Müttəfiqlər (film)

Vikipediya, azad ensiklopediya
Araz Yaquboglu (müzakirə | töhfələr) (HotCat vasitəsilə Kateqoriya:2016-cı ilin ABŞ filmləri əlavə olundu) tərəfindən edilmiş 08:36, 18 iyul 2024 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Müttəfiqlər
ing. Allied
Janr triller filmi, dram filmi, romantik film, müharibə filmi
Əsas mövzu İkinci Dünya müharibəsi
Rejissor
Prodüser
  • Qrem Kinq
  • Stiv Starki
  • Robert Zemekis
Ssenari müəllifi Stiven Nayt
Baş rollarda
Operator Don Burges
Bəstəkar Alan Silvestri
İstehsalçılar Paramount Pictures
Distribütor Paramount Pictures, UIP-Dunafilm[d][5], Netflix, Hulu[d]
İlk baxış tarixi 13 noyabr 2016
Müddət 124 dəqiqə[1]
Büdcə $85–113 milyon[2][3]
Gəlir $119.5 milyon[2]
Ölkə
Dil ingilis dili
Rəng rəngli[d]
Çəkiliş yeri Kanar adaları, Mərakeş
IMDb ID3640424

Müttəfiqlər (ing. Allied) — Robert Zemekisin rejissorluğu və Stiven Naytın yazdığı süjet xətti ilə çəkilmiş və İkinci Dünya müharibəsindən bəhs edən romantik triller filmidir. Filmdə baş rolları Bred PittMarion Kotiyar ifa etmişdirlər. Film 23 noyabr 2016-cı ildə Paramount Pictures tərəfindən ABŞ-da nümayiş etdirilmişdir.

Filmin əsas çəkilişləri 2016-cı ilin fevral ayında Londonda başlanmış və 2016-cı ilin may ayında Mərakeşdə çəkilən səhnələr növbəti aylarda Kanar adalarında davam etdirilmişdir. Coanna Conston bu film üçün geyim dizayneri olmuş və geyimlərin dizaynlarını filmin personajlarının düşüncə tərzinə və situasiyaya görə müəyyənləşdirmişdir.

Filmin premyerası 9 noyabr 2016-cı ildə Los-Ancelesdə baş tutmuş və 23 noyabr 2016-cı ildə Paramount Pictures tərəfindən ABŞ-da nümayiş etdirilmişdir. Film tənqidçilərdən kostyum dizaynı, operator işi (kinomatoqrafiya) və musiqi partiturasına görə təriflərlə bərabər qarışıq rəylər almış, lakin ssenarisinə və aktyorlar arasında sintezin olmamasına görə də tənqid edilmişdir. Film təxmini olaraq büdcəsi 85-113 milyon dollar arasında olmuşdur. Filmin gəlirləri isə yerli bazardan 40,1 milyon dollar, xarici bazarlardan isə 119 milyon dollar təşkil etmişdir. Buna görə də bu film kassada çox da müvəffəqiyyətli bir film hesab edilmir. Film 89-cu Oskar mükafatı mərasimində ən yaxşı kostyum dizaynı nominasiya üzrə bu mükafata namizəd olmuşdur.

Aktyor Rolu
Bred Pitt Maks Vatan[6]
Marion Kotiyar Mariann Bosejur[7]
Cared Harris Frenk Heslop[8]
Metyu Qud Qay Senqster
Lizzi Kaplan Bricit Vatan[9]
Anton Lesser Emmanuel Lombard
Auqust Dil Hobar
Kamil Kotten Monik
Şarlotta Houp Luiza
Merion Beili xanım Sinkler
Saymon Makberni Britaniya Xüsusi Xidmət Mərkəzinin əməkdaşı
Deniel Betts Corc Kavana
Terri Fremon Pol Delamar
Reffi Kessidi Anna Vatan
  1. "Allied (15)". British Board of Film Classification. November 9, 2016. November 11, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 10, 2016.
  2. 1 2 "Allied (2016)". Box Office Mojo. IMDb. March 19, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 16, 2017.
  3. "2016 Feature Film Study" (PDF). FilmL.A. Feature Film Study. Film L.A.: 23 May 23, 2017. July 31, 2017 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: June 29, 2017.
  4. 1 2 3 4 Česko-Slovenská filmová databáze (çeş.). 2001.
  5. http://nmhh.hu/dokumentum/198182/terjesztett_filmalkotasok_art_filmek_nyilvantartasa.xlsx.
  6. Hayden, Erik. "Robert Zemeckis to Direct Brad Pitt Romantic Thriller". hollywoodreporter.com. 2015-02-06. 2017-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-07.
  7. Sneider, Jeff. "Brad Pitt, Marion Cotillard to Play Spies and Lovers in Robert Zemeckis' WWII Movie". thewrap.com. 2015-06-08. 2017-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-25.
  8. Galuppo, Mia. "Jared Harris Joins Brad Pitt in Robert Zemeckis' Spy Thriller". The Hollywood Reporter. 2016-01-28. 2017-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-01.
  9. Kroll, Justin. "Lizzy Caplan Joins Brad Pitt in Robert Zemeckis' Next Movie". Variety. 2016-03-08. 2017-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-01.