Missuri Universiteti

Missuri Universiteti (MU) — ABŞ-nın Missuri ştatının Tuson şəhərində ictimai tədqiqat universiteti. MU Missuri ştatının ən böyük universitetidir.[2]

Missuri Universiteti
Loqonun şəkli
Xəritə
38°56′43″ şm. e. 92°19′43″ q. u.HGYO
Əsası qoyulub 1839
Tələbə sayı 32.777
Ölkə
Sayt missouri.edu
extension.missouri.edu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1908-ci ildən Amerika Universitetləri Assosiasiyasının üzvüdür və "R1: Doktorantura - Çox Yüksək Tədqiqat Fəaliyyəti" kateqoriyasına aiddir.[3]

Universitetin məzunları, professor-müəllim heyəti və işçi heyətinə 18 Rodos təqaüdçüsü,[4] 19 Truman təqaüdçüsü,[5] 140 Fulbrayt təqaüdçüsü,[6] Missuri ştatının 7 Qubernatoru[7]ABŞ Konqresinin 6 üzvü daxildir.[8] İki məzunu Nobel mükafatına layiq görülüb: Frederik Çapman [9] və Corc Smit.[10]

1839-cu ildə Missuri Qanunverici orqanı bir dövlət universiteti üçün vəsait təsis edən Akt qəbul etdi.[11] 1870-ci ildə bu müəssisəyə kollec statusu verildi. Bu akt kollecin əsas kampusunun bir qolu kimi Missuri Mədən və Metallurgiya məktəbinin yaradılmasına səbəb oldu.[12] Sonralar məktəb Müasir Missuri Elm və Texnologiya Universiteti kimi inkişaf etmişdir.

1888-ci ildə Missuri Kənd Təsərrüfatı Təcrübə Stansiyası açılmışdır.

1890-cı ilə qədər universitetin tərkibinə İbtidai sinif müəllimləri hazırlamaq üçün kollec, Mühəndislik kolleci, İncəsənət və Elmlər kolleci, Kənd təsərrüfatı məktəbi, Tibb məktəbi və Hüquq məktəbi daxil idi.[13]

1908-ci ildə MU-da dünyada birinci olduğunu iddia edən Jurnalistika məktəbi açıldı.

1913 — 1914-cü illərdə Ağ Kampus kimi tanınan yeni kampus tikildi.

Akademik strukturu

redaktə

Universitet bakalavr, magistratura, doktorantura proqramları və 300-dən çox dərəcə proqramı təklif edir.[14][15]

Missuri Universiteti 7 kollec və 11 məktəbdən ibarətdir.

Universitetinin Tədqiqat Reaktor Mərkəzi ABŞ-da nüvə tibbi üçün izotopların yeganə mənbəyidir.[16]

Universitetdə Missuri Sağlamlıq Elmləri Universiteti və bir neçə xəstəxana və klinikalar fəaliyyət göstərir.

Kollec və məktəbləri

redaktə
  • Elm və İncəsənət kolleci
  • Təhsil Kolleci
  • Hüquq məktəbi
  • Missuri Universiteti Tibb məktəbi
  • Missuri Universiteti Mühəndislik kolleci
  • Missuri Universiteti Ali məktəbi
  • Jurnalistika kolleci
  • Trulaske Biznes kolleci
  • Musiqi məktəbi
  • Sinklair Tibb bacısı məktəbi
  • Baytarlıq Tibb kolleci
  • Sosial İş Ali məktəbi
  • Fəxri kolleci
  • Ətraf Mühit Elmləri kolleci
  • Mühasibatlıq məktəbi
  • Təbii Sərvətlər məktəbi[17]
  • İnformasiya Elmləri və Öyrənmə Texnologiyaları məktəbi[18]
  • Sağlamlıq Elmləri Kolleci
  • Truman İctimai Əlaqələr məktəbi[19]
  • Vizual Tədqiqatlar məktəbi

Reytinqləri

redaktə

MU Amerika Universitetləri Assosiasiyasının üzvüdür və "R1: Doktorantura Təhsili - Çox Yüksək Tədqiqat Fəaliyyəti" kateqoriyasına aiddir.

NewsPro–RTDNA sorğusuna görə Missuri Jurnalistika məktəbi bir neçə dəfə ABŞ-da ən yaxşı jurnalistika məktəbi seçilib.[20] O, yerli Milli İctimai Radio Stansiyası KBIA-nı idarə edir və ispandilli radio proqramı olan Radio Adelanteni hazırlayır.

US News & World Reportun 2024-cü ilin reytinqinə görə ən yaxşı onlayn bakalavr proqramı kimi MU-nu ölkə üzrə 339 universitet arasında 28-ci yerdə qərarlaşdırıb.[21]

Universitetdə nüvə reaktoru fəaliyyət göstərir ki, bu da universitetlərdə fəaliyyət göstərən dünyanın ən güclü reaktorudur.[22]

Kitabxanası

redaktə
 
Ellis kitabxanası

Universitet Missuri ştatında ən böyük kitabxana kolleksiyasına malikdir. 2011-2012-ci tədris ilində burada 3,1 milyon cild kitab, 8,1 mln. mikroforma, 678,596 elektron kitab, 1,7 milyona yaxın dövlət sənədi, 284,000-dən çox çap edilmiş xəritə və 53,000-dən çox jurnal yerləşdirilib. Kolleksiya Ellis Kitabxanasında, Universitet arxivində və kampusdakı 7 xüsusi akademik kitabxanada saxlanılır.

Kampusları

redaktə
 
Xatirə Birliyinin Qülləsi
 
Missuri Araşdırmaları Mərkəzi Missuri Dövlət Tarix Cəmiyyətinin qərargahı, muzeyi və tədqiqat mərkəzi.
 
Missuri Jurnalistika Məktəbi
 
Sanford F. Konley House

MU Missuri Universitet Sisteminin bir hissəsidir və dörd kampusdan ibarətdir:

  • Mizzou kampusu
  • Rolle — Missouri Elm və Texnologiya Universiteti — MS&T
  • Kanzas City kampusu — UMKC
  • Sent-Luis kampusu — UMSL

Missuri Universitetinin kampusu Kolumbiya şəhərinin cənubunda yerləşir və Botanika bağı kimi istifadə olunur. Tarixi şəhərciyin mərkəzi Tarixi Yerlərin Milli Reyestrində qeyd olunan tarixi rayon olan Francis Quadrangledə yerləşir və Milli Tarixi Yerlər Reyestrində qeyd olunan bir neçə binadan ibarətdir.

Memorial Union kampusu Missuri Universiteti üçün İcma mərkəzi kimi xidmət edir.[23]

2019-cu ildə Missuri Dövlət Tarixi Cəmiyyətinin yeni qərargahı olaraq Missuri Araşdırmaları üçün yeni Mərkəz açıldı.

Məşhur məzunları

redaktə
 
Bred Pitt
  • Villiam F. Baker — Bürc Xəlifənın mühəndisi
  • Bred Pitt — aktyor və kino prodüseri
  • Tom Berenger — Emmi mükafatçısı, aktyor
  • Emili Nevell Blair — yazıçı, suffragist və Qadın Seçicilər Liqasının qurucusu
  • Linda Bludvorth-Tomason — yazıçı və televiziya prodüseri
  • Andy Bryant — Intel Korporasiyasının sədri
  • Keyt Kapşau — aktrisa, "İndiana Cons və tale məbədi"
  • Maykl Çandler — üçqat Bellator çempionu və UFC döyüşçüsü
  • Marsia Şatelain — Tarix üzrə 2021 Pulitzer mükafatının qalibi
  • Kris Keper — aktyor, Oskar mükafatçısı
  • Robert K. Dikson — Nobel mükafatı laureatı, prezidentin müşaviri və alim
  • Linda M. Godvin — NASA astronavtı
  • Martin Henrih — ABŞ senatoru
  • Tim Kaine — 2016-cı il Vitse-prezidentliyə namizəd və Virciniyadan ABŞ senatoru

İstinadlar

redaktə
  1. 1 2 Global LEI index.
  2. "University of Missouri". Britannica Kids. December 5, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 5, 2022.
  3. "Carnegie R1 and R2 Research Classifications Doctoral Universities (updated 2018)" (PDF). June 10, 2020 tarixində orijinalından (PDF) arxivləşdirilib.
  4. "U.S. Rhodes Scholarships Number of Winners by Institution U.S. Rhodes Scholars 1904 – 2020" (PDF). 2020-12-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-03-28.
  5. "Scholar Listing". The Harry S. Truman Scholarship Foundation (ingilis). İstifadə tarixi: April 27, 2023.
  6. "Grantee Directory". us.fulbrightonline.org. May 28, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 27, 2023.
  7. "Missouri". National Governors Association. May 10, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 27, 2023.
  8. "Mizzou". Mizzou (ingilis). January 6, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 30, 2023.
  9. "The Nobel Prize in Physiology or Medicine 1954". NobelPrize.org. Nobel Assembly at the Karolinska Institute. December 28, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 28, 2022.
  10. "The Nobel Prize in Chemistry 2018". NobelPrize.org. February 12, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 27, 2023.
  11. "History of the Board of Curators". Archives of the University of Missouri. May 30, 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 19, 2009.
  12. https://web.archive.org/web/20080820101957/http://umsystem.edu/ums/about/history/
  13. "Arxivlənmiş surət". 2024-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-28.
  14. "Arxivlənmiş surət". 2024-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-29.
  15. "Arxivlənmiş surət". 2024-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-29.
  16. "Arxivlənmiş surət". 2024-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-28.
  17. "SNR: A Brief History". Snr.missouri.edu. October 30, 2006. May 30, 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: March 16, 2010.
  18. "School of Information Science & Learning Technologies – College of Education | University of Missouri". Education.missouri.edu. May 27, 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: March 16, 2010.
  19. "Harry S Truman School of Public Affairs | About the Truman School of Public Affairs". Truman.missouri.edu. June 18, 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: March 16, 2010.
  20. "Arxivlənmiş surət". 2024-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-28.
  21. "Arxivlənmiş surət". 2024-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-28.
  22. https://web.archive.org/web/20140822135959/http://en.wikipedia.org/wiki/University_of_Missouri_Research_Reactor_Center
  23. "Arxivlənmiş surət". 2023-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-28.

Ədəbiyyatı

redaktə

Xarici keçidlər

redaktə