1888-ci il böyük çovğunu
1888-ci il böyük çovğunu (ing. Great Blizzard of 1888) — 1888-ci ilin 11–14 mart tarixləri arasında Şimali Amerikada baş vermiş şiddətli çovğun. Amerika Birləşmiş Ştatları və Kanada tarixinin ən şiddətli qar fırtınalarından hesab olunan 1888-ci il çovğunu şərq sahili boyunca Çesapik körfəzi Men ştatının ərazisinə qədər effektiv olmuşdur.[1] Çovğun həmçinin Kanadanın Yeni Şotlandiya, Nyufaundlend və Labrador, Nyu-Bransuik və Şahzadə Eduard Adasındakı həyatı iflic etmişdir.
Nyu-Cersi, Nyu-York, Massaçusets, Rod-Aylend və Konnektikut ştatlarının bəzi yerlərində yağmış qarın hündürlüyü 147 sm-ə çatmış, 72 km/saat sürətə çatan küləklər nəticəsində isə çoxlu sayda qar yığınları yaranmışdır. Çovğun nəticəsində dəmiryolları bağlanmış və insanlar bir həftəyə qədər evlərində qalmaq məcburiyyətində qalmışdılar.[2]
Dəmiryolu və teleqraf xətlərinin sıradan çıxması nəticəsində şəhər infrastrukturlarına ciddi ziyan dəymişdir. 1888-ci il çovğunundan sonra Şimali Amerikanın bir çox kommunikasiya xətləri yeraltı şəraitə uyğunlaşdırılmışdır.
Çovğun
[redaktə | mənbəni redaktə et]Təsirləri
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "The Blizzard of 1888; the Impact of this Devastating Storm on New York Transit". 2007-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-25.
- ↑ Douglas, Paul. Restless Skies. Barnes & Noble Publishing, Inc. 2004. 12–13. ISBN 978-0-7607-6113-7.