Cefri Çoser
Cefri Çoser | |
---|---|
brit. ing. Geoffrey Chaucer | |
Doğum tarixi | təq. 1343[1] |
Doğum yeri | |
Vəfat tarixi | təq. 25 oktyabr 1400 |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | dilçi, şair, söz yazıçısı[d], filosof, siyasətçi, tərcüməçi, astroloq, yazıçı |
Janr | poeziya |
Tanınmış əsərləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Cefri Çoser (ing. Geoffrey Chaucer; təq. 1343[1], London, İngiltərə krallığı – təq. 25 oktyabr 1400, London, İngiltərə krallığı) — İngiltərənin və İngilis ədəbiyyatının ilk böyük şairi.
Həyatı
[redaktə | mənbəni redaktə et]Gənc yaşlarından(17) İngiltərə sarayında qulluğa başladı. Kralın oğullarından John of Gaunt onu himayəsinə aldı. 1359-cu ildə Fransaya hərbi səfərdə iştirak etdi və fransızlara əsir düşdü. Lakin kral onu pul ilə geri aldı. Müxtəlif tapşırıqlarla əlaqədar olaraq Fransa və İtaliya şəhər dövlətlərinə səfər etdi. Həyatının sonunda kral tərəfindən Çoserə yüksək miqdarda təqaüd təyin olundu. 1400-cü ildə Çoser vəfat etdi və Vestminster kilsəsində dəfn olundu.
Yaradıcılığı
[redaktə | mənbəni redaktə et]Cefri Çoser əsərlərini qəmgin deyil, pozitiv əfval-ruhiyyədə yaratmışdır. Əsas toxunduğu mövzular isə din, məhəbbət və qəhrəmanlıq hekayələridir. O bədii yaradıcılıqla yanaşı, tərcümə işi ilə məşğul olmuşdur. Əsərlərində özündən əvvəlkilərdən fərqli olaraq İngilis dilində yazmışdır. 1386-cı ildə yazdığı "Kenterberi hekayələri"ni İtaliya yazıçısı C.Bokkaççonun "Dekameron" əsərinin təsiri altında yazmışdır. XVII əsrin sonunda yaşamış ingilis tənqidçisi və şairi Con Drayden onu "ingilis dilinin banisi" adlandırmışdır.
Əsərləri
[redaktə | mənbəni redaktə et]- The Book of the Duchess (1369)
- The Parliament of Fowls (1380)
- The House of Fame (1380)
- The Legend of Good Women
- Troylus and Cryseyde
- The Canterbury Tales (1386)
- The Book of the Lion
Tərcümələri
[redaktə | mənbəni redaktə et]- Romaunt of the Rose
- De Consolatione Philosophiae
- Treatise on the Astrolobe
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Oxford Dictionary of National Biography (ing.). / C. Matthew Oxford: OUP, 2004.
Mənbə
[redaktə | mənbəni redaktə et]- "İngilis ədəbiyyatı antologiyası", iki cilddə, I cild, Bakı,2007.səh.4–5.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et] Şair haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |