Avtojir
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Avtojir[1] — fırlanan qanadlı və ya pərli bir aviavasitə. Önə hərəkət etmək üçün bir pəri və şaquli hərəkət (daşıma) üçün mühərriksiz və sərbəst fırlanan bir rotoru olur. Helikopterin atalarından olan avtojirlər İkinci Dünya müharibəsidən sonra yerini əsasən daha effektli olan helikopterlərə vermiş olsa belə hələ də əyləncə, kəşfiyyat və helikopter təlimi kimi məqsədlər üçün geniş bir şəkildə istifadə edilir. Avtoplaner isə motoru olmayan bir avtojirdir və havada süzməzdən öncə başqa bir aviavasitə ilə hərəkətə gətirilməsi lazımdır.[2][3]
Tarix
[redaktə | vikimətni redaktə et]Motorlu uçuşun başlaması ilə bərabər havada kifayət qədər sürətini azalda bilən və şaquli eniş etməyi bacaran bir aviavasitə icad etməyə çalışan ixtiraçıların yaratmış olduğu bir çox prototip, idarə edilmələri çətin olduğu üçün uğursuz olmuşdur. 1923-cü ildə İspan Juan de la Cierva rotor qəddarələrini aksin mərkəzinə (hub) aerodinamika və sentrifuqa qüvvələrinə fərqli bir şəkildə reaksiya verəcək bir şəkildə yerləşdirməyi bacarmışdı. Bu kəşf avtojir uçuşunu və gələcəkdə də helikopterin icad edilməsini mümkün etmişdir. Avtojirin havaya qalxa bilməsi üçün qabağa doğru hərəkət etməsi lazımdır. Helikopterin isə motorlu rotoru ona həm şaquli qalxma, həm də şaquli enmə həyata keçirməyə imkan verir.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Автожир // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 68.
- ↑ Ferry uçuş ile gelecek olan hava aracına verilecek geçici tescil sertifika formu (Doc) Sivil Havacılık Genel Müdürlüğü. Erişim: 24 iyul 2012.
- ↑ Millî model raket yarışması [ölü keçid] Türk Hava Kurumu, Türkkuşu. Erişim: 24 iyul 2012.