Zülfüqar Rüfətoğlu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Zülfüqar Rüfətoğlu
Zülfüqar Rüfət oğlu Əhmədzadə
Doğum tarixi 22 iyun 1958(1958-06-22)
Doğum yeri
Vəfat tarixi 9 noyabr 2024(2024-11-09)[1] (66 yaşında)
Vəfat yeri
Vəfat səbəbi qaraciyər xərçəngi
Atası Rüfət Əhmədzadə
İxtisası tərcümə-jurnalistika
Təhsili
Fəaliyyəti jurnalist, ssenarist, müxbir
Fəaliyyət illəri 1985–2024
Mükafatları Qızıl qələm mükafatı

Əhmədzadə Zülfüqar Rüfət oğlu (22 iyun 1958, Bakı9 noyabr 2024[1], London[1]) — Azərbaycan jurnalisti, ssenarist. Şirbalanın məhəbbəti filminin ssenari müəllifi, "Səhər" qəzetinin təsisçilərindən biri, "Mavigözlü ögey ana" kitabının müəllifi Qızıl qələm mükafatlı azərbaycanlı jurnalist, yazıçı. Uzun illər BBC Azərbaycanca xidmətində fəaliyyət göstərib.

Zülfüqar Rüfətoğlu 1958-ci il iyunun 22-də Bakı şəhərində anadan olub. 1965–1975-ci illərdə 172 saylı orta məktəbdə təhsil alıb. 1975-ci ildə həmin məktəbi qızıl medalla bitirib. 1975–1980-ci illərdə Azərbaycan Dövlət Xarici Dillər İnstitutunda təhsil alıb, 1980-ci ildə buranı fərqlənmə diplomi ilə bitirib.

Hərbi xidmətdən sonra 1985-ci ildə "Azərbaycan qadını" jurnalında jurnalistika fəaliyyətinə başlayıb. 1986-cı ildə isə "Sovet kəndi" qəzetində, 1987-ci ildən isə "Kommunist" qəzetində fəaliyyətə göstərib. "Kommunist" qəzetinin əlavəsi olan və 1989-cu ildən çıxan "Səhər" qəzetinin yaradıcılarından biri olub. Müxtəlif illərdə "Xalq qəzeti" və "Azərbaycan" qəzetlərində çalışıb. 1990-cı ildə "Kommunist" qəzetinin ən gənc şöbə müdiri olub. 1990-cı ildə atası Rüfət Əhmədzadənin pyesi əsasında "Şirbalanın məhəbbəti filminin ssenarisini yazıb.

1985–1994-cü illər arasında bir çox mahnı sözləri bəstələyib. Emin Sabitoğlu, Eldar Mansurov, Cavanşir Quliyev kimi bəstəkarlarla birgə çalışıb.

1991-ci ildə "Qızıl qələm" mükafatına layiq görülüb.

1980–1994-cü illər ərzində isə "Elm və həyat" jurnalında dilçiliklə bağlı yazdığı məqalələr dərc olunub.

1993-cü ildə Reuters agentliyinin kurslarında dəvət olunub və burada təhsil alıb. 1994-cü ilin dekabr ayından isə BBC Azərbaycan xidmətində işləməyə başlayıb.

1996-cı ildə Qarabağ müharibəsi başlandığı tarixdən sonra Ermənistana, ŞuşaXankəndiyə səfər edən ilk azərbaycanlı jurnalistdir. Bu səfərindən sonra 10 hissədən ibarət "Atəşkəs kölgəsində" radiooçerklər silsiləsi yaranıb.

2000–2001-ci illər ərzində BBC Azərbaycan xidmətinin prodüseri kimi fəaliyyət göstərib. Daha sonra BBC Azərbaycanın əsas müxbirlərindən biri olub. Fəaliyyət göstərdiyi müddətdən burada "Çətin sual", "Sənin səsin" adlı həftəlik proqramları yaradıb. 2011-ci ildə BBC radio yayımından veb-səhifə yayımına keçərkən Zülfüqar Rüfətoğlu ixtisara düşüb[2]. Bundan sonra müstəqil jurnalist kimi fəaliyyət göstərib. 2014-cü ildə ağır xəstələnərək komaya düşüb.[3]

Z.Rüfətoğlu uşaqlıqdan şeir yazırdı və gənclik illərindən bədii tərcümə ilə də məşğul olurdu, onun "Gecəyarı qapıları döyməyin", "Hər gün Şuşaya gedirəm" və s. şeirləri mətbuatda çap olunub və sevilib. 2019-cu ildə "Mavi gözlü ögey ana" [4]şeir və bədii tərcümə kitabı işıq üzü görüb.

2024-cü il noyabrın 9-da İngiltərənin paytaxtı Londonda vəfat edib.[5][6]

Vəfatından sonra qələm dostlatı onun haqqında xatirə yazıları yazıblar[7][8].

  • Mavigözlü ögey ana. Bakı, 2019.

Azərbaycanlı şair, publisist, tərcüməçi və ictimai-siyasi xadim Zülfüqar Əhməd oğlu Əhmədzadə Zülfüqar Rüfətoğlunun babasıdır. 1918-ci ildə "Hümmət" təşkilatının üzvü olmuş, Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra bir çox vəzifələrdə işləmişdir. O, 1920–1922-ci illərdə Lerik rayonu Qosmalyon kəndində İcraiyyə Komitəsinin sədri, 1922–1923-cü illərdə Lənkəran qəzasında Torpaq şöbəsinin müdiri, 1923–1925-ci illərdə Lənkəran rayonu Maarif Şöbəsinin müdiri, 1925–1926-cı illərdə Laçın rayonunun, 1926–1928-ci illərdə Zaqatala rayonunun, 1928–1929-cu illərdə Ağdam rayonunun İcraiyyə Komitəsinin sədri seçilmişdir. Zülfüqar Əhmədzadə 1929–1930-cu illərdə Lənkəran Rayon Pedoqoji Texnikumunun direktoru vəzifəsinə təyin edilmişdir. 1930-cu ildə isə o, Mərkəzi Komitəya çağrılmiş və Astara Rayonu İcraiyyə Komitəsinin sədri təyin edilmişdir. 1937-ci ildə SSRİ cinayət məcəlləsinin 64-cü maddəsiylə: "Sovet hökumətinə qarşı silahlı mübarizə aparan təşkilatın üzvü kimi" ittiham olunuraq həbs edilib sürgün edilir. 1942-ci ildə sürgündə dünyasını dəyişib.[9]

Atası Rüfət Əhmədzadə məşhur azərbaycanlı yazıçı və satirik şairdir. SSRİ Yazıçılar İttifaqınınSSRİ Jurnalistlər İttifaqının üzvü olan Rüfət Əhmədzadə 11 kitab, 4 musiqili komediya, 3 televiziya tamaşasının müəllifidir. 15 dekabr 1988-ci ildə Bakıda dünyasını dəyişib.[10]

Qardaşı Rəşad Əhmədzadə Azərbaycan Dövlət Kukla Teatrının direktoru 2011-ci ildən isə "UNİMA" Azərbaycan Milli Mərkəzinin Prezidentidir. 9 mart 2017-ci ildə Azərbaycanın Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb.[11]

  1. 1 2 3 4 Zülfüqar Rüfətoğlu vəfat edib.
  2. "Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal". Kulis.az (az.). İstifadə tarixi: 2024-11-23.
  3. Misranə Həsənzadə. "Komaya düşən jurnalist Zülfüqar Rüfətoğlu anasının dəfninə gəlibmiş". modern.az. 5 mart 2014. 2019-08-21 tarixində orijinalından arxivləşdirilib.
  4. "Zülfüqar Rüfətoğlunun kitabı çap olunub". Kulis.az (az.). İstifadə tarixi: 2024-11-23.
  5. "Jurnalist Zülfüqar Əhmədzadə vəfat edib". Azadlıq Radiosu (az.). 2024-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-11.
  6. "Zülfüqar Əhmədzadənin vəfat etdiyi bildirilir". Meydan TV (az.). 2024-11-09. 2024-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-11.
  7. "Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal". Kulis.az (az.). İstifadə tarixi: 2024-11-23.
  8. "Zülfüqar Rüfətoğlu dostlarının xatirəsində: "Bakı üçün darıxırdı"". BBC News Azərbaycanca (az.). 2024-11-09. İstifadə tarixi: 2024-11-23.
  9. Aydın Canıyev. "Ser... Zülfüqar!". miq.az. 11 dekabr 2018. 2019-08-20 tarixində orijinalından arxivləşdirilib.
  10. Şərif Ağayar. "Tanınmış satirikin oğlu: "Öləcəyi günü bilirdi..."". kulis.az. 25 mart 2019. 2019-08-20 tarixində orijinalından arxivləşdirilib.
  11. President.az. "Azərbaycan Respublikasının teatr xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 09.03.2017. 2021-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-20.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]