Böyük panda

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Böyük panda
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Böyük panda
Beynəlxalq elmi adı

Böyük panda (çin 熊貓, 熊猫, Xiongmao; lat. Ailuropoda melanoleuca) və ya bambuk ayısıayıkimilər fəsiləsinə aid məməli heyvan növü. Vətəni mərkəzi Çin hesab olunur. Çinin (Şərqi Tibet, Sıçuan, Yunnan) dağ meşələrində yaşayır.

Ovçuluq, kənd təsərrüfat sahələrini genişləndirilməsi, meşəliklərin qırılması və digər səbəblərdən nəsli məhv olmaq təhlükəsi altındadır. Buna görə də adı qırmızı kitaba salınmışdır.

Bədən quruluşu

[redaktə | mənbəni redaktə et]

Gözlərinin ətrafında, qulaqlarını üzərində və gövdəsində böyük qara rəngli xəz ilə xarakterizə olunur. Düşünülür ki, bu cür rəng kombinasiyası kölgəli, yaxud qarlı-qayalı ərazilərdə kamuflyaj üçün yararlıdır. Hündürlükləri 1.6-1.9 metr aralığında dəyişir. Yetkin pandaların ağırlığı 100-120 kq arasında dəyişir. Amma erkək pandalar 160 kq ağırlığında ola bilirlər. Qalın yağ təbəqəsi soyuqdan effektiv qorunma üsuludur. Böyük panda təbiətdə 20 il, antropoloji mühitdə isə 30 il yaşayır.

10-15 sm uzunluqdakı quyruğu ilə ayılar arsında ən uzun quyruqlu 2-ci növdür (ən uzun quyruqlu ayı cinsi tənbəl ayıdır).

Panda yırtıcılar dəstəsinə aid olsa da, qida rasionunun çoxsunu bitki təşkil edir. Demək olar ki, onlar yalnız bambuk yeyirlər (bu səbəbdən də ona həm də bambuk ayısı deyirlər). Yetkin panda gün ərzində 30 kq bambuk yeyə bilir. Pandaların qidasını yumurtacücülərlə yanaşı sincab da təşkil edir. Passiv hərəkətdən dolayı bambuk kimi zəngin olmayan bitkilər belə pandaya günlük enerji üçün kifayət edir.

Pandaları qorumaq kampaniyasının başladığı ilk dövrlərdə təbii yaşayış mühitindən ayrılmış pandalar depressiyaya düşərək nəsilartırma həvəslərini itirirlər. Buna görə də həmin pandalara cütləşən panda videoları göstərilir və ya həvəsartırıcı dərmanlar verilirdi. Ancaq bunlar istənilən nəticəni vermir. Odur ki, süni mayalanma, hibrid heyvanların yaradılması kimi bir neçə elmi layihəyə baş vurulmuşdur.

Böyük pandalar 4-8 yaş arasında cinsi yetişkənliyə çatır və 20 yaşa qədər cütləşə bilir. Cütləşmə dövrü ildə bir dəfə mart-may aralığında dişilərin qızğınlıq dövrünə təsadüf edir və qısa çəkir. Pandaların təqribi yarısında əkiz bala doğmaya rast gəlinir. Vəhşi təbiətdə adətən yalnız biri həyatda qala bilir. Dişi pandaların güclü balaya qayğı göstərib zəif baladan imtina etməsi normal hal hesab olunur. Bu panda südünün azlığı ilə izah olunur. Balaların qayğısına qalınmasında erkək pandanın heç bir rolu yoxdur.

Mədəniyyətdə

[redaktə | mənbəni redaktə et]

Qədim Çində Sıçuan əhalisi panda sidiyindən səhvən udulmuş iynələri əritmək üçün istifadə edirdi.[3]

  1. Integrated Taxonomic Information System (ing.). 2003.
  2. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0
  3. Schaller, 1993. səh. 61