Müzakirə:Ana səhifə/Arxiv/5

Vikipediya, azad ensiklopediya
Ən son rəy:12 il öncə, Sultan11 tərəfindən "Kateqoriyalar" mövzusunda
Naviqasiyaya keç Axtarışa keç

Həftənin seçilmiş məqaləsi

Ana səhifədə Həftənin seçilmiş məqaləsi bölümü boşdur. Lütfən növbəti məqaləni yerləşdirin.--Əmir İbrahimi *danışıq* 10:26, 16 yanvar 2012 (UTC)

Seçilmiş şəkil

Salamlar. Seçilmiş şəkil bölümü boşdur. Növbəti şəkili yerləşdirin lütfən.--Əmir İbrahimi *danışıq* 04:27, 17 yanvar 2012 (UTC)

Günün seçilmiş şəkili

Yeni layihə ilə bağlı olaraq bu əlavəni etdim. Etiraz yoxdursa, daha bir təklifim var, indiyə kimi mövcud olan layihəni ləğv edək. Daha dəqiqi sadəcə adını dəyişdirərək, yeni layihəmizi təkmilləşdirək. Məsələn belə: Şablon:SŞ qoruma/2012-01-HVikipediya:Günün seçilmiş şəkili/yanvar 31 --►Safir yüzüklü Ceklimesaj 05:32, 25 yanvar 2012 (UTC)

Vago ms 05:35, 25 yanvar 2012 (UTC)

Təklif məqbuldur. Çəkilən zəhmətə görə təşəkkür edirəm. --Acategory 05:46, 25 yanvar 2012 (UTC)

Günün seçilmiş panoraması

Təklif edirəm ki, Ana Səhifədə daha bir bölmə yaradaq. Vikimedia Fondunun digər layihələri bölməsindən yuxarıda Günün panoraması adlı bölmə əlavə etsək bu kifayət qədər diqqətçəkən ola bilər. Həmin şəkillərin seçilməsini isə "Vikipediya:Seçilmiş şəkil namizədləri" layihəsilə həyata keçirək. "Vikipediya:Seçilmiş şəkil namizədləri"ndən panoramaları Günün seçilmiş panoraması layihəsinə, digər şəkilləri isə "Vikipediya:Günün seçilmiş şəkili" layihəsinə daxil etməklə bu layihəni həyata keçirmək olar. --►Safir yüzüklü Ceklimesaj 07:06, 26 yanvar 2012 (UTC)

Seçilmiş şəkil

Bəlkə "Seçilmiş şəkil" əvəzinə "Günün seçilmiş şəkli" yazılsın?! →Vago ms 07:58, 26 yanvar 2012 (UTC)

Təklif düzgündür. Eyni zamanda bildirim ki, Ana səhifədə hər gün şəkil dəyişməsi əla təəssürat yaradır.--Acategory 20:25, 26 yanvar 2012 (UTC)

Sizinlə tamamilə razıyam. Etiraz edən yoxdursa, müvafiq dəyişdirilmələrin yerinə yetirilməsini idarəçilərdən xahiş edirəm.→Vago ms 10:17, 14 fevral 2012 (UTC)
✅Y--►Safir yüzüklü Ceklimesaj 10:25, 14 fevral 2012 (UTC)

Vikipediya:Həftənin seçilmiş məqaləsi/8. Həftə 2012

Vikipediya:Həftənin seçilmiş məqaləsi/8. Həftə 2012 boşdur. Lütfən növbəti məqaləni yerləşdirin.--Əmir İbrahimi *danışıq* 05:37, 20 fevral 2012 (UTC)

✅Y Məlumat verdiyiniz üçün çox təşəkkür edirəm.--►Safir yüzüklü Ceklimesaj 08:19, 20 fevral 2012 (UTC)

Açiq ya Azad?

Vikipediyanın başka dillərində "Azad Vikipedia" deyilir (ing. the free encyclopedia, fr. Le projet d’encyclopédie libre). Həm "Azad", həmdə "Açiq" düzdü, ancaq buna, zəhmət olmasa, nəzərə edin.--Hüseynli Zeynalabdin Cavanşir oğlu 12:27, 28 fevral 2012 (UTC)

Ana Səhifə boşdur

Məqalə yerləşdirin. --N KOzi FORVM 05:52, 19 mart 2012 (UTC)

Həftənin seçilmiş məqaləsi

Həftənin seçilmiş məqaləsi bölümü boşdur. İdarəçilər zəhmətin çəksinlər.--Əmir İbrahimi *danışıq* 05:51, 16 aprel 2012 (UTC)

✅Y --►Safir yüzüklü Ceklimesaj 06:16, 16 aprel 2012 (UTC)
Zəhmət olmasa, gələcək həftə üçün də məqalə yerləşdirin ki, sonra yeni problem yaranmasın. --N KOzi FORVM 06:41, 16 aprel 2012 (UTC)

Ərəb əlifbalı məqalələrə keçid

Ana səhifədə Ərəb əlifbalı məqalələrə keçid olmalıdır. Nədən ƏsasBaşlıq şablonundan Ərəb əlifbalı məqalələrə keçid silinib? [[1]] Vikipediyaya daxil olan cənub qardaşlarımız Ana Səhifədən Ərəb əlifbalı məqalələrə necə keçməlidirlər? Bu məsələni həll etmək lazimdır! --Irada (talk) 17:39, 7 iyun 2012 (UTC)

  • Kazakça Vikipedi'de böyle bir sistem var. "Талқылау" yazan yerim yanında bir ok var. Ona gelin "Kiril, Latin ve Arap" harflerine çevirim var. Bu sistem buraya da aktarılmalı ve Arap harfleri ile yazılan maddeler silinmeli. Emperyan-ileti 14:43, 12 iyun 2012 (UTC)
Razıyam ki, ərəb əlifbalı məqalələrə keçid olmalıdır. Amma onun formasını tapmaq lazımdır. Kateqoriya:Ərəb əlifbalı məqalələr kateqoriyasını Ana səhifədəki "Kateqoriyalar" bölməsinə əlavə edəkmi? Emperyanın təklifinə gəlincə, mən mütəxəssislərlə qazax vikisində "latın-kiril-ərəb" avtomatik çevirməsi ilə bağlı məsləhətləşmişəm. "latın-kiril" çevirməsi düzgün və uğurludur, "latın-ərəb" çevirməsi isə formal xarakter daşıyır. Bizim ərəblə yazan istifadəçilərimiz də qazax vikisinə nəzər yetirib mənim sözümü yəqin ki, təsdiqləyərlər. Çünki ərəb əlifbasına digər heç bir əlifbadan avtomatik çevirmə mümkün deyil. Biz artıq ən azı 4 ildir ki, bu problemin qarşısında "aciz" qalmışıq. --Sortilegus (talk) 15:12, 16 iyun 2012 (UTC)

Ana səhifədə təkrarlanan şəkil

Bu gün Ana səhifədə 1 şəkil 2 bölmədə gedib ("Bilirsinizmi" və "Günün seçilmiş şəkli"). Bu Kiş kəndindəki Kiş kilsəsinin şəklidir. Vizual baxımdan bu o qədər də yaxşı görünmür və əslində idarəçilərin qeyri-peşəkarlığı nümunəsi kimi dəyərləndirilə bilər. Çalışmaq lazımdır ki, bundan sonra belə məsələlərdə bir az diqqətli olaq. --Sortilegus (talk) 15:16, 16 iyun 2012 (UTC)

Səhv geçdə olsa aradan qaldırıldı. Ani diqqətsizlik olub, üzürlü hesab edin. --Baskervill (talk) 16:20, 16 iyun 2012 (UTC)

Ana səhifədə hansı məqalə və ya şəkilin yerləşdirlməsi nə əsas üstündədir?İdarəçilər seçilmiş şəkil və məqalərin arasından ana səhifəniyə məqalə və ya şəkil qoymalıdırlar və yoxsa başqa qayda var mı?--Orartu (talk) 16:31, 16 iyun 2012 (UTC)

Ərəb əlifbalı məqalə

Mən Ərəb əlifbalı məqalənin Ana səhifəyə yerləşməsin indi gördüm. Bir neçə vaxt başım qarışıq olduğu üçün heç bilmirəm bu ilk məqalədir yoxsa bundan öncə hansısa ərəb əlifbalı məqalə ana səhifəyə yerləşibdir.))) Hər halda bütün Azvikiçiləri bu münasibətlə təbrik edirəm. Davamlı olsun. --Əmir İbrahimi *danışıq* 07:30, 7 iyul 2012 (UTC)

Təbrik üçün çox sağolun. Deyəsən bir az gecikmisiniz. :) -- ■ Sultan mesaj 12:23, 7 iyul 2012 (UTC)

AzViki-də Ərəb əlifba məsələsi - Neçə illik problemə son qoyaq

Səlamlar vikipediyaçılarımıza. Neçə vaxtdır oturmuşam öncədən düzəltdiyim AzConvert proqramının üstündə çalışıb, onu zənginlişdirmişəm. Həmdə onu php dilinə köçürmüşəm. Burada nümunəsini görəbilərsiniz. Ama əsas çalışmağım bu proqrama Wiki formatını tanıtdırmaq olub. İndi siz ona bir Vikipediya səhifəsinin qaynağını versəz, onun içində Wiki linklər, şablonlar, intervikilər, şəkillər və digərləri tanıyıb, onları çevirməkdə düz yolda çevirir. Verdiyim adresdə test edə bilərsiniz.

Mən MediaWiki proqramını endirib və kodlarına baxdım, amma təəssüflə çox baş tapanmadım. İndi əgər müdirlər müvafiq olsalar və həmçinin bir nəfər AzViki üstündə dəyiştirməyə könüllü olsa, bizdə Qazax vikipediyasındakı sistemi öz vikipediyamızda qura bilərik. Musa (talk) 16:44, 11 sentyabr 2012 (UTC)

Verdiyim nümunə proqramın da sürəti az olmağına baxmayan. MySql veritabanının sürəti azdır və təəssüflə sürətli bir MySql hesabı yoxumdur. Musa (talk) 16:59, 11 sentyabr 2012 (UTC)

Salam! Başa düşdüm gədər, poqrmınız o cümlədə kiril qrafikadan latın qrafikaya tərcümə edir. Siz eliyə bilərsiz ki, o əksinə də: latın qrafikadan kiril qrafikaya tərcümə edə bilsin? Mən bir layihə yaratdım: az.cyrilic.wikia.com, onun üçün proqramınızda belə bir funksiya çox vacib olacaq. --Мурад 97 (talk) 0:05, 31 oktyabr 2012 (UTC)

Титульная страница Википедии

Здрасьте, я хочу попросить создателей Азербайджанской версии Википедии: титульная страница Википедии на азербайджанском слишком скучная, на мой взгляд. Считаю, это нужно исправить, взяв в пример с нижнесаксонской Википедии. Нижнесаксонская Википедия очень красочная и гламуная. Измените азербайджанскую версию. Keete Http://nds-nl.wikipedia.org

Знаете, тут до сих пор на титульной странице thumb используют, так что у нас ещё много проблем: о гламуре можно и позже подумать... --Мурад 97 (talk) 22:59, 30 oktyabr 2012 (UTC)

Согласен, кроме этого ОБЪЕМ большинства статей не превышают 1 предложения. Нужно писать пообъемнее, с графическими и визуальными данными. Арабский вариант для азербайджанского языка я считаю нужно убрать, так как стандартным письмом на территории АР является латиница, а не арабица. Keete

К вашему сведению, Азербайджанская Википедия пишется для людей владеющих Азербайджанским языком, а не для Азербайджанской Республики. Так уж получилось, что большинство этих людей живут в Южном Азербайджане (или Северном Иране) и там используют исключительно арабицу. Это на счёт арабицы. Ещё стоит отметить, что в субъекте Российской Федерации - Дагестанской Республике одним из официальных языков (согласно Конституции Республики Дагестан) является Азербайджанский язык на основе кириллической графики, так как там тоже проживают Азербайджанцы. Таким образом, чтобы удовлетворить интересы всего Азербайджаноязычного населения мира, мы должны сделать как в [kk: Казахской Википедии]: сделать автоматический переводчик всех статей на латиницу, арабицу и кириллицу. Этот вопрос постоянно обсуждается, помимо этой есть ещё много идей, так что не беспокойтесь. А проблема с размером статей присутствует не только в нашей Вики и её так просто не решить. Для устранения этой проблемы нужно довольно много активных участников (не статистически активных, а очень активных), чего у нас пока не совсем хватает. Я думаю, что все эти проблемы были и во многих других языковых разделах Вики, но они решаемы со временем. --Мурад 97 (talk) 23:50, 30 oktyabr 2012 (UTC)

Согласен, но я тоже создаю страницы в Википедии, их мало, но они довольно объемные, полны подробностей. Так что это в основном наверное из-за лени участников. Многие создатели думают лишь о том как бы увеличить общее количество статей, а не о том чтобы эти статьи были интересными. --Keete 37 Кстати, Ваши статьи на мой взгляд очень интересные --Keete 37

Это не совсем так. Помню, как тут очень большое количество статей удалили за короткий период как раз из-за того, что они портили глубину Википедии.

Благодарю. Я стараюсь. --Мурад 97 (talk) 0:13, 31 oktyabr 2012 (UTC)

Не за что, знаете, я думаю мы могли бы помочь друг-другу в создании новых статей в Википедии. Я бы хотел сотрудничать. --Keete 37

А вот на счёт одной вашей статьи: Откуда у вас информация, что именно эти сайты можно считать основными помимо других? Это не совсем корректно и может считаться рекламой, что запрещено в Википедии. Да и изображение тоже не уместно и подошло бы скорее к такой статье.

На счёт сотрудничества не уверен. Я занимаюсь статьями "стиль" которых не совсем совпадает с вашими статьями. Лучше для вас заручится помощью одного из Администраторов. --Мурад 97 (talk) 0:25, 31 oktyabr 2012 (UTC)

С Вашей стороны это вполне корректно, я постараюсь изменить данное положение, но называть это рекламой я постараюсь не согласиться; эти данные можно просмотреть и в других языковых разделах. У меня нету какого-то определенного стиля; я дополняю Википедию самыми разными статьями. Но все равно благодарю Вас за ваше мнение --Keete 37

Какой конкретно языковой раздел вы имеете в виду? Вот аналогичные статьи в Английской и Немецком разделе. Таких обширных списков нет. --Мурад 97 (talk) 0:44, 31 oktyabr 2012 (UTC)

Простите, это моя ошибка, на этот раздел в других языках действительно нету, это было скорее перенаправление. Я уже исправил данную статью и их уже нет. Спасибо за заметку. --Keete 37.

Не за что, рад помочь. --Мурад 97 (talk) 1:11, 31 oktyabr 2012 (UTC)

Kateqoriyalar

Xoş gördük.

Hörmətli həmkarlar, Ana Səhifədə çox "aktiv" olan "Tarixdə bu gün" bölməsinin bolluğundan Ana Səhifə bir az deformasiyaya uğrayır. Bunun qarşısını iki üsulla olmaq olar (məncə). Birincisi və daha radikalı Tarixdə bu günü bir az qısaltmaqdır ki, bunu mən dəstəkləmirəm. İkinci yolu (onusda heç kimin istifadə etmədiyi) kateqoriyalar bölməsinin ləğvidir. Təklifiniz? --Proger danış 01:01, 10 noyabr 2012 (UTC)

Son dövrlərdə şəkillərin miqyasından asılı olaraq ana səhifədə daima az ya çox ölçüdə "ağ məkan" yaranır. Mən təklif edərdim ki, "tarixdə bu gün" bölməsini qısaldaq. Kateqoriyalar bölməsi səhifənin dolğun göstərir, onun ləğvi bəsitlik olardı.--Acategory (talk) 06:48, 10 noyabr 2012 (UTC)

Təklif edirəm ki, "Tarixdə bu gün" bölməsini qısalmayaq; Günün seçilmiş məqaləsi layihəsini işlək səviyyəyə çatdırıb, Ana Səhifədəki "Günün seçilmiş şəkli" bölməsindən əvvəl onu yerləşdirək. Fikrimcə, yanvar ayına qədər işləri yekunlaşdırmaq olar. --►Şahdağlı Cekli 07:08, 12 noyabr 2012 (UTC)

Məncə "ağ məkan" məsələsini aradan qaldırmaq üçün nə "Tarixdə bu gün"ü bir az qısaltmaq, nə də kateqoriyalar bölməsinin ləğv etmək lazımdır. Ən sadə yol əsasən "Bilirsinizmi..." və qismən "Həftənin seçilmiş məqaləsi" bölməsinin həcmini artırmaqdır. Doğrudur bununla "ağ məkan" məsələsini tam həll etməyəcəyik, sadəcə bu məsələ qismən həll ediləcək. -- ■ Sultan mesaj 09:25, 12 noyabr 2012 (UTC)