Ayşvariya Ray

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ayşvariya Ray Baççan
tulu ಐಶ್ವರ್ಯ ರೈ
Doğum adı Aishwarya Rai
ऐश्वर्या राय
Doğum tarixi 1 noyabr 1973(1973-11-01)[1] (51 yaş)
Doğum yeri
Vətəndaşlığı
Həyat yoldaşı
Fəaliyyəti kino aktrisası, model[d], gözəllik müsabiqəsi iştirakçısı, aktrisa
Fəaliyyət illəri 1997-ci ildən
Təhsili
Boyu 170 sm
Mükafatları "İncəsənət və ədəbiyyat" ordeni kavaleri İncəsənətdə xidmətlərinə görə Padma Şri
IMDb ID0706787
{{{imzanın izahı}}}
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ayşvariya Ray (1 noyabr 1973[1], Manqalur) — Hind aktrisası və model. 1994-cü ildə "Dünya gözəli" müsabiqəsinin qalibi.

Abhişek Baççan (sol) və Ayşvariya Ray Baççan (sağ), 2010.

Ayşvariya Ray 1 noyabr 1973-cü ildə Manqalurda (Hindistan) ticarət donanması zabiti və yazıçı ailəsində anadan olmuşdur. Uşaqlıqda klassik musiqini və rəqsi öyrənmişdir. Kolleci bitirdikdən sonra universitetə qəbul olur və memarlığı öyrəndikdən sonra modelyer olur. 1994-cü ildə "Dünya gözəli" müsabiqəsinin qalibi olmuşdur. Model təhsilini almağına baxmayaraq o, həkim olmağa çalışırdı. Lakin arzusu həyata keçmədi. Ailəsi hind ziyalılarının elitasına daxil olduğundan o, ənənələrə riayət edib və ciddi nəzarətdə tərbiyə almışdır.

"Dünya gözəli" titulunu aldıqdan sonra Bollivudda onu diqqət mərkəzində saxladılar. Kinoda ilk rolu 1997-ci ildə "İruvar" filmində olmuşdur. "Yalançı aşiq" filminə görə isə ən yaxşı debutant kimi mükafat almışdır. 2000-ci ildə "Əbədi səninlə" filmində ən yaxşı qadın roluna görə və 2001-ci ildə "Mükafata sevgi" filmində ən yaxşı aktrisa kimi mükafatlar almışdır.

2002-ci ildə onun və hind kinosunun ən uğurlu filmi "Devdas" Kann kinofestivalında nümayiş olunmuşdur. Tərəf müqavili Şahrux Xan olan bu film Hindistanda deyil, bütün dünyada çox böyük uğurla nümayiş edildi və Ayşvariya Rayın bir aktrisa kimi püxtələşdiyini sübut etdi. Ayşvariya özü isə 2003-cü ildə Kann kinofestivalın jüri üzvü seçilmişdir.

2004-cü ilə ilk ingilisdili filmdə — "Gəlin və mövhumat" da çəkildikdən sonra Hollivud artıq onunla maraqlanmağa başladı. O, ilk Hind ulduzudur ki, onun mum fiquru məşhur Madam Tyusso muzeyini bəzəyir.

Bir neçə il Salman Xan ilə nişanlı qalan Ayşvariya, onun qısqanc xasiyyətinə davam gətirməyərək ayrılır və bir müddət Londonda yaşamalı olur. Aktyor Vivek Oberoy ilə bir müddət görüşən Ayşvariya 2007-ci ilin aprelində Hindistanın məşhur kino aktyoru Amitabh Baççanın oğlu Abhişek Baççan ilə nişanlanır və apreldə evlənirlər.

Ayşvariya Ray sərbəst dörd dildə danışır: hind, ingilis, tamilurdu. Loreal, Coca-ColaDeBeers brilyantlarının simasıdır. Filmə görə qonorarı 15 milyon dollara çatır. Son çəkildiyi filmlər: "Ədviyyələr şahzadəsi", "Baltii və Babli", "Loknau gözəli", "Quru", "Codha xə Akbar", "Xaos", "Atanın izi ilə", "Çəhrayı pantera −2". Hazırda aktrisa kino yaradıcılığını davam etdirir.

İl Film Filmin orijinal adı Dil Rolu Qeydlər
1997 Duet (film, 1997) Iruvar Tamil Puşpavalli / Kalpana
1997 Onlar bir-birini sevirlər(film, 1997) Aur Pyaar Ho Gaya Hindi Aşi Kapur
1998 Cins (film, 1998) Jeans Tamil Madhumita
1999 Gəlin, geri dönək (film, 1999) Aa Ab Laut Chalen Hindi Puca
1999 Mən həmişəlik səninəm (film, 1999) Hum Dil De Chuke Sanam Hindi Nandini Filmfare Ən Yaxşı Aktrisa
1999 Ravoyi Chandamama Ravoyi Chandamama Teluqu Xüsusi olaraq dəvət olnunub
1999 Ritm (film, 1999) Taal Hindi Mansi Nominasiya — Filmfare Ən Yaxşı Aktrisa
2000 İnsaflı (film, 2000) Mela Hindi Çampakali Qonaq oyunçu
2000 Mən onu tapdım (film, 2000) Kandukondain Kandukondain Tamil Minakşi Bala
2000 Çılğın (film, 2000) Josh Hindi Şirli
2000 Mənim ürəyim sənin üçün döyünür (film, 2000) Hamara Dil Aapke Paas Hai Hindi Priti Virat Nominasiya — Filmfare Ən Yaxşı Aktrisa
2000 Sevgi haqqında bir neçə söz (film, 2000) Dhaai Akshar Prem Ke Hindi Sahibə Qrival
2000 Aşiqlər Mohabbatein Hindi Meqha Nominasiya — Filmfare Ən Yaxşı İkinci Dərəcəli Aktrisa
2001 Sərxoş (film, 2001) Albela Hindi Sonia
2002 Mən artıq ürəyimi vermişəm, əzizim (film, 2002) Hum Tumhare Hain Sanam Hindi Suman Qonaq oyunçu
2002 Bizim sahibimiz yoxdur (film, 2002) Hum Kisi Se Kum Nahin Hindi Komal Rastoqi
2002 23 mart 1931: (film, 2002) 23 March 1931: Shaheed Hindi Xüsusi olaraq dəvət olunub
2002 Devdas Devdas Hindi Parvati (Paru) Filmfare Ən Yaxşı Aktrisa
2002 Güc (film, 2002) Shakti: The Power Hindi Özü "Ishq Kamina" musiqisi üçün dəvət olunub
2003 Göz ilə qum (film, 2003) Chokher Bali Benqal Binodhini
2003 Qəlbin əlaqələri (film, 2003) Dil Ka Rishta Hindi Tia Şarma
2003 Heç nə deməyin (film, 2003) Kuch Naa Kaho Hindi Namrata Şrivastav
2004 Gəlin və mənfi rəylər (film, 2004) Bride & Prejudice İngilis Lalita Bakshi
2004 Uniforma (film, 2004) Khakee Hindi Mahalakşmi
2004 Bax indi nələr baş verəcək (film, 2004) Kyun…! Ho Gaya Na Hindi Diya Malhotra
2004 Yağışda görüş (film, 2004) Raincoat Hindi Nirca Nominasiya — Filmfare Ən Yaxşı Aktrisa
2005 Söz (film, 2005) Shabd Hindi Antara Vaşist — Tammana
2005 Bunti və Babli (film, 2005) Bunty Aur Babli Hindi "Kajra Re" musiqisi üçün dəvət olunub
2005 Ədviyyatların şahzadəsi (film, 2005) Mistress of Spices İngilis Tilo
2006 Umrao Caan (film, 2006) Umrao Jaan Hindi Umrao Caan
2006 Baykerlər 2 Dhoom 2 Hindi Sunehri Nominasiya — Filmfare Ən Yaxşı Aktrisa
2007 Quru (film, 2007) Guru Hindi Sucata Nominasiya — Filmfare Ən Yaxşı Aktrisa
2007 Səbəb (film, 2007) Provoked İngilis Kirancit Ahluvalia
2007 Sonuncu legion The Last Legion İngilis Mira
2008 Codxa və Əkbər (film, 2008) Jodhaa Akbar Hindi Mariam-uz-Zamani — Codxa Bay Nominasiya — Filmfare Ən Yaxşı Aktrisa
2008 Sarkar Raj Hindi Anita Rajan
2009 Çəhrayı Panter 2 (film, 2009) The Pink Panther 2 İngilis Sonia Solandres
2010 Pis adam Raavan Hindi Ragini Sharma
2010 İblis Raavanan Tamil Ragini Subramaniam Dubbed into Telugu as Villain
2010 Enthiran Tamil Sana
2010 Yenidən birlikdə (film, 2010) Action Replayy Hindi Mala
2010 Yalvarış Guzaarish Hindi Sofiya D'Souza Nominasiya — Filmfare Ən Yaxşı Aktrisa
  1. 1 2 The International Who's Who of Women 2006. Routledge, 2005. ISBN 978-1-85743-325-8
  2. 1 2 https://www.hindustantimes.com/topic/aishwarya-rai.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]