Covanni Antonio
Covanni Antonio Kanal (it. Giovanni Antonio Canal) və ya Kanaletto (it. Canaletto (1 oktyabr 1697, Venesiya — 20 aprel 1768, Venesiya) italyan rəssamı, Venesiya veduta janr məktəbinin başçısı, şəhər mənzərə rəsmlərinin mahir ustası, barokko rəssamı. birlikdə Canaletto Giambattista Pittoni, Giovanni Battista Tiepolo formaları, o dövrün ənənəvi böyük Old Masters.
Covanni Antonio Kanal | |
---|---|
it. Giovanni Antonio Canal | |
Doğum adı | Giovanni Antonio Canal |
Doğum tarixi | |
Doğum yeri | Venesiya |
Vəfat tarixi | (70 yaşında) |
Vəfat yeri | Venesiya |
Milliyyəti | İtalyan |
Fəaliyyəti | rəssam, işləmə ustası, boyakar[d] |
Janr | Veduta |
Stil | Barokko |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəAntonio Kanal teatr rəssamı atası Bernardo Kanaldan rəssamlıq öyrənmiş ona teatr səhnələrinin dekorlarını qurmaqda kömək etmişdir. 1719-cu ildə Romaya gələrək vedutist Covanni Paolo Panininin yaradıcılığı ilə tanış olur. Məhz bundan sonra o, özünün məşhur Venesiya mənzərələrini çəkməyə başlamışdır. İlk zamanlar o, öz rəsmlərini birbaşa eskiz cızmadan mənzərədən çəkərmiş. Sonradan isə öz emalatxanasından Kamera-obskuradan istifadə etməklə çəkərmiş.
1746-cı ildə Kannaletto Londona gələrək, 10 il müddətində orada qalıb yaradıcılıqla məşqul olur. Burada o, bir çox yerli saray və evlərin şəkillərini çəkir. 1755-ci ildə Venesiyaya dönür, 1763-cü ildə Venesiya rəssamlıq akademiyasına üzv seçilir.