Port-Elizabet
Port-Elizabet- (ing. Port Elizabeth, afrik. Die Baai)-Cənubi Afrika Respublikasının 6-cı böyük şəhəri.Şərqi Burun vilayətinin Kakadu rayonunun mərkəzi.
şəhər | |
Port-Elizabet | |
---|---|
Port Elizabeth Die Baai | |
33°57′29″ c. e. 25°36′00″ ş. u.HGYO | |
Ölkə | Cənubi Afrika Respublikası |
Bölgə | Şərqi Burun vilayəti |
Rayon | Nelson Mandella şəhər rayonu |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1820 |
İlk məlumat | 1860 |
Sahəsi | 251 km² |
Mərkəzin hündürlüyü | 15 m |
Saat qurşağı | UTC+2 |
Əhalisi | |
Əhalisi | 312 392 nəfər |
Sıxlığı | 1244,4 nəf./km² |
Aqlomerasiya | 1 244 900 |
Milli tərkibi |
89,4 % — xristianlar 6,1 % — ateistlər 1,5 % — müsəlmanlar 0,4 % — yəhudilər 0,3 % — hindli |
Rəsmi dili | Azərbaycan dili |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +27 41 |
Poçt indeksi | 6001[1][2], 6000[1][2] |
Digər | |
mandelametro.gov.za | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəŞəhər ingilis köçkünləri tərəfindən 1820-ci ildə qurulmuşdur.Port-Elizabet 1860-cı ildə şəhər statusu,1861-ci ildə isə muxtariyyət almisdir.Birinci ingilis-bur müharibəsi zamanı şəhər həbs düşərgəsi kimi istifadə edilmisdir.XX əsrin ortalarında CAR-da tüğyan edən irqçi aparteid siyasəti nəticəsində minlərlə qaradərili əhali şəhərdən köçürdülür. Aperteiddən sonra Port-Elizabet inkişaf edərək CAR-ın əsas liman şəhərlərindən birinə çevrilmişdir.
Fevral 2021-ci ildən bəri Gqeberha adı, Walmer qəsəbəsinin Xosa adından, Port Elizabeth şəhərini təyin etmək üçün Cənubi Afrika hökuməti tərəfindən rəsmiləşdirildi.
Əhali
redaktə2011-ci siyahıya alınmasına əsasən şəhərdə 312,392 nəfər yaşayır.Bu nüfuzun 60%-ə yaxınını afrikalı qaradərililər təşkil edir.
Iqtisadiyyat
redaktəPort-Elizabet bir çox dəniz yollarının üzərində yerləşdiyindən liman şəhəri kimi tez bir zamanda inkişaf edir.Burdan xaricə konyak,sirkə,şərab,buğda,aloya bitkisi,yağ,sabun və s. mallar ixrac edilirdi.
Müasir dövrdə də Port-Elizabet öz əhəmiyyətini itirməyib.Ölkənin nüfuzuna görə 6-cı şəhəri,həmçinin ən böyük 3-cü liman şəhəridir.
Şəhərdə güclü inkişaf etmiş sahələrdən biri avtobilçilikdir.Beləki bir çox məşhur avtomobil şirkətləri Port-Elizabetdə fəaliyyət göstərir.
Turizm və idman
redaktəPort-Elizabet kifayət qədər gənc olduğundan bura abidələrlə zəngin deyil.Bir çox tarixi binalar Donkin nəsli ilə bağlıdır.Bura meriya binası(1862),Donkin parkını misal göstərmək olar.Şəhərin əsası qoyulmadan əvvəlki dövrə aid əsas bina Frederik qalasıdır(1799).
Şəhərdə bir çox çimərliklər var ki, bunlardan ən əsasları Kinqa və Hobi çimərlikləridir.
Bundan başqa şəhərdə turistik əhəmiyyətli çoxlu parklar və bağlar salınmışdır.
Port-Elizabetdə futbol,reqbi,yüngül və ağır atletika,kriket,hokkey və digər idman növləri üçün stadionlar və idman kompleksləri var.CAR-ın ən köhnə kriket meydançası buradkı Sent-Cons parkındadır.
- ↑ 1 2 South African Post Office.
- ↑ 1 2 http://www.postoffice.co.za/tools/pcodes.xls.