Vampirlə müsahibə (film)
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Vampirlə müsahibə (ing. Interview With The Vampire) — 1994-cü ildə Nil Cordan tərəfindən çəkilmiş və baş rolları Bred Pitt və Tom Kruzun oynadığı filmdir. Film Enn Raysın eyniadlı romanı əsasında çəkilmişdir. Filmin çəkilişinə 60 milyon ABŞ dolları sərf olunub. Lakin 223.7 milyon gəlir əldə edilib.
Vampirlə müsahibə | |
---|---|
ing. Interview with the Vampire: The Vampire Chronicles | |
Janr | qorxu filmi[1][2][…], fentezi filmi[d][2][3][…], romantik film, roman ekranlaşdırması[d], dram filmi |
Əsas mövzu | ölüm[4], şər[4], Vampir[4], qətl[4], mənəviyyat[4], Ölməzlik[4] |
Ssenari müəllifi | |
Baş rollarda | |
Distribütor | InterCom[d] |
İlk baxış tarixi | 11 noyabr 1994[7], 1 dekabr 1994[8] |
Müddət | 123 dəq. |
Büdcə | 60.000.000 $ |
Gəlir | 223.700.000 $[9] |
Ölkə | |
Dil | ingilis dili |
Rəng | rəngli[d] |
Çəkiliş yeri | San-Fransisko, Nyu-Orlean |
IMDb | ID0110148 |
Məzmun
redaktəGənc bir jurnalist sirli bir insandan müsahibə almaq istəyir. Həmin insan isə 200 yaşında bir vampir olduğunu deyir. Jurnalist buna inanmadıqda bir neçə qeyri-adi hərəkət göstərir və jurnalisti vampir olduğuna inandırmağı bacarır. Müsahibə zamanı vampir həyat hekayəsini danışmağa başlayır:
Lui varlı bir gəncdir. Lakin bu yaxınlarda arvadını itirdiyindən özünü pis hiss edir, tez-tez içib sərxoş olur. Onun bu vəziyyətini görən vampir-Lestat onu özü kimi vampirə çevirir. Lakin Lui insanları öldürə bilmir. Vicdanı onu narahat edir. Bir müddət toyuqlarla qidalanır. Lakin bir dəfə valideynlərini itirmiş Klaudiya adlı balaca bir qızı dişləyir. Elə həmin dəqiqə də qızı öldürdüyünü düşünüb peşman olur və meşəyə qaçır. Luini pis vəziyyətdə görən Lestat qızın həyatını qorumaq üçün Klaudiyanı vampirə çevirməli olur. Klaudiya və Lui dostlaşırlar. Lakin zaman keçdikcə Lestata nifrət eləməyə başlayırlar. Bir gün Klaudiya Lestatı yaralayıb Lui ilə qaçır. Bir müddət Letat tərəfindən izlənilirlərsə də, canlarını qurtara bilirlər. Dünyanı gəzib özləri kimi insanları axtarırlar. Nəhayət uzun axtarışdan sonra onlar Armand adlı bir vampirlə tanış olurlar. Armand onları vampirlərin teatrına gətirir. Vampirlər Klaudiya və Luinin fikirlərini oxuyaraq onların Lestatı öldürdüklərini anlayırlar. Luini tabutda bağlayır, Klaudiyanı isə Günəş işığında yandırırlar. Armand Luini xilas edir. Lui Klaudiyanınn öldüyünü biləndə o bir vampirləri yandıraraq öldürür və Armandı tərk edərək yaxşı birisi olmağa çalışır. Müsahibə burda başa çatır. Jurnalist isə bu hekayədən xoşlandığını deyir və vampir olmaq istəyini bildirir. Lui isə jurnalistin onu başa düşmədiyini anlayır və çıxır gedir.
Vampir olmaq əbədiyyən yaşamaq və əbədi cavan qalmaq deməkdir: "Həyatın mənası bəzən nə vaxt öləcəyini bilməməkdir!"
Rollarda
redaktəAktyor | Rol |
---|---|
Bred Pitt | Lui |
Tom Kruz | Lestat |
Kristen Danst | Klaudiya |
Antonio Banderas | Armand |
İstinadlar
redaktə- ↑ 1 2 3 http://stopklatka.pl/film/wywiad-z-wampirem.
- ↑ 1 2 http://www.imdb.com/title/tt0110148/.
- ↑ http://www.filmstarts.de/kritiken/40993-Interview-mit-einem-Vampir.html.
- ↑ 1 2 3 4 5 6 Interview with the Vampire: The Vampire Chronicles (ing.). 1994.
- ↑ 1 2 3 4 5 http://www.imdb.com/title/tt0110148/fullcredits.
- ↑ 1 2 3 http://www.allocine.fr/film/fichefilm_gen_cfilm=11234.html.
- ↑ Freebase Data Dumps. Google.
- ↑ IMDb (ing.). 1990.
- ↑ Box Office Mojo (ing.). 1999.