Atalanta FK

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Atalanta FK
Loqonun şəkli
Ölkə
Yaranma tarixi 17 oktyabr 1907, 30 mart 1920
Stadionu Stadio Atleti Azzurri d'Italia stadionu[d]
Baş məşqçisi
Liqa İtaliya A Seriyası
2022–23 5
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Atalanta FK (it. Atalanta Bergamasca Calcio) — İtaliyanın, Berqamo şəhərini təmsil edən peşəkar futbol klubu. 1907-ci ildə yaradılmışdır. Ev matçlarını 1928-ci ildə inşa edilmiş və 24.726 tamaşaçı tutumuna malik "Atleti Azzurri d'Italia" stadionunda keçirir.

"Atalanta"nın tarixdə ən böyuk uğuru 1963-cü ildə İtaliya kubokunu qazanmasıdır. Klub iki dəfə A Seriyasının bürünc mükafatçısı olub (2018/19 və 2019/20 mövsümlərinin nəticələrinə əsasən).

Klubun hazırkı baş məşqçisi Can Pyero Qasperinidir.

Berqamo şəhərindəki ilk futbol klubu 1903-cü ildə İsveçrə mühacirləri tərəfindən qurulan və İtaliya çempionatının Lombardiya zonasında oynayan "FC Bergamo" idi.

17 oktyabr 1907-ci ildə Eugenio Urio, Giulio və Ferruccio Amati, Alessandro Forlini və Giovanni Robertinin daxil olduğu bir qrup insan, qədim yunan mifologiya qəhrəmanının adını daşıyan Atalanta idman cəmiyyətini qurdular. 1913-cü ildə cəmiyyətdə futbol bölməsi qurulur və 1914-cü ildə Atalanta İtaliya Futbol Federasiyası tərəfindən tanınır. Klub Lombardiya Çempionatının ikinci qrupunda iştirak etməyə başlayır. 1920-ci ildə komanda birinci qrupa çıxmağı bacarır.

Bundan əvvəl, 1920-ci ilin fevralında, Atalanta idman cəmiyyəti və 1913-cü ildə FC Bergamo-nu özünə cəlb edən Bergamasca idman və qılıncoynatma cəmiyyəti, Atalanta futbol klubuna birləşir. Klubun rəngləri qara-mavi versiyası qəbul edilir (Atalanta cəmiyyətinin rəngləri qara-ağ, Bergamasca cəmiyyəti isə mavi-ağ idi). İlk məşqçi karyerasından təzə bitirmiş argentinalı Çezare Lovati olur.

1928-ci ildə klub üçun faşist Mario Brumananın adını daşıyan stadion tikilir. Sonradan stadion "Atleti Azzurri d'Italia" adlanmağa başlayır.

"Atalanta"nın milli çempionatındakı ilk mövsümü olan 1928–29 mövsümundə komanda alt qrupda yer alır və 14-cü yeri tutur. Bu nəticəyə görə növbəti il yeni qurulan B Seriyasında iştirak etmək hüququ qazanır.

1932–33 mövsümündə maliyyə problemləri səbəbindən "Atalanta" mövsumun ortasında çempionatda iştirakını dayandırmaq təhlükəsi ilə üzləşir. Ancaq milli komandanın qapıçısı Karlo Kerezolinin "Ambrosiana-İnter" klubuna satılması klubu xilas edir.

Klub A Seriyasına ilk dəfə 1937-ci ildə vəsiqə qazanır, lakin bir ildən sonra yenidən B Seriyasına qayıdır. Klub eyni zamanda ən yaxşı orta sahə oyunçusu sayılan Cuzeppe Bonomini Romaya sataraq 120.000 lir qazanır. Sonradan klub tez-tez lider oyunçularını ölkənin ən yaxşı komandalarına sataraq pul qazanır.

Elitaya qayıdış 1940-cı ildə baş verir. Atalanta o illərdə A Seriyasında öz yerini möhkəmləndirir və liderlərə baş ağrı olduğu üçun "əyalət dəhşəti" adını qazanır. 1948-ci ildə İvo Fiorentininin rəhbərliyi altında Berqamolular çempionatda beşinci yeri tutur.

1952-ci ildə Atalanta daha bir oyunçusunu o dövr üçun çox yüksək qiymətə satır. İsveçli hücumçu Hasse Yeppson 105 milyon lirəyə Napoliyə satılır.

1955-ci ildə Berqamo klubunun tarixində ilk dəfə "Atalanta" — "Triestina" matçı televiziyada göstərilir.

Üç il sonra, komanda "idman prinsiplərini pozduğu üçün" B Seriyasına göndərilir, 1960-cı ildə klub təkrar A Seriyasına qayıdır.

"Atalanta" İtaliya Kubokunun qalibi kimi, 1963-cü il.

2 iyun 1963-cü il tarixində Milanın San Siro meydanında Atalanta İtaliya Kubokunun finalında Torinonu 3:1 hesabı ilə məğlub edərək tarixindəki ilk kuboku qazanır. Növbəti mövsüm Kubok Qalibləri Kubokunda iştirak edərək Avro kuboklarda debüt edir. Ancaq ilk turdaca turnirin gələcək qalibi Sportinq klubuna məğlub olur.

1969-cu ildə Atalanta yenidən B seriyasına düşur. Klubda rəhbər dəyişikliyi baş verir: Akille Bortolotti prezident olur. İki il sonra klub Seriya A-ya qayıtsada , 1973-cü ildə təkrar B seriyasına düşur.

1979-cu ildə klub tarixindəki "ən dərin" eniş başlayır: 5 ildə Atalanta A Seriyasından C1 Seriyasına düşur və təkrar geri dönur. Kluba məşhur məşqçilər Ottavio Bianchi və Nedo Sonetti dəvət edilir. Az sorna klubda rəhbər dəyişikliyi baş verir və 1980-ci ildə Akille Bortolotti səlahiyyətlərini oğlu Cezareyə verir.

1984-cü ildə Atlanta uzun illər klubun hücumlarının qurucusu və komandanın lideri olacaq İsveçli orta sahə oyunçusu Glenn-Peter Stromberqi satın alır. Eyni zamanda gələcəyin ulduzu Roberto Donadoni klubda karyerasına başlayır,

1972–73 mövsümündə Atalanta futbol məkktəbinin ən məşhur yetirmələrindən biri olan Gənc Qaetano Şirea.

1987-ci ildə artıq A seriyasını tərk etmiş kluba Emiliano Mondonico yeni baş məşqçi təyin edilir. Bir il əvvəl ölkə Kubokunun finalçısı olduğu üçun Kuboklar Kubokun ikinci dəfə vəsiqə qazanır. Bu dəfəki iştirak Atalanta üçün son dərəcə uğurlu olur: B Seriyası iştirakçısı yarımfinala çıxır və iki matçda yenə gələcək qalib — Belçikanın Meçelen klubuna məğlub olur.

90-cı illərdə, İtaliya futbolu çiçəklənən dövrdə, varlı klublarla ayaqlaşa bilməyən Berqamolular üçun çətin vəziyyət yaranır. Klub üçün çətin anlarda prezident Antonio Percassi, klubun əsas heyətində yer ala biləcək və sonradan yüksək məbləğə satıla biləcək futbolçu nəsli yetişdirmək məqsədi ilə klubun gənclər sektorunun idarəetməsini ələ alır. Daha sonra Atalantanın keçmiş oyunçusu — Mino Favini kluba koordinator kimi dəvət edilir. Bu təşəbbüs uğurlu olur.

Bir il sonra "Atalanta" — yenidən A Seriyasında görunur. O dövrdə klubun orta xətti klub tarixinin ən yaxşılarından biri idi — Daniele Fortunato, Eligio Nicolini, Valter Bonacina və isveçlilər Glenn-Peter Stromberg və Robert Pritz klubun orta sahəsinə çox güc qatırdı. Mövsümün sonunda məşhur argentinalı hücumçu Kladuo Kaniça alınır. Atalanta altıncı yeri tutur və 1/32 finalda Moskvanın Spartak komandasına məğlub olduqları UEFA Kubokuna vəsiqə qazanır. 1989–1990 mövsümündə klub yeddinci yeri tutur. Klub Avropa kuboklarında ardıcıl ikinci il iştirak hüququ qazanır. 7 iyun 1990-cı ildə klubun prezidenti Cezare Bortolotti avtomobil qəzasında həyatını itirir və bundan sonra prezident təkrar Akilla Bortolotti olur. 1990-cı ilin payızında Atlanta yenidən Avroturnirlərdə iştirak edir və UEFA Kubokunun dörddəbir finalında başqa İtaliya klubu İnterə məğlub olur.

1992–1993 mövsümündə klub o vaxtlar az tanınmış məşqçi Marsello Lippi ilə Seriya Ada səkkizinci yeri tutur.

1994-cü ildə Atalanta'nın səhmlərə nəzarət paketini İvan Ruggeri əldə edir. Heyətin cavanlaşması yolunu tutuan kluba keçmiş məşqçisi Emiliano Mondonico qayıdır. Komanda gələcəkdə Yuventusa satılacaq və İtaliya utbolunun tarixinə dını yazdıracaq istedadlı hücumçular Kristian VyeriFilippo Inzaqini transfer edir. 1996-cı ildə Atalanta, İtaliya Kuboku finalında Fiorentina'ya məğlub olur. Çempionatda komanda elitada qalmaq üçün mübarizə aparır və 1998-ci ildə təkrar B Seriyasına düşur.

Klaudio Kaniça

Məşqçi Giovanni Vavassori 2 ildə klubu elitaya qaytara bilir. A Seriyasında Atalanta nəhənglərə baş ağrısı çox səs-küy salır və uzun müddət Çempionlar Liqası zonasında qərarlaşıt\r, lakin mövsümün sonunda çempionatı 7-ci sırada bitirir. Mövsümlərarası fasilədə rəhbərlik komandanı gücləndirmək üçün xeyli pul ayırır. Klub üçün rekord bir məbləğə , 30 milyard lirə Milan-ın forvardı Cianni Komandini, müdafiəçi Luici Sala və forvard Luca Saudati də transfer edilir. Manşester Yunayted klubundan Qapıçı Massimo Taibi transfer edilir. Bir çox təklifə baxmayaraq komandanın lideri Kristiano Doni komandada qalır. Ancaq bu maliyyə yatırımları ciddi bir nəticə vermir və 2002-ci ildə Berqamolular doqquzuncu olur. Növbəti il isə daha uğursuz olur və klub A Seriyasını tərk edir.

Tezliklə kluba nəsil dəyişmə prosesi baş verir. Komandaya yeni məşqçi Stefano Kolantuono dəvət edilir edilir. Tezliklə bu öz nəticəsini verir və klub A Seriyasına vəsiqə qazanır. 2007-ci ildə klub doqquzuncu pilləni tutur. Ancaq Stefano Kolantuono istefa verərək Palermoya gedir və onu Luici Del Neri əvəzləyir. Del Neri sələfinin siyasətini davam etdirdi və 2008-ci ildə klub 9-cu, bir il sonra isə 11-ci yeri tutdu. 2009-cu ildə mütəxəssis, mövsüm sonunda Atalantadan ayrılacağını açıqlayır və rəhbərlik yeni baş məşqçi axtarışına çıxır.

16 yanvar 2008-ci ildə klubun prezidenti İvan Ruqqeri anevrizma ilə xəstəxanaya yerləşdirilir. Həyatı təhlükədə olan prezidenti 3 sentyabr 2008-ci ildə prezident səlahiyyətləri 21 yaşında Serie A klubunun ən gənc prezidenti olan oğlu Alessandroya keçir.

İyunun 5-də Anjelo Gregucci Atalantanın yeni çalışdırıcısı olur, lakin ilk dörd turdan sonra qənaətbəxş olmayan nəticələrə görə qovulur. 21 sentyabrda Antonio Konte Klubda yeni məşqçi oldu, lakin Kontedə uğuirsuz olur və bir neçə ay sonra istefaya göndərilir. Onun yerinə daha əvvəl klubun gənclər komandasını çalışdıran Valter Bonacina müvəqqəti baş məşqçi təyin edilir. Tezliklə kluba Bortolo Mutti ilə baş məşqçi təyin edilir. Ancaq oda uğurlu olmur və Atalanta A Seriyasında 18-ci yeri tutaraq B Seriyasına düşur.

2010/2011 mövsümündə komandaya təkrar Stefano Kolantuononun dəvət edilir.

Klubun yeni yüksəlişi Can Pyero Qasperini'nin 2016-cı ilin yayında baş məşqçi vəzifəsinə başlamasından sonra başlayır. Onun rəhbərliyi altında ilk mövsümdə Berqamo komandası özləri üçün rekord olan dördüncü yeri tutdu və Avropa Liqasına vəsiqə qazandı. 2018/2019 mövsümü, növbəti mövsümün Çempionlar Liqasının birbaşa qrup mərhələsinə vəsiqə qazanır. Bundan əlavə, komanda İtaliya Kubokunun finalına çıxsa da Latsiyoya 0: 2 hesabı ilə məğlub olurlar.

İtalyanın AC Nielsen Italia SPA şirkətinin 2008-ci ilin iyun-iyul aylarında apardığı bir araşdırmaya görə, İtaliyada 119.000 Atalanta azarkeşi var.

Atalanta azarkeşləri L'Aquila, Cosenza, Ternana, Ayntraxt Frankfurt, Tirol futbol klublarının azarkeşləri ilə dostluq əlaqələri qurub .

Hazırkı heyət

[redaktə | mənbəni redaktə et]
Sonuncu dəfə 31 yanvar 2023 tarixində yeniləndi[2][3][4]
Nömrə Ölkə Mövqeyi Futbolçu
1 Argentina GK Juan Musso
2 İtaliya DF Rafael Toloi (Kapitan)
3 Danimarka DF Joakim Mæhle
5 İtaliya DF Caleb Okoli
6 Argentina DF José Luis Palomino
7 Niderland MF Teun Koopmeiners
9 Kolumbiya FW Luis Muriel
10 Kot-d'İvuar MF Jérémie Boga
11 Nigeriya FW Ademola Lookman
13 Braziliya MF Ederson
15 Niderland MF Marten de Roon (Vitse Kapitan)[5]
17 Danimarka FW Rasmus Højlund
Nömrə Ölkə Mövqeyi Futbolçu
19 Albaniya DF Berat Djimsiti
22 İtaliya DF Matteo Ruggeri
28 Türkiyə DF Merih Demiral
31 İtaliya GK Francesco Rossi
33 Niderland DF Hans Hateboer
42 İtaliya DF Giorgio Scalvini
57 İtaliya GK Marco Sportiello
77 İtaliya DF Davide Zappacosta
88 Xorvatiya MF Mario Pašalić
91 Kolumbiya FW Duván Zapata
93 Fransa DF Brandon Soppy

İllər və Liqalar üzrə iştirak cədvəli

[redaktə | mənbəni redaktə et]
Liqa Mövsüm sayı Debüt Son mövsüm
A 62 1937/1938 2022/2023
B 28 1929/1930 2010/2011
C 1 1981/1982 1981/1982

Milli Çempionat

[redaktə | mənbəni redaktə et]
  • İtaliya çempionatı (A Seriyası):
    • Bürünc medalçı (2): 2018/19, 2019/20
  • İtaliya Futbol Kuboku
    • Qalibi: 1962/63
    • Finalçı (3): 1986/87, 1995/96, 2018/19
  • B seriyası:
    • Çempion (5): 1939/40, 1958/59, 1983/84, 2005/06, 2010/11
    • itse çempionu (4): 1936/37, 1970/71, 1976/77, 1999/00
  • C1 Seriyası
    • Çempion: 1981/82
  • Mitropa Kuboku
    • Finalçı: 1984/85
  • Viarejo Turniri
    • Çempion (2): 1969, 1993
    • Bürünc medalçı (5): 1955, 2008, 2010, 2011, 2012
"Athleti Azzurri d'Italia" stadionunun içərisində

Stadion 1928-ci ildə tikilib. İlk əvvəl faşist Mario Brumananın şərəfinə adlandırılmışdı. İkinci Dünya Müharibəsindən və faşizmin süqutundan sonra adı əyişdirilərək "Komunale" adlanmağa Başladı.

1994-cü ildən sonra isə "Athleti Azzurri d'Italia" adlandırıldı. 1 iyul 2019-cu il tarixindən və növbəti 6 il ərzində arenanın adı " Gewiss Stadium " olacaq .

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. https://www.transfermarkt.com/-/mitarbeiterhistorie/verein/800.
  2. "Rosa". atalanta.it. Atalanta B.C. 2019-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 fevral 2023.
  3. "ATALANTA". legaseriea.it. Lega Serie A. 2023-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 fevral 2023.
  4. "Amichevole al Centro Bortolotti, la partita integrale | Atalanta–Como 4–0". YouTube.com. Atalanta B.C. 24 iyul 2022. 2023-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 fevral 2023.
  5. "Gasperini: 'Atalanta have many captains'". Football Italia. 19 dekabr 2020. 2020-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 fevral 2023.