Endemik
Endemik (yun. ἔνδημος — yerli) yerləşdiyi regionun ekoloji şərtləri üzündən yalnız müəyyən ərazidə yaşayan/yetişən, dünyanın başqa yerində yaşama/yetişmə ehtimalı olmayan heyvan və ya bitki. Endemik bitkilər və heyvanlar məhdud areala sahibdirlər, bu səbəbdən sayları da az olur, onlar nadir və nəsli kəsilməkdə olan növlər kimi Qırmızı kitaba tez-tez yazılırlar.
Növlərin məhdud arealda yerləşmə xarakteristikası endemizm adlanır. Endemizimin inkişafına coğrafi izolyasiya və iqlim şəraiti kömək edir. Növ (və ya yarımnöv) üçün endemizm çox kiçik bir ərazi ilə son dərəcə məhdudlaşa bilər. Məsələn, qoyunboğanın arealı Menorka adasında (İspaniya) cəmi bir neçə kvadrat kilometr təşkil edir. Okean adaları, təcrid edilmiş dağ vadiləri endemik formalarla daha zəngindir. Xüsusilə Müqəddəs Yelena adasında floranın 85 %-i, Qalapaqos adalarında isə 97 %-i endemikdir. Baykal gölünün flora və faunasının 75%-i endemikdir. Azərbaycanda 240 endemik bitki növü mövcuddur (Eldar şamı, Lənkəran akasiyası və s.) [1]
Paleoendemiklər
[redaktə | mənbəni redaktə et]Paleoendemiklər yaşayış yerinin onlardan daha mütərəqqi qruplardan təcrid olması sayəsində həyatda qala bilən qədim taksonların nümayəndələridirlər.[2]
Paleoendemiklərin ən parlaq nümayəndələri Avstraliyanın birdəlikli (Monotremata) və kisəli (Metatheria) məməliləridir. Hazırda Avstraliyaya çoxlu sayda bitki və heyvan növlərinin gətirilməsi ilə əlaqədar digər endemik flora və fauna sıxışdırılır. Məsələn, Avstraliyaya dovşanların və keçilərin gətirilməsi onun təbiətinə nisbətən böyük ziyan vurmuşdur.
Ən qədim qrupların nümayəndələri olan paleoendemiklər canlı qazıntılar adlanır və təkamül nəzəriyyəsi baxımından böyük maraq kəsb edir. Ən məşhur canlı qazıntılar bu balıqlardır: Crossopterygii aid olan latimeria (Latimeria chalumnae) və sürünən heyvanlara aid edilən və dimdikbaşlar (Rhynchocephalia) dəstəsindən olan tuatara (Sphenodon punctatum).
Neoendemiklər
[redaktə | mənbəni redaktə et]Neoendemiklər yeni təcrid olunmuş yerlərdə yaranan mütərəqqi gənc növlər və formalardır. Britaniya adalarının, Krımın, Baykalın endemikləri buraya aid edilir. Baykal gölünün ən tanınmış endemiki baykal suitisi (Pusa sibirica) sayılır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Bitki örtüyü". 2017-05-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-24.
- ↑ "Endemik Bitki Nedir". 2022-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-24.