Covanni Antonio

Vikipediya, azad ensiklopediya
Elshad Iman (Elşad İman) (müzakirə | töhfələr) (vikiləşdirmə) tərəfindən edilmiş 19:12, 19 fevral 2023 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Covanni Antonio Kanal
it. Giovanni Antonio Canal
Doğum adı Giovanni Antonio Canal
Doğum tarixi
Doğum yeri Venesiya
Vəfat tarixi (70 yaşında)
Vəfat yeri Venesiya
Milliyyəti İtalyan
Fəaliyyəti rəssam, işləmə ustası, boyakar[d]
Janr Veduta
Stil Barokko
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Covanni Antonio Kanal (it. Giovanni Antonio Canal) və ya Kanaletto (it. Canaletto (1 oktyabr 1697, Venesiya — 20 aprel 1768, Venesiya) italyan rəssamı, Venesiya veduta janr məktəbinin başçısı, şəhər mənzərə rəsmlərinin mahir ustası, barokko rəssamı. birlikdə Canaletto Giambattista Pittoni, Giovanni Battista Tiepolo formaları, o dövrün ənənəvi böyük Old Masters.

Antonio Kanal teatr rəssamı atası Bernardo Kanaldan rəssamlıq öyrənmiş ona teatr səhnələrinin dekorlarını qurmaqda kömək etmişdir. 1719-cu ildə Romaya gələrək vedutist Covanni Paolo Panininin yaradıcılığı ilə tanış olur. Məhz bundan sonra o, özünün məşhur Venesiya mənzərələrini çəkməyə başlamışdır. İlk zamanlar o, öz rəsmlərini birbaşa eskiz cızmadan mənzərədən çəkərmiş. Sonradan isə öz emalatxanasından Kamera-obskuradan istifadə etməklə çəkərmiş.

1746-cı ildə Kannaletto Londona gələrək, 10 il müddətində orada qalıb yaradıcılıqla məşqul olur. Burada o, bir çox yerli saray və evlərin şəkillərini çəkir. 1755-ci ildə Venesiyaya dönür, 1763-cü ildə Venesiya rəssamlıq akademiyasına üzv seçilir.

Covanni Antonionun əsərləri