43°08′42″ şm. e. 45°54′14″ ş. u.HGYO

Şali

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Şəhər
Şali
çeç. Шела
43°08′42″ şm. e. 45°54′14″ ş. u.HGYO
Ölkə  Rusiya
Respublika Çeçenistan
Mer Saidov Ali Abubakaroviç
Tarixi və coğrafiyası
Əsası qoyulub 1944
Yaşayış məntəqəsi statuslu 1990
Sahəsi 27,02 km²
Mərkəzin hündürlüyü 225 m
İqlimi mülayim
Saat qurşağı UTC+3
Əhalisi
Əhalisi 54 168 nəfər (2019)
Sıxlığı 2004,74 nəf./km²
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +7 87146
Poçt indeksi 366300
Digər
meriyashali.ru  (rus.)
Şali xəritədə
Şali
Şali
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şali (çeç. Шела) - Rusiyanın subyekti olan Çeçenistan respublikasında yerləşən Şalinski rayonunun şəhər mərkəzi.

Şəhər Şalinski rayonunun mərkəzi hissəsində, Çeçen düzənliyinin ətəklərindən keçən meşə silsiləsini kəsən Bass çayının hər iki sahilində yerləşir. Arqun dəmiryol stansiyasından 18 km cənubda və Qroznı şəhərindən 36 km cənub-şərqdə, regional avtomobil magistralı qovşağının keçdiyi yerdədir.

Şəhərin sahəsi 2009-cu ilin məlumatlarına görə 27,02 km²-dir.

Mülayim kontinental iqlim üstünlük təşkil edir. Orta illik yağıntının miqdarı təxminən 450 mm-dir.

"Müsəlmanların qüruru" məscidi

XIX əsrin ortalarında Şali Böyük Çeçenistanın ən böyük kəndlərindən biri idi. Strateji mövqeyinə görə, aul Qafqaz müharibəsi illərində çar qoşunlarına hücum etmək üçün yola çıxan İmam Şamil qoşunlarını toplanma nöqtəsi kimi xidmət edirdi.

1944-cü ildə Çeçenlərİnquşların məcburi köçürülməsindən və Çeçen-İnguş Muxtar Sovet Sosialist Respublikasının ləğv edilməsindən sonra kənd Mejdureçe adlandırıldı.

Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikası bərpa edildikdən sonra, 1958-ci ildə kəndin adı Şali olaraq yenidən dəyişdirildi.

1990-cı ildə kəndə şəhər statusu verildi.

1994-1996-cı illərdəki hərbi əməliyyatlar şəhərə və onun sakinlərinə böyük ziyan vurdu: yüzlərlə insan öldürüldü, evlər, sənaye, nəqliyyat, rabitə və aqrar-sənaye kompleksi dağıdıldı. Xüsusilə, 3 yanvar 1995-ci ildəki bombardman zamanı ən az 55 nəfər həlak oldu.

İkinci Çeçenistan müharibəsi zamanı şəhər şiddətli döyüş meydanına çevrildi. 2000-ci ilin yanvarında silahlılar və onlara rəğbət bəsləyən mülki şəxsləri bir araya gətirən mitinqə Toçka U taktiki raketi atıldı, nəticədə yüzlərlə insan həlak oldu. Bir neçə gün sonra şəhər tamamilə federal qoşunların nəzarəti altına keçdi.[1]

2000-ci ildən bəri şəhər fəal inkişaf edir. Yeni yaşayış binaları, sosial-mədəni və idman obyektləri tikilir.

2012-ci ildən etibarən şəhər mərkəzindəki 5 hektar ərazidə, Şali şəhər yüksək mərtəbəli kompleksinin yanında yeni bir məscidin inşası sürətlə davam edirdi. Özbəkistan memarları dünyada analoqu olmayan bənzərsiz bir layihə üzərində işlədiklərini deyirdilər. 23 avqust 2019-cu ildə respublikanın ilk prezidenti - Əhməd Kadırovun doğum gününə həsr olunmuş məscidin təntənəli açılışı oldu. Avropada ən böyük halına gələn yeni "Müsəlmanların qüruru" məscidi içərisində 30 min, ətraf ərazilə ilə birlikdə isə 70 min müsəlman ibadət edə bilər. 43 metr hündürlüyündə günbəz və 63 metr hündürlüyündə minarələrə sahib olan bina işığın düzgün əks etdirilməsi və temperaturun normal saxlanılması üçün Yunanıstanın Thassos adasından gətirilən ağ mərmərlə örtülüdur. İki yarım tondan çox ağırlığı olan səkkiz metrlik bir çilçıraq və 395 lampa svarovski daşlar və qızıllarla bəzədilib. 5 hektar ərazisi olan 12 fəvvarəli parkdao 2 minə yaxın ağac və əsl gül vadisi əkilmişdir. Əvvəlcə, məscidin respublikanın başçısı Ramzan Kadırovun adının veriləcəyi planlaşdırılırdı. Açılış mərasimində isə məscidə Məhəmməd peyğəmbərin adı verildi.[2][3]

Əhalinin sayı

[redaktə | mənbəni redaktə et]
İllərə görə əhali: Şali
(Mənbə: [4][5][6][7])
İl193919591970197919891992199620022003200520062007200820092010201120122013201420152016201720182019
Əhali10 60011 91118 63621 89424 98526 80024 00040 35640 40042 10043 50044 30044 20045 16147 70847 70049 02649 96750 41251 26852 23453 01653 80754 168

2010-cu il statistikasına görə Şalinin milli tərkibi aşağıdakı kimidir:[8]

Millət Sayı,
nəf.
Əhali
içərisindəki nisbəti, %
çeçenlər 43 018 90,17 %
ruslar 2 578 5,40 %
qumuqlar 362 0,76 %
avarlar 279 0,58 %
qazaxlar 214 0,45 %
tabasaranlılar 202 0,42 %
digərləri 1 015 2,13 %
bildirməyənlər 40 0,08 %
cəmi 47 708 100,00 %

Şəhərin 1991-1993-cü illərdə fəaliyyət göstərən Vaynax FC futbol komandasının ən böyük uğuru Rusiya ikinci diviziyasında 1-ci Zona üzrə 20-ci yeri tutması olmuşdur.

Qardaşlaşmış şəhər(lər)

[redaktə | mənbəni redaktə et]
  1. "Атака на Аргун и Шали. Неизвестная битва чеченской войны Евгений Норин 8 июля 2018". 2019-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-04.
  2. "Белый мрамор, много золота и ручная роспись: всё о новой крупнейшей мечети в Европе". Телекомпания «НТВ». 2019-08-23. 2021-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-23.
  3. "В чеченском Шали открыли крупнейшую в Европе мечеть. Ее должны были назвать в честь Рамзана Кадырова". «Новая газета». 2019-08-23. 2022-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-23.
  4. "Россия / Rossija". pop-stat.mashke.org (ingilis). January 11, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 1, 2019.
  5. "Том 1. Численность и размещение населения". www.gks.ru (rus). Федеральная служба государственной статистики. September 11, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 1, 2019.
  6. "ЧИСЛЕННОСТЬ НАСЕЛЕНИЯ РОССИЙСКОЙ ФЕДЕРАЦИИ". www.gks.ru (rus). Федеральная служба государственной статистики. January 1, 2012. May 13, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 1, 2019.
  7. "ЧИСЛЕННОСТЬ НАСЕЛЕНИЯ РОССИЙСКОЙ ФЕДЕРАЦИИ". www.gks.ru (rus). Федеральная служба государственной статистики. January 1, 2013. May 13, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 1, 2019.
  8. "Том 4 книга 1 "Национальный состав и владение языками, гражданство"; таблица 1 "Национальный состав населения Чечни по городским округам, муниципальным районам, городским населённым пунктам, сельским населённым пунктам с численностью населения 3000 человек и более"". 2015-09-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-04.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]