Sultanum Bəyim
Sultanum Bəyim | |
---|---|
fars. سلطانم بیگم | |
23 may 1524 – 25 may 1576 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Vəfat tarixi | |
Vəfat yeri | Qəzvin, Səfəvi imperiyası |
Dəfn yeri | İmam Rza Məqbərəsi, Məşhəd |
Atası | İsa bəy Mosullu |
Həyat yoldaşı | Şah Təhmasib |
Uşaqları |
oğlanları: II İsmayıl, Məhəmməd Xudabəndə |
Ailəsi | Səfəvilər |
Dini | İslam |
Sultanım Bəyim və ya Qədəmli Sultan Xanım (1516 – 1593, Qəzvin) — ikinci Səfəvi hökmdarı olan Şah Təhmasibin birinci arvadı və Şahbanusu. O, Şah Təhmasibin varisi olan II Şah İsmayılın, 1578-ci ildən 1587-ci ilə qədər hökmranlıq edən Şah Məhəmməd Xudabəndənin və Gövhər Sultanın anasıdır.[1]
Həyatı
[redaktə | mənbəni redaktə et]Sultanım Bəyimin atası Ağqoyunlulardan olan İsa bəy Mosullu idi.[1] Şah Təhmasibin anası Taclı Bəyim kimi Sultanım Bəyim də Mosullu tayfasına aid idi və öz ərinin qohumu idi.[2] Azərbaycan bəylərbəyiliyinin bəylərbəyisi olan Musa Sultan Mosullu onun qardaşı idi. Təhmasiblə Şah I İsmayılın hakimiyyətinin son illərində evləndiyi düşünülür. Bu evlilikdən sonra o yeni şahın əsas arvadı oldu və iki oğul dünyaya gətirdi. Bu dövrdə Təhmasibin azyaşlı olmasına görə taxt-tac üzərində Şamlı-Ustaclı naibliyi mövcud idi. Bu naiblik müddətinin əvvəllərində, yəni ərinin hələ 18 yaşı olarkən ilk oğlanları olan Məhəmməd Xudabəndə dünyaya gəldi. 1537-ci ildə isə İsmayıl Mirzə doğuldu.[3]
Sultanım Bəyim Taclı Bəyimin 1540-cı ildə Şiraza göndərilməsindən sonra hərəmin hakimi oldu. Onun ayrıca sarayı və şəxsi vəziri (Xacə İbrahim Xəlil) var idi. Bundan əlavə, Sultanım Bəyim həmçinin fəxri titul hesab edilən Məhdi Ülya tituluna sahib idi.[3] Qərbi Xorasanda Sultanım Bəyimə məxsus olan böyük torpaq sahələri mövcud idi. Bu torpaqlar tiyul və müqərəriyat formasında idi.[4]
O, oğlu II Şah İsmayılın hakimiyyəti dövründə öz gücünü qoruyub saxlamağı bacardı. Həmçinin, onun tayfası olan Mosullular da hakimiyyəti dəstəkləyirdilər. Sultanım Bəyim Məhəmməd Xudabəndə və Şah Abbas dövrlərində də yaşamışdır.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 "ESMĀʿIL II – Encyclopaedia Iranica". www.iranicaonline.org. 2022-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-08.
- ↑ John E. Woods, The Aqquyunlu: Clan, Confederation, Empire Arxivləşdirilib 2021-10-16 at the Wayback Machine (1999) p. 193
- ↑ 1 2 Newman, Andrew J. Safavid Iran : Rebirth of a Persian Empire. London [u.a.]: I. B. Tauris. 2005. səh. 29. ISBN 9781860646676.
- ↑ Nashat, edited by Guity; Beck, Lois. Women in Iran from the rise of Islam to 1800. Urbana: University of Illinois Press. 2003. səh. 152, 154. ISBN 9780252071218. ([[:Category:|link]])[[Category:]]