1999 Avroviziya Mahnı Müsabiqəsi
1999 Avroviziya Mahnı Müsabiqəsi | |
---|---|
Final | 29 may 1999 |
Aparıcı(lar) | Dafna Dekel Yiqal Ravid Siqal Şaxmon |
Kanal | IBA |
Keçirilən yer | Beynəlxalq Konvensiya mərkəzi, Qüds, İsrail |
Qalib mahnı | İsveç "Take Me to Your Heaven" |
Seçki sistemi | Hər bir ölkənin münsif heyəti və ya SMS səsverməsi ən çox səs toplayan on mahnıya 12, 10, 8, 7-1 xallar verirdi |
İştirakçıların sayı | 23 |
İlk dəfə iştirak edən ölkələr | Olmayıb |
Yenidən iştirak edən ölkələr | Avstriya Bosniya və Herseqovina Danimarka İslandiya Litva |
İştirakdan imtina edən ölkələr | Finlandiya İsveçrə Macarıstan Makedoniya Rumıniya Slovakiya Yunanıstan |
İştirakçı xəritəsi
İştirak edən ölkələr İştirakdan imtina edən ölkələr
| |
Avroviziya Mahnı Müsabiqəsi | |
◄ 1998 2000 ► |
1999 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1999; fr. Concours Eurovision de la chanson 1999) — sayca 44-cü Avroviziya Mahnı Müsabiqəsidir. Dana International-ın ifa etdiyi "Diva" adlı mahnı ilə 1998 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1999-cu ildə İsrail ikinci dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə İsrailin paytaxtı Qüds şəhərində Beynəlxalq Konvensiya mərkəzində keçirilmişdir. Müsabiqə 1999-cu ilin 29 may tarixində baş tutmuşdur. Şounun sonunda 1979 Avroviziya Mahnı Müsabiqəsində ev sahibi İsraili təmsil edən Qali Atari "Hallelujah" mahnısının ingilis versiyasını Balkan müharibəsi qurbanlarını yad etmək məqsədilə ifa etmişdir. Balkan regionunda baş verən hadisələrə görə həmin illərdə Serbiya və Monteneqronun Avroviziyada iştirakına icazə verilmirdi.
1999-cu ildə Avroviziyada son beş ildə ən aşağı nəticələr göstərmiş yeddi ölkə Finlandiya, İsveçrə, Macarıstan, Makedoniya, Rumıniya, Slovakiya və Yunanıstan müsabiqədən kənarlaşdırılmışdır. Müsabiqədən kənarlaşdırılan ölkələri isə Avstriya, Bosniya və Herseqovina, Danimarka, İslandiya və Litva əvəz etmişdir. Bu dörd illik fasilədən sonra müsabiqəyə dönən Litvanın Avroviziyada ikinci iştirakı idi. Avstriya, Bosniya və Herseqovina, Danimarka və İslandiya isə bir illik fasilədən sonra müsabiqəyə geri qaytarılmışdır.
Ümumilikdə 23 ölkənin iştirak etdiyi Avroviziya 1999-da İsveç təmsilçisi Şarlotta Nilsson ifa etdiyi "Take Me to Your Heaven" adlı mahnı ilə müsabiqənin qalibi seçilmişdir. Bu sonuncu dəfə Avroviziyada 1991-ci ildə Karolanın təmsilində qalibiyyət əldə etmiş İsveçin müsabiqədə ümumilikdə dördüncü qələbəsi idi.
Final
[redaktə | vikimətni redaktə et]№ | Ölkə | Dil | Müğənni(lər) | Mahnı | Tərcümə | Yer | Xal |
---|---|---|---|---|---|---|---|
01 | Litva | Samoqitcə | Aiste | "Strazdas" | Oxuyan qaratoyuq | 20 | 13 |
02 | Belçika | İngiliscə | Vanessa Kinitor | "Like the Wind" | Rüzgar kimi | 12 | 38 |
03 | İspaniya | İspanca | Lidiya | "No quiero escuchar" | Eşitmək istəmirəm | 23 | 1 |
04 | Xorvatiya | Xorvatca | Doris Draqoviç | "Marija Magdalena" | Mariya Maqdalena | 4 | 118 |
05 | Böyük Britaniya | İngiliscə | Precious | "Say It Again" | Yenidən söylə | 12 | 38 |
06 | Sloveniya | İngiliscə | Darya Şvayqer | "For a Thousand Years" | Yüz ilə | 11 | 50 |
07 | Türkiyə | Türkcə | Tuğba Önal və Mistik qrupu |
"Dön Artık" | Dön artıq | 16 | 21 |
08 | Norveç | İngiliscə | Stiq Van Eyk | "Living My Life Without You" | Həyatımı sənsiz yaşayıram | 14 | 35 |
09 | Danimarka | İngiliscə | Trine Yepsen və Maykl Teskl |
"This Time I Mean It" | Bu dəfə ciddiyəm | 8 | 71 |
10 | Fransa | Fransızca | Naya | "Je veux donner ma voix" | Mən səsimi bağışlamaq istəyirəm | 19 | 14 |
11 | Niderland | İngiliscə | Marleyn | "One Good Reason" | Bir yaxşı səbəb | 8 | 71 |
12 | Polşa | Polyakca | Metek Şeşnyak | "Przytul mnie mocno" | Məni bərk tut | 18 | 17 |
13 | İslandiya | İngiliscə | Selma | "All Out of Luck" | Heçnə uğurlu alınmır | 2 | 146 |
14 | Kipr | Yunanca | Marlen | "Tha'nai Erotas" (Θα'ναι έρωτας) | Bu sevgi olacaq | 22 | 2 |
15 | İsveç | İngiliscə | Şarlotta Nilsson | "Take Me to Your Heaven" | Məni öz cənnətinə apar | 1 | 163 |
16 | Portuqaliya | Portuqalca | Rui Bandeira | "Como tudo começou" | Hər şey necə başladı | 21 | 12 |
17 | İrlandiya | İngiliscə | The Mullans | "When You Need Me" | Mənə ehtiyacın olduqda | 17 | 18 |
18 | Avstriya | İngiliscə | Bobbi Zinqer | "Reflection" | Əks | 10 | 65 |
19 | İsrail | İngiliscə, İvritcə | Eden | "Yom Huledet (Happy Birthday)" (יום הולדת) |
Doğum günü (Doğum günün mübarək) | 5 | 93 |
20 | Malta | İngiliscə | Times Three | "Believe 'n Peace" | Sülhə inanıram | 15 | 32 |
21 | Almaniya | Almanca, Türkcə, İngiliscə, İvritcə |
Sürpriz | "Reise nach Jerusalem – Kudüs'e seyahat" | Qüdsə səyahət | 3 | 140 |
22 | Bosniya və Herseqovina | Boşnakca, Fransızca | Dino Merlin və Beatris | "Putnici" | Səyahətçilər | 7 | 86 |
23 | Estoniya | Estonca | Evelin Samuel və Kamill | "Diamond of Night" | Gecənin almazı | 6 | 90 |