Ajdaak vulkanı
Ajdaak | |
---|---|
erm. Աժդահակ | |
Ümumi məlumatlar | |
Dağ silsiləsi | Gegam silsiləsi[1] |
Əmələgəlmə dövrü | e.ə 1900-cu il |
Mütləq hündürlüyü | 3597 m |
Yerləşməsi | |
40°13′32″ şm. e. 44°56′50″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Ajdaak (Qızıl Dağ)[2] (erm. Աժդահակ) — Ermənistan ərazisində sönmüş vulkan. Geqam silsiləsinin ən yüksək nöqtəsi. Dəniz səviyyəsindən 3597,3 metr yüksəklikdədir. Ermənistanın ərazisində və sərhədlərində yerləşən Alagöz, Qapıcıq və Ağdaban dağlarından sonra dördüncü ən yüksək dağ.
Dağın başında, kraterdə adsız göl yerləşir. Vulkanın yuxarı hissəsindən Ararat, Hatis, Ara dağlarına, Sevan gölünə, həmçinin Qeqam silsiləsini və Kotyak Geqama silsiləsi yamaclarını və Kotayk bölgəsini görmək olar. vadisini görmək olar. Qeqam silsiləsində, vulkanın yaxınlığında Akna gölü (erm. Ակնալիճ) var. Erməni dilindən tərcümədə "göz" deməkdir.
Qeqam silsiləsinin cənub-şərq yamacları məşhur Xosrov Dövlət Təbiət qoruğu ilə kəsişir.
Geologiyası
[redaktə | mənbəni redaktə et]Ajdaak vulkanının konusu mürəkkəb olub diametri 1600 metr, hündürlüyü isə 370 metrdir.[3] Vulkan ərazisinin sahəsi lava örtükləri ilə birlikdə 8 km²-dir. Konus püskürmə məhsulları ilə örtülüdür. Ərazidə daha çox kül, lapil, qum və vulkan bombalar geniş yayılıb.
Faunası
[redaktə | mənbəni redaktə et]Geqma silsiləsinin faunası 250-yə yaxın quş növünü əhatə edir ki, bu da Ermənistanın bütün ornitofaunasının 70%-ni təşkil edir. Qayalı yamaclar yırtıcı quşlar üçün əvəzolunmaz yaşayış yeridir. Qarla örtülmüş yamaclarda qonur ayının izlərinə təsadüf olunur.
Qayaüstü təsvirlər
[redaktə | mənbəni redaktə et]Ajdaak vulkanının yaxınlığında çoxlu petroqliflər aşkar edilmişdir. Qayalarda insanlar ov və yarış səhnələri, eləcə də astronomik cisimlər və hadisələrdə təsvir olunub: Günəş, Ay, ulduz bürcləri, alov topları, kometlər və ildırım.
Adın mənşəyi
[redaktə | mənbəni redaktə et]Fars dilindən tərcümədə "Ajdaak" "nəhəng", "qüdrətli", "böyük" deməkdir.
Məskunlaşması
[redaktə | mənbəni redaktə et]Geqam dağlarında yezidlər maldarlıqla məşğul olurlar. Onlar Ermənistanında yaşaya milli azlıqdır. Yay aylarında ailələr dağ ətəklərində çadırlarda yaşayırlar.
Turizm
[redaktə | mənbəni redaktə et]AJdaak turistlər üçün maraqlı məkandır. Ancaq turist marşrutu yetərincə çətindir. Bu relyefin təcrid olunması, oriyentasiyada çətinliklər, hava şəraitinin ağırlaşdıran amillər, məsələn: ildırım və şimşək çaxması, dolu və qar və s. olması ilə bağlıdır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Erməni Sovet Ensiklopediyası (erm.). / red. Վ. Համբարձումյան, Կ. Խուդավերդյան Հայկական հանրագիտարան հրատարակչություն, 1974.
- ↑ "Кызыл-даг // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890. — Т. II. — С. 46". 2021-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-28.
- ↑ "Вулкан Аждаак, Журнал "Ереван", N5, 2005". 2014-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-28.