Epizod
Epizod (yun. επεισόδιον – əlavə) – Süjeti böyük və mürəkkəb əsərin (roman, poema, dram) müəyyən bitkin hissəsi.[1] Ədəbi əsərin (epik, lirik-epik və dramatik) süjetinin, həmçinin kinofilmin nisbətən müstəqil məna daşıyan bitkin hissəsi.
Homerin “İliada” əsərində Hektor və Andromaxanın vidalaşması, Nizaminin “İsgəndərnamə” poemasında İsgəndərin Bərdəyə gəlişi klassik Epizodlardandır. Hadisələrin dinamik inkişaf qanunlarına ciddi surətdə tabe olan dram əsərlərində Epizoda yer verilmir, lakin əxlaq komediyalarında bu mümkündür. “Epizod” termini müasir anlamda öz mənasını genişləndirmişdir. Məsələn, “Ulduz müharibələri” filmin də ayrı-ayrı seriyalar “Epizod” adlanır.
1)əhvalat, hadisə, vaqiə, təsadüf, ittifaq; 2)ədəbi-bədii əsərin az-çox bitmiş, müstəqil olan bir parçası; Məsələn, romandan bir epizod danışdı; 3)təsadüfi bir əlamət, vəziyyət və ya hadisə.
Epizodik – 1)sistematik xarakter daşımayan, təsadüfdən-təsadüfə olan. Məsələn, epizodik kömək, işin gedişinin epizodik yoxlanması; 2)yalnız ayrı-ayrı səhnələrdə, epizodlarda görünən, daimi olmayan. Məsələn, epizodik surətlər, epizodik rollar; 3)daimi olmayan, həmişə baş verməyən, təsadüfi.
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Ədəbiyyat haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |