə getsə, növbəti ay Misir ayı olacaq :)→VagoMüzakirə 12:56, 13 fevral 2011 (UTC)
- Onda ayın birgə işi (tenis və Beynalxalq qadın günü) nə vaxt dəyişəcək? --Мурад 97 17:13, 13 fevral 2011 (UTC)
- Onu da elə-belə qoymuşuq ki birdən qadın istifadəçilərimizə 8 mart hədiyyəsinə seçilmiş məqalə təqdim etmək istəyən oldu. Onu da ki özünüz görürsünüz. Yəqin ki növbəti aydan dəyişəcək. Həmin məqalələrdən birini Bakı məqaləsi olmasını dəstəkləyirəm.→VagoMüzakirə 13:15, 13 fevral 2011 (UTC)
- Onda ayın birgə işi (tenis və Beynalxalq qadın günü) nə vaxt dəyişəcək? --Мурад 97 17:13, 13 fevral 2011 (UTC)
Xüsusi layihə Yardım
Bir xüsusi layihə üçün xarici poçt rəsmi poçt qeyd axtarış. Mən bu tərəfində artıq bəzi qeydlər poçt bəyan ediblər:de:Benutzer:Hardcore-Mike/Internationale Auslieferungsvermerke. Kömək üçün çox təşəkkür edirik. Çox salamlarını --Hardcore-Mike 00:28, 15 fevral 2011 (UTC)
- Теперь я пишу на русском языке. Где в этой азербайджанской Википедии сотрудников, которые заинтересованы в этой теме? --Hardcore-Mike 18:36, 7 mart 2011 (UTC)
- Ich konnte dabei sehr gerne helfen leide ich bin geblockt wurde.--MrArifnajafov 07:43, 20 mart 2011 (UTC)
- Eine ausführliche Antwort (in deutscher Sprache) auf meiner Diskussionsseite in der russischen Wikipedia. --Hardcore-Mike 11:32, 20 mart 2011 (UTC) (Подробный ответ (на немецком языке) на моей дискуссионной странице в русской Википедии.)
Siz bunu gördünüz? Poçt Markaları nə vaxt ayın birgə işi olacaq? --Мурад 97 22:20, 12 mart 2011 (UTC)
ALLO!!! Mən kimnən danışıram? --Мурад 97 00:01, 14 mart 2011 (UTC)
Bilmirəm. --Cek Li Taran 06:03, 15 mart 2011 (UTC)
- Kim bilir ki? --Мурад 97 21:20, 15 mart 2011 (UTC)
Allah bilir! --Cek Li Taran 05:08, 16 mart 2011 (UTC)
- Onda mənə tək şey qalıb: öz ölümü gözləyib, Allahı bunun haqqında soruşmaq. Təəsüf ki, o dünyadan internetə giriş ilə çətinliklər ola bilər... --Мурад 97 21:04, 16 mart 2011 (UTC)
- ))) Yəni bu Sizin həyatınızdan o qədər dəyərlidir ki?→VagoMüzakirə 19:12, 16 mart 2011 (UTC)
Vikipediya:Həftənin seçilmiş məqaləsi/11. Həftə 2011
Vikipediya:Həftənin seçilmiş məqaləsi/11. Həftə 2011 qırmızıdır. Niyə? --N KOzi 06:25, 14 mart 2011 (UTC)
O bölməyə seçilmiş məqalələrimizdən biri olan Bəbir məqaləsini yerləşdirdim. --Cek Li Taran 07:37, 14 mart 2011 (UTC)
Mason məbədi
Hazırda Ana Səhifədə olan ABŞ-nin Massaçusets ştatının Kuinsi şəhərində Mason məbədinin şəkli əvvəllər də Ana Səhifəyə yerləşdirilməmişdimi? Təkrar o şəkli ora yerləşdirməyin nə mənası var? ----Cek Li Taranmesaj 07:29, 1 aprel 2011 (UTC)
Ana Səhifədəki bomj da deyəsən masondu:))))----Cek Li Taranmesaj 07:37, 2 aprel 2011 (UTC)
Həftənin seçilmiş məqaləsi
Salamlar. Niyə "Həftənin seçilmiş məqaləsi" boşdur? --Ebrahimi-amir 04:46, 18 aprel 2011 (UTC)
- Doğrudan da böşdur. ----N KOziMüzakirə 05:17, 18 aprel 2011 (UTC)
Eurovision Song Contest
Dear Friends from Azerbaijan! I´m writing you from my hometown Düsseldorf in Germany! Congratulations to all of you for winning the Eurovison Song Contest 2011! As a gift to you here you can find a picture of your winning team: [:http://commons.wikimedia.org/wiki/File:ESC_2011_Winner_Azerbaijan.JPG]. Have fun and party tonight! I hope to visit you next year at the ESC 2012! More photos will follow soon! I will contact you here! Greetings from Germany! Contact me if you like ([1]) --JCS 00:36, 15 may 2011 (UTC)
Thank you. Təşəkkür! --►Cek Li Taranmesaj 06:12, 16 may 2011 (UTC)
Running Scarred
Seçilmiş məqaləni dəyişdirmək lazımdır. Artıq o qədər aktual deyil. Onsuz da indi laboratoriyadadır. Seçilərsə yenidən yerləşdirilər. --N KOzi Müzakirə 06:23, 21 may 2011 (UTC)
Şablon:SŞ qoruma/2011-05-F Seçilmiş şəkil
Seçilmiş şəkil boşdur. İdarəçilərimiz zəhmət çəkib curlasınlar. Hörmətlə--Ebrahimi-amir 09:55, 21 may 2011 (UTC)
Səhv
- 1140 — Səlcuqlular və Qəznəlilər arasında Dəndənəkən döyüşü baş verdi. - Bu döyüş 1140-cı ildə deyil, 1040-ci ildə baş vermişdir.
- Təşəkkür! --►Cek Li Taranmesaj 12:02, 23 may 2011 (UTC)
Həftənin seçilmiş məqaləsi
Heç kimin etirazı yoxdursa 28 may Müstəqillik gününün şərəfinə Bakı döyüşü məqaləsini növbədənkənar Ana səhifəyə yerləşdirməyi təklif edirəm. --sefer21:04, 27 may 2011 (UTC)
Seçilmiş şəkil
Seçilmiş şəkilin problemi var, ğörsənmir.--Hüseynli Zeynalabdin Cavanşir oğlu 06:27, 29 may 2011 (UTC)
Səhv
- 1223 — Kalka çayı adlı muharibədə Moğul ordusu Şərq Slav ordusu ilə savaşdı. Burada Moğullar deyil, monqollar qalib gəlib
Article request
Hi! Would you mind creating an article about en:Interstate Aviation Committee in Azerbaijani?
Azerbaijan is one of the member states of the IAC.
Thank you, WhisperToMe 00:19, 23 iyun 2011 (UTC)
tarix
Bu gün Elçibəyin doğum günü. Ana səyfədə niyə yoxdu. Bü gününkü tarixdədə yoxdu. — Bu imzasız yazı Amon-Ra999 (m • t) adlı istifadəçi tərəfindən əlavə edilib; 16:29, 24 iyun 2011 (UTC)
Vikipediya:Tarixdə bu gün/iyun 24 səhifəsinə əlavə etdim. Diqqətinizə görə təşəkkürlər! --►Cek Li Taranmesaj 13:45, 24 iyun 2011 (UTC)
Səhv
- Tarixdə bu gün bölməsində Roman futbol klubu deyil, Roma futbol klubu olmalıdır. --Fuad Sultan 14:04, 22 iyul 2011 (UTC)
- Düzəldildi. Diqqətinizə görə təşəkkür edirəm. --►Cek Li Taranmesaj 09:09, 22 iyul 2011 (UTC)
Bilirsinizmi...
Bilirsinizmi... şablonun yeni versiyanı nə vaxt Ana Səhifədə görə bilərəm? --Мурад 97 14:56, 30 iyul 2011 (UTC)
Hazır olanda. --►Cek Li Taranmesaj 09:58, 30 iyul 2011 (UTC)
- Hazırdı axı. bura baxın. --Мурад 97 19:48, 30 iyul 2011 (UTC)
- Təşəkkür! --►Cek Li Taranmesaj 05:11, 1 avqust 2011 (UTC)
Həftənin seçilmiş məqalələri barədə ((Haftanın seçkin maddeleri))
- Haftanın seçkin maddeleri neden seçkin madde seçilmemiş maddeler? Müslüm Maqomayev maddesi seçkin madde değil ancak haftanın seçkin maddesinde yer alıyor. Avatar: Aanq haqqında əfsanə maddesi de seçkin madde değil ancak haftaya ana sayfada seçkin madde olarak çıkacak. Ayrıca Vikipediya:Həftənin seçilmiş məqaləsi/34. Həftə 2011 sayfasındaki resim adil kullanım gerekçeli resim ve ana sayfaya çıkacak. O resmin telif hakkına sahip kişi gelip Wikimedia'yı şikayet etme hakkı var ve bu yüzden şikayet edilirse Azerice Vikipedi kural ihlalinden kapatılacağından haberiniz var mı? Emperyan-ileti 13:49, 17 avqust 2011 (UTC)
- Azərbaycan vikipediyasında müxtəlif mözulu seçilmiş məqalə hələ az olduğundan hələki seçilmiş həftə məqaləsinə digər məqalələr də yerləşdirilir. Bu kollektivin ümumi razılığıdır və hər hansı qanun pozuntusu yoxdur. Gələn həftənin seçilmiş məqaləsi olacaq Avatar: Aanq haqqında əfsanə məqaləsindəki şəkillə bağlı problemin nə olduğu aydın olmadı. O şəkil bu məqaləin bütün dil səhifələrində istifadə edilir.--Acategory 13:58, 17 avqust 2011 (UTC)
- Adil kullanım resimleri bir madde için kullanılır. Lisans kısmında belirtilen madde dışında kullanılması telif hakkına girer ve davalık olma konusunda da haklı sayılırız. Wikimedia ise bu konularda artık işleri sıkılaştırdı. O yüzden ana sayfaya sadece commons dosyaları çıkabiliyor genel olarak. Emperyan-ileti 23:31, 19 avqust 2011 (UTC)
Media fayl
Təklif edirəm ki, Ana Səhifəyə günün və yaxud da həftənin Media faylını (video və yaxud da musiqi) əlavə edək. Bu məsələdə Commonsun təcrübəsindən istifadə edə bilərik. --►Safir yüzüklü Ceklimesaj 07:48, 18 avqust 2011 (UTC)
Həftənin seçilmiş məqaləsi
Şəkili niyə dəyişdiniz? --Мурад 97 15:13, 23 avqust 2011 (UTC)
- Həmin şəklin müəllif hüquqları onu yalnız mövzuya aid olan məqalələrdə istifadə etməyə icazə verir. Ana Səhifədə yerləşdirilə bilməz. Wertuose 11:54, 23 avqust 2011 (UTC)
- Onda məsələn... "Şəkil:Agua;Avatar The Last Airbender.svg", "Şəkil:Tierra;Avatar The Last Airbender.svg", "Şəkil:Fuego;Avatar The Last Airbender.svg" və "Şəkil:Aire;Avatar The Last Airbender.svg" şəkilləri birləşdirib onları şablon qoymaq olar. Siz qoydunuz şəkilə baxanda isə seralı baxan adam bilə başa düşə bilməz, bu şəkil xansı seriyadandır. --Мурад 97 17:01, 23 avqust 2011 (UTC)
- Şimdi ki Şəkil:Aang1.png'de adil kullanımlıdır. Bu da konamaz. Emperyan-ileti 16:44, 24 avqust 2011 (UTC)
Şəkil:Agua;Avatar The Last Airbender.svg, Şəkil:Tierra;Avatar The Last Airbender.svg, Şəkil:Fuego;Avatar The Last Airbender.svg və Şəkil:Aire;Avatar The Last Airbender.svg şəkilləri kim birləşdirib Commons-a yükləyə bilər? --Мурад 97 21:49, 24 avqust 2011 (UTC)
bu növbəsində birləşinməlidirlər. --Мурад 97 01:52, 26 avqust 2011 (UTC)
Викисловарь
Помогите написать Тематические таблицы на ваших языках в Викисловаре. Например название месяцев, дней недели на разных языках: http://ru.wiktionary.org/wiki/Категория:Тематические_таблицы --Kaiyr 12:33, 30 avqust 2011 (UTC)
- Приложение:Знаки Зодиака
- Приложение:Греческий алфавит
- Приложение:Дни недели
- Приложение:Месяцы
- Приложение:Солнечная система
- Приложение:Городской транспорт
- Приложение:Шахматные фигуры
- Приложение:Стороны света
- Приложение:Времена года --►Safir yüzüklü Ceklimesaj 05:48, 1 sentyabr 2011 (UTC)
Yaxşı məqalə
- Düşünürəm ki, həftənin seçilmiş məqaləsi başlığı həftənin yaxşı məqaləsi başlığı ilə əvəz edlərsə, daha məqsədəuyğun olar. Səbəbi isə budur ki, həftənin məqaləsi olan Kəllə sinirləri məqaləsi yaxşı statuslu məqalədir. --Fuad Sultan 18:50, 5 sentyabr 2011 (UTC)
- Vikipediya:Həftənin seçilmiş məqaləsi layihəsinin Vikipediya:Seçilmiş məqalələr və Vikipediya:Yaxşı məqalələr layihəsi ilə heç bir bağlılığı demək olar ki, yoxdur. Çünki praktiki olaraq Vikipediya:Həftənin seçilmiş məqaləsi idarəçilər tərəfindən müəyyən edilir. Əksər hallarda həmin məqalə həmin həftədəki hansısa bir hadisə ilə bağlı olur. Bu zaman bəzən SM və ya YM statusuna malik olmayan məqalələr də Həftənin seçilmiş məqaləsi ola bilir. Bir şərtlə ki, həmin məqalələr minimum Vikipediya tələblərinə cavab verməlidir. --►Safir yüzüklü Ceklimesaj 05:37, 6 sentyabr 2011 (UTC)
Tarixdə bu gün
- Tarixdə bu gün səhifələrinin işlənilməsi haqqında düşünülməlidir.→Vago ms 14:41, 7 sentyabr 2011 (UTC)
Pol Sezann
- İlk öncə məqalə üzərində mənlə birlikdə işləyən hər bir şəxsə təşəkkürümü bildirirəm. Əsas mətləbə qaldıqda, ana səhifədəki məqalədə Kamil Pisarro sözünün yerinə Kamille Pisarro olması daha düzgündür. --Fuad Sultan 10:22, 12 sentyabr 2011 (UTC)
- Düzəltdim. Məlumat verdiyiniz üçün təşəkkür edirəm. --►Safir yüzüklü Ceklimesaj 10:27, 12 sentyabr 2011 (UTC)
- Digər dillərdəki şəxs adları həmin dildəki transkripsiyasına uyğun olaraq yazılmalıdır. Yoxsa gərək Pol əvəzinə də Paul yazılaydı. Ona görə də "Kamille" yox, məhz "Kamil" olmalıdır. Burdakı birinci hərf kənd sözündəki "k" deyil, "Kanada" sözündəki "k"-dır. Məqalədə bəzi transliterasiya olunmalı şəxs adı və Azərbaycan dilində olmayan, yaxud düzgün tərcümə edilməyən sözlər var. Wertuose 10:45, 12 sentyabr 2011 (UTC)
- Burada k olduğunu gözəl bilirəm və Kamille deyil, Kamil (mənbə: Azərbaycan Sovet Ensiklopediyası) olmalıdır. --Fuad Sultan 10:57, 12 sentyabr 2011 (UTC)
- Digər dillərdəki şəxs adları həmin dildəki transkripsiyasına uyğun olaraq yazılmalıdır. Yoxsa gərək Pol əvəzinə də Paul yazılaydı. Ona görə də "Kamille" yox, məhz "Kamil" olmalıdır. Burdakı birinci hərf kənd sözündəki "k" deyil, "Kanada" sözündəki "k"-dır. Məqalədə bəzi transliterasiya olunmalı şəxs adı və Azərbaycan dilində olmayan, yaxud düzgün tərcümə edilməyən sözlər var. Wertuose 10:45, 12 sentyabr 2011 (UTC)
Seçilmiş şəkil
Seçilmiş şəkli zəhmət olmasa əlavə edin.→Vago ms 11:08, 17 sentyabr 2011 (UTC)
Tarixdə bu gün və bilirsinizmi
Hər iki başlığda olan şəkillər məncə çox böyükdür.Digər vikilərdə belə böyük şəkilə rast gəlmədim.Bəlkə bir az ölçüləri azaldaq?.--Baskervill 14:09, 29 sentyabr 2011 (UTC)
- Ölçü kiçik olanda şəkillrdəki incəliklər görünmür.--Acategory 14:48, 29 sentyabr 2011 (UTC)
Bilirsinizmi?
Bilirsinizmi başlığında ilk söz "kompyuter" sözüdür. Lakin nədənsə, söz səhvən "kompüter" yazılıb. --Babək Akifoğlu 06:16, 2 oktyabr 2011 (UTC)
Dilimizdə və yazılışda hər iki variant işlənir. Bununla belə sözün düzgün yazılışına dair etbarlı istinad göstərilərsə onu dəyişmək olar.--Acategory 06:24, 2 oktyabr 2011 (UTC)
Mənə elə gəlir ki, Azərbaycan Respublikası Dövlət Dil Komissiyası və AMEA Dilçilik İnstitutunun nəşr etdiyi "Azərbaycan dilinin orfoqrafiya lüğəti" buna etibarlı istinad ola bilər. --Babək Akifoğlu 06:28, 2 oktyabr 2011 (UTC)
Sizin istinadı qəbul edərk, müvafiq düzəliş edirəm. Ancaq bildirim ki, bu düzəlişi Sizin də etməyə səlahiyyətiniz var. Düzgün saydığınız halda düzəlişləri edin. Onsuz da Ana səhifəyə yerləşdirilən mareiallar əvvəldən maket kimi hazırlanır, o isə hamı üşün açıqdır. --Acategory 07:30, 2 oktyabr 2011 (UTC)
Təşəkkür edirəm. Amma məncə bu redaktəyə ancaq idarəçilərin səlahiyyəti çatır. --Babək Akifoğlu 07:36, 2 oktyabr 2011 (UTC)
Bu səhifəyə baxın Vikipediya:Bilirsinizmi/Yeni buraxılışın hazırlanması. Ana səhifə üçün material buradan götürülür.--Acategory 07:53, 2 oktyabr 2011 (UTC)
Təşəkkür edirəm. --Babək Akifoğlu 16:49, 2 oktyabr 2011 (UTC)
Tarixdə bu gün
"Dünyada olan hadisələr" ve "Azərbaycanda olan hadisələr" bu ne? Sorabilir miyim acaba burası Azerbaycanca Vikipedi mi yoksa Azerbaycan Vikipedisi mi? Emperyan-ileti 09:29, 3 oktyabr 2011 (UTC)
Siz azərbaycan vikipediyasında azərbaycan dilində sual versəniz ona cavab alacaqsınız.--Acategory 11:35, 3 oktyabr 2011 (UTC)
Mənə "Tarixdə bu gün" şablonun bu günkü görünüşü eski görünüşdən daha çox xoşuma gəlir. Lakin, şəkillərdə "thumb" və "Azərbaycanda olan hadisələr" bölüm olmamalıdılar, çünki bura Azərbaycanca Vikipediyadır, Azərbaycan Vikipediyası deyil. Və xahiş edirəm, Acategory gələcəkdə "Azərbaycan" və "Azərbaycan dili" sözləri böyük hərifnən yazın. --Мурад 97 16:45, 3 oktyabr 2011 (UTC)
- Belə davam etsə "azərbaycan vikipedi yaş azərbaycan dilində sual" belə verilməyəcək. Zatən bura Azərbaycan Vikipediyası deyil Azerbaycanca Vikipediya'dır. İrəlidə dil komitəsi "kapatma" iddiası çıxarmazsa çaşmayın! Emperyan-ileti 14:19, 3 oktyabr 2011 (UTC)
Nə demək istədiyiniz anlanılmadı.--Acategory 17:41, 3 oktyabr 2011 (UTC)
- Böyle devam edilirse ve birisi (ki genellikle viki kapatanlar) fark ederse o zaman Azerice Vikipedi "Vikipedi'nin değişmez kurallarına uymadığı" gerekçesiyle kapatılma davası açılır. Emperyan-ileti 05:58, 5 oktyabr 2011 (UTC)
Xahiş edirəm, fikrinizi azərbaycanca yazın.--Acategory 19:12, 5 oktyabr 2011 (UTC)
Həftənin seçilmiş məqaləsi
Həftənin seçilmiş məqaləsinin hündürlüyündən bir qədər götürülsə, məncə Ana səhifənin dizaynında mütənasiblik ola bilər.→Vago ms 04:51, 4 oktyabr 2011 (UTC)
Turkic speaking wikipedians conference
Salem dostar, Men Qazaq Wikipediasynyn atynan habarlasip turmin. Bizder Karasha ayinin ortasinda Tyrki tildes elderdin Wikipediashylarinin basyn kosatyn Kuryltai otkizudi oilagan edik. Ar elden kelgen qonaqtar ozderinin qalai damyp zhatqandygyn habarlap, oi bolissek. Kuryltai Almaty qalasinda otedi. Ar elden 2 adamga grant beru maselesin sheship zhatyrmiz. Eger ozderinizge qyzyq bolsa, habar berinizder!? info@wikibilim.kz
Qurmetpen, --92.47.254.68 09:29, 7 oktyabr 2011 (UTC)
Dear Friends, I am writing on behalf of Kazakh Wikipedia. We were planning to conduct an event for the Turkic speaking Wikipedians in mid of November this year. The agenda will cover discussion on small language wikipedia development, experience from other countries and etc. The meeting will be in Almaty, so we are starting the negotiotions regarding the travel grants for 2 person from each Wikipedia. If you have any ideas to discuss, don't hesitate to contact me. info@wikibilim.kz
Sincerely, --92.47.254.68 09:29, 7 oktyabr 2011 (UTC)
Seçilməmiş Seçilmiş məqalə
Seçilməmiş məqalənin Ana səhifəyə çıxarılmasını bütün vikipediyaçıların fəaliyyətinə hörmətsizlik kimi dəyərləndirirəm. Anlamaq çətindir, kifayət qədər seçilmiş məqaləmiz olduğu halda yarımçıq, özü də Azərbaycan dilinin tələblərinə cavab verməyən bir məqaləni Ana səhifəyə çıxarmaqnəyə lazımdır? Təcili olaraq Stiv Cobs məqaləsinin seçilmiş məqalələrdən biri ilə əvəzlənməsini tələb edirəm. --sefer 09:33, 11 oktyabr 2011 (UTC)
- Əlavə edim ki, bu, bu, bu kimi məqalələr seçilmiş olduğu halda Ana Səhifəyə hələ çıxmayıb. --N KOzi FORUM 04:53, 11 oktyabr 2011 (UTC)
- Bir məsələ var ki, "Həftənin seçilmiş məqaləsi" ilə "Seçilmiş məqalə" anlayışlarının adları yaxın olsa da fərqli məsələlərdir. "Seçilmiş məqalə" bütün vikipediya tələblərinə cavab verən məqalələrdir. Onun sayı azdır və onlara tələblər də yüksəkdir. "Həftənin seçilmiş məqaləsi" isə konkret bir həftə üçün ya xarakterik olan mövzudur, ya da hansısa aktual mövzu üzrə məqalə yerləşdirilir. Bu zaman o çərtlərə uyğun gələn hər bir məqalə yerləşdirilə bilər. Bir həftə Avatar: Aanq haqqında əfsanə məqaləsini Ana Səhifəyə mən gənc istifadəçi Мурад 97-i həvəsləndirmək üçün yerləşdirdim və bu yolla həmin məqalənin xeyli zənginləşdirilməsinə səbəb olduq. 18 oktyabr tarixində müstəqilliyimizin bərpasının 20 illyi tamam olur və ona görə də yubileyə görə Ana səhifəyə "Azərbaycan" məqaləsi yerləşdirilməsi nəzərdə tutulur. Baxmayaraq ki, məqalə hələ seçilmiş deyil.
- Stiv Cobs şəxsiyyəti vəfatı ilə əlaqədar dünya ictimaiyyətinin diqqətinə çəkildi və aktual olduğuna görə onu haqqında məqalə Ana səhifəyə yerləşdirildi. Bunula belə əgər 3 idarəçi və 3 sadə istifadəçi həmin məqalənin yerinə mütləq "seçilmiş məqalə " yerləşdirilməsini tələb edərsə onu təcili dəyişməyə hazıram. Hamıya hörmətlə --Acategory 04:55, 11 oktyabr 2011 (UTC)
Sefer düz geyd edti ki, bu məqalə Azərbaycan dilinin tələblərinə cavab vermir. Ona görə xahiş edirəm, kimsə bu məqaləyi düzəltsin. Çünki Stiv Cos kimi adamlar barədə məqalələr belə bir halda qalmamalıdılar. --Мурад 97 20:40, 12 oktyabr 2011 (UTC)
Seçilmiş şəkillərin sırası
- Cycas revoluta1327A.JPG
- Parus major01.jpg
- The Sun by the Atmospheric Imaging Assembly of NASA's Solar Dynamics Observatory - 20100819.jpg
- William-Adolphe Bouguereau (1825-1905) - The Wave (1896).jpg
- Ağ formalar
- Aleut avarçəkən
- The Holy Family - Rafael.jpg
- Polarlicht 2.jpg
- Qasımuşağı xalçası.jpg
- Kecskemet 2010 Türk Yıldızları photo 53.jpg
- Piramidlər yanında döyüş
- Beşbarmaq
Zəhmət olmasa, bu sıraya əməl edin. --N KOzi FORUM 13:58, 11 oktyabr 2011 (UTC)
- Yenə seçilmiş şəkillərin ardıcıllığına riayət olunmur. Axı N KOzi FORUM yuxarıda ardıcıllığı verib, məgər bu ardıcıllığa əməl etmək belə çətindi? Rafaelin əsərindən əvvəl altı şəkil var. Əvvəlcə onları yerləşdirin Ana səhifəyə. Sonra Müqəddəs ailəni yerləşdirərsiz. --sefer 10:26, 13 oktyabr 2011 (UTC)
Tarixdə bu gün
Xoş gördük dostlar. Bu "Tarixdə bu gün" bölməsinə cavabdeh ümumiyyətlə var? Orada və "Seçilmiş şəkil"də bəzi (mənfi) dəyişikliklər olub. Mənim araşdırmağa bir o qədər də vaxtım yoxdur, ona görə bura yazmağı qərara aldım. --Proger danış 13:27, 12 oktyabr 2011 (UTC)
Salam. Müşahidələr belə deməyə əsas verir ki, heç kim cavabdeh deyil. Amma çox yaxşı haldır ki, bütün idarəçilər bu işdə əlbir iştirak edirlər. Yəni kim birinci görürsə o da dəyişiklik edir. --Irada 05:27, 13 oktyabr 2011 (UTC)
42-ci həftənin seçilmiş məqaləsi barədə
Mən şəxsən tələb edirəm ki, Ana Səhifə üçün yararsız olan məqalələr bir daha oraya yerləşdirirlməsin.!! Əgər kiminləsə bağlı hər hansısa əlamətdar hadisə varsa, həmin şəxs və ya subyekt haqqında olan məqalə seçilmiş məqalə səviyyəsinə gətirilsin! 42-ci həftə üçün Kiş kilsəsi məqaləsini Ana Səhifəyə yerləşdirilməsini istəyir və arzulayıram. Bu məqalə çox şeylərə layiqdir.--Baskervill 17:09, 12 oktyabr 2011 (UTC)
Razıyam. --Irada 05:43, 13 oktyabr 2011 (UTC)
- Mən də razıyam, Ana Səhifəyə hələ heç çıxmamış və ya 1 ildən çoxdur çıxmamış, Vikicəmiyyət tərəfindən seçilmiş məqalələr də var. --N KOzi FORUM 05:47, 13 oktyabr 2011 (UTC)
P.S. Amma sıranı gözləsək əvvəl Yaşar Nuri, sonra Möminə Xatun Türbəsi, sonra Kiş kilsəsi Ana Səhifəyə çıxmalıdır. --N KOzi FORUM 05:58, 13 oktyabr 2011 (UTC)
Bu müzakirə əvəzinə həftənin seçilmiş məqalələr barədə yazsardınız yaxşı olardı... --Мурад 97 11:38, 13 oktyabr 2011 (UTC)
Oktyabrın 18-də , ilnin 42-ci həftəsində Azərbaycan dövlət müstəqilliyinin bərpasının 20-ci ilidönümü tamam olur. Təklif edirəm, bu yubiley münasibəti ilə 42-ci həftənin seçilmiş məqaləsi "Azərbaycan" məqaləsi olsun.--Acategory 09:04, 13 oktyabr 2011 (UTC)
Hörmətli Acategory. 18 oktyabr tarixinin Azərbaycan üçün olan önəmini anlayıram. Ançaq məqalənin heç bir statusu yoxdur. Bu digər seçilmiş lakin hələdə Ana Səhifə üzü görməyən məqalələrə qarşı böyük hörmətsizlikdir.--Baskervill 09:51, 13 oktyabr 2011 (UTC)
Tərtibat
Məncə, həftənin seçilmiş məqaləsi bir az qısaldılıb, seçilmiş şəkil də bir az kiçikləşdirilsə, dizayn bir da baxımlı olar. →Vago ms 05:17, 13 oktyabr 2011 (UTC)
Təklifi nəzərə alaraq Ana səhifədəki şəkli bir az kiçiltdim. --Irada 05:23, 13 oktyabr 2011 (UTC)
- Təşəkkür edirəm.→Vago ms 05:24, 13 oktyabr 2011 (UTC)
Təşəkkürü qəbul edərək, məqaləni də bir az qısaltdım :) Bir az da qısaldım, ya belə yaxşıdır? --Irada 05:41, 13 oktyabr 2011 (UTC)
- Sol və sağ sütünların aşağı hissələrində bərabərlik pozulur, fikrimcə, nə qədər imkan olsa azaltmaq xeyirli olar. Qabaqcadan bir daha təşəkkür edirəm :) →Vago ms 05:47, 13 oktyabr 2011 (UTC)
Bundan da çox azaltmağa qorxuram :). Məncə belə yaxşı oldu. --Irada 06:14, 13 oktyabr 2011 (UTC)
- Elə mən də qorxuram :) Seçilmiş şəkil namizədlərini adətən hündürlüyü enindən az olan şəkil etmək lazımdır ki, Ana səhifənin dizaynına xələl gəlməsin. Təşəkkür edirəm! :)→Vago ms 06:17, 13 oktyabr 2011 (UTC)
21 oktyabr, Bayramlar və xüsusi günlər
Böyük Britaniya, Alma günü. Yazilib Britania, amma İngiltərənin bayrqi göstərilib.--Hüseynli Zeynalabdin Cavanşir oğlu 11:06, 21 oktyabr 2011 (UTC)
Səhv aradan qaldırıldı. Diqqətiniz üçün təşəkkür edirəm. Hörmətlə --Acategory 11:59, 21 oktyabr 2011 (UTC)
Dəyməz--Hüseynli Zeynalabdin Cavanşir oğlu 12:16, 21 oktyabr 2011 (UTC)
Ana Səhifə
Ana Səhifənin vikipediya üçün önəmini hamı dəridən anlayır. Bütün qeyd edilən məsələlərə baxmayaraq, Ana Səhifə ilə bağlı ciddi məsələlər haqqında danışmaq istərdim. Dünən tarixdə bu gün bölməsində Mingəvevirdən şəkil əlavə edilmişdi. Şəkilin üzərində isə Azərbaycanda əyləncə saytlarından birinin iri logosu vardı. Az vikiyə ilk dəfə daxil olan şəxs, həmin şəkili görsə sizcə nə düşünərdi?? Digər tərəfdən hal-hazırda bilisinizmi və seçilmiş şəkil bölmələrində olan şəkillərin həcmi cox böyükdür. Sizləri Ana Səhifəyə qarşı bir az diqqətli olmağa dəvət edirəm. Hörmətlə?--Baskervill 14:01, 12 noyabr 2011 (UTC)
? - Cavab
Görəsən, SM və yaxud da YM olmayan məqalələrin və {{Promo}} şablonlu şəkillərin Ana Səhifəyə yerləşdirilməsinə nə zaman son veriləcək? --►Safir yüzüklü Ceklimesaj 05:35, 19 dekabr 2011 (UTC)
Ana səhifədəki bölmə "Həftənin seçilmiş məqaləsi" adlanır. "Həfətəin seçilmiş məqaləsi" isə avtomatik olaraq "Seşilmiş məqalə" demək deyildir. Ona görə də ora məhz həftə üçün AKTUAL olan məqalələr yerləşdirilir. Buna görə də orada həm SM, həm də adi məqalələr yerləşdirilə bilər. Bir vaxtlar təklif verdim ki, Ana səhifədə yeni bölmə "Seçilmiş məqalə" bölməsi əlavə edilsin. Bu reallaşarsa əlavə suallara ehtiyac qalmayacaq.--Acategory 06:51, 19 dekabr 2011 (UTC)
Sizə elə gəlmirmi ki, AzViki digər dillərdə olan vikilərlə müqayisədə daha sürətlə siyasiləşir. Buna hər hansısa bir lüzum olduğunu düşünmürəm. Həmçinin siyasilərin də buna ehtiyacının olduğunu düşünmürəm. Müqayisə üçün deyim ki, bu həftə yaranmasının 20 illik yubileyini qeyd edən Qazaxıstanla bilavasitə bağlılığı olan Qazaxca Vikipediyanın Ana Səhifəsindəki məqalə Hələb məqaləsidir və s. --►Safir yüzüklü Ceklimesaj 07:18, 19 dekabr 2011 (UTC)
Siz verdiyiniz sualın cavabını aldınız. Ona əlavə fikir bildirmirdənizsə deməli sualınz yersiz idi. İndi isə vikipediyaya aid olmayan məsələ qaldırmağa cəhd edirsiniz. Vikipediya siyasətdən uzaq bir layihədir. Ona görə çox xahiş edirəm buranı siyasət meydanına çevirməyin.--Acategory 07:23, 19 dekabr 2011 (UTC)
Verdiyiniz cavab vikipraktikaya uyğun deyil. {{Promo}} şablonlu şəkillərlə bağlı isə ümumiyyətlə cavab verilməmişdir. Mən yenə də digər vikipediyalardan misal gətirməli olacağam. Çünki bütün inkişaf etmiş vikipediyalarda "Həftənin seçilmiş məqaləsi" xüsusi statusa malik olan məqalələr arasından seçilir. Bizdə isə tam əksinə, aktuallıq əsas götürülür. Əgər aktuallığı əsas götürsək belə, dünyadakı mövcud vəziyyətə nəzər salmaq borcumuzdur. Məsələn, dünyada hal-hazırda ən aktual məsələ Kim Çen İrin vəfatıdır və s. Aktiv siyasətçi olmadığım üçün vikipediyanı siyasət meydanına çevirmək fikrim isə ümumiyyətlə yoxdur. Ümid edirəm ki, növbəti həftələrdə Ana Səhifə ilə bağlı redaktələr edilərkən, digər vikipediyaların praktikası idarəçilərimiz tərəfindən nəzərə alınacaq. --►Safir yüzüklü Ceklimesaj 07:35, 19 dekabr 2011 (UTC)
Dostumuz Cekli. {{Promo}} şablonu məsələsinin nə olduğunu tam bilmirəm. Pis olmazdı ki, onu bir qədər izah edəydiniz ki, növbəti dəfələrdə səhv buraxılmasın. "Həftənin seçilmiş məqaləsi" məsələsində mövqeyimi bildirdim. Əgər bu məsələdə hər hansı birgə qərar olarsa ona riayət etməyə hazıram. Vikipraktikaya gəldikdə isə, o fkirdəyəm ki, heç bir viki digərinə nə nümunə, nə məcburiyyət olmalıdır. Əsas vikipediya prinsipləri əsas götürülərək, hər bir dil vikipediyasında müəyyən fərqlikli variant yaradıla bilər.
Və əsas təklifim. Ana səhifənin həmişə konkret tərtibçisi olur və onun təklifləri digərinə xoş gəlməyə bilər. Belə getsə vaxtaşırı nə isə kiminsə xoşuna gəlməməsi praktikasına rast gələcəyik. Təklif edirəm ki, hər həftə üçün ana səhifəyə bir idarəçi məsul olsun. O həmin həftə üçün Ana səhifəyə aid olan bütün məsələləri həll etsin və seçilmiş məqalə laboratoriyasında işlərin gedişinə məsul olsun. Bu variant qəbul olunarsa mən öz həftəmdə öz vəzifəmi yerinə yetirməyə hazıram. Şəxsinizə və fəlaiyyətinizə hörmətlə --Acategory 11:35, 19 dekabr 2011 (UTC)
Hörmətli Acategory, {{Promo}} şablonu ilə bağlı olaraq bildirim ki, o şablonun yerləşdirildiyi şəkillər mövzu ilə əlaqədar məqalədə şəxsin tanıdılması, mövzunun izahı və bu kimi digər məqsədlərlə istifadə olunur. Şəklin Vikipediya və ya başqa bir yerdə digər istifadəsi Müəllif hüquqlarının pozulması kimi qəbul olunur. Digər məsələlərlə bağlı isə yaxşı olar ki, bir zamanlar məni Ana Səhifəni korlamaqda ittiham edənlər cavab versin. Konkret həftəlik məsuliyyəti götürmək imkanım məhduddur. Buna tam zəmanət verə bilmərəm. Aylarla fəaliyyətsiz qalan bəzi idarəçilərimizin isə bunu edə biləcəyinə də inanmıram. Şəxsən mən könüllü olaraq fəaliyyət göstərdiyim AzVikidə imkanım olduğu qədər, Vikiqaydalar çərçivəsində Ana Səhifədə redaktə edəcəyəm. Həftəsindən asılı olmayaraq ilk növbədə Vikiqaydalar ön planda olmalıdır. --►Safir yüzüklü Ceklimesaj 12:00, 19 dekabr 2011 (UTC)
- İki həftə ardarda iki şəxs - özü də hər ikisi Azərbaycan prezidenti olan, üstəlik ata və oğul haqqında ana səhifəyə məqalə yerləşdirmək məncə düzgün addım deyil. Burda istər-istəməz siyasi çalar tapmaq olar. Bir də ki, buna xüsusi lüzum da yox idi. Şəxsən mənə vikipediya istifadəçisi olmayan, amma burdakı məlumatlardan istifadə edən bir neçə şəxs tərəfindən artıq eyham vurulub ki, azviki də get-gedə siyasiləşir. Ümumiyyətlə, gələn ildən ana səhifəyə yerləşdiriləcək məqalələri sistemləşdirmək lazımdır ki, belə müzakirələr yaranmasın. "Promo" məsələsinə gəlincə - ana səhifədəki bölmələrə yerləşdirilən bütün şəkilləri commonsdan götürmək lazımdır.--Sortilegus 16:25, 20 dekabr 2011 (UTC)
- Hər iki şəxsi haqqında olan məqalələri Ana Səhifəyə əlavə etmək olar. Ancaq onlar seçilmiş məqalə deyillər axı??? Neçə olur ki, Kiş kilsəsi məqaləsi bir dəfədə olsun Ana səhifəyə əlavə edilmədiyi halda seçilməmiş məqalələr əlavə olunur??? Siz artıq bu qaydanı neçənçi dəfədir ki, pozursunuz. Məndə əvvələr deyirdim, gördüm daha xeyri yoxdur artıq demirəm. Hörmətlə--Baskervill 16:32, 20 dekabr 2011 (UTC)
- Əgər kiminsə haqqında olan məqaləni Ana səhifəyə əlavə etmək istəyirsənizsə, həmin məqalə Vikipediya:Seçilmiş məqalələr sırasında olmalıdır. Burada Hörmətli Səfər bəyin fəaliyyətinə qarşı böyük hörmətsizlik yaşanır. Həmin şəxsin zənginləşdirdiyi seçilmiş məqalələr gərəksiz yerə həftələrlə gözləməli olur. Lütfən məsələni həll edin.--Baskervill 16:38, 20 dekabr 2011 (UTC)
- Seçilmiş məqalə statusu alan məqalələr bizdə indilik azdır. Bu statusu olmayan, amma kifayət qədər zəngin məqalələrin də ana səhifədə "həftənin seçilmiş məqaləsi" bölməsinə əlavə edilməsində problem yoxdur. Ancaq seçilmiş məqalə statusu alan məqalələri yerləşdirsək, qrammafon valı kimi onlar ana səhifədə fırlanmalıdırlar. Bu ayrı müzakirə mövzusudur.--Sortilegus 16:43, 20 dekabr 2011 (UTC)
- Seçilmiş məqalədə olan uyğunsuzluq həll edilsə yaxşı olardı. Skelet şəkili bir az böyükdür:)--Baskervill 21:25, 1 yanvar 2012 (UTC)