Evropium
| ||||||
Ümumi | ||||||
---|---|---|---|---|---|---|
Ad, İşarə, Nömrə | evropium, Eu, 63 | |||||
Qrup, Dövr, Blok | , 6, f | |||||
Xarici görünüşü | ||||||
Atom kütləsi | 151.964 q/mol | |||||
Elektron formulu | [Xe] 4f7 6s2 | |||||
Fiziki xassələr | ||||||
Halı | ||||||
Sıxlığı | (0 °C, 101.325 kPa) q/L | |||||
Ərimə temperaturu | 826 °C (1099 K, 1519 °F) | |||||
Qaynama temperaturu | 1529 °C (1802 K, 2784 °F) | |||||
Elektromənfiliyi | ||||||
Oksidləşmə dərəcəsi | ||||||
Spektr = | ||||||
İonlaşma enerjisi | kCmol-1 |
Evropium (Eu)[1] – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 63-cü element.
Tarixi
[redaktə | mənbəni redaktə et]İlk dəfə Kruks, sonralar isə Lekok de Buabodran(1892) evropiuma aid olan spektral xəttləri müşahidə etmişdilər. 1896-cı ildə samariumun torpağında Demarse elementin spektrini aşkar etdi. 1901-ci ildə isə ayrılmağına nəsib olaraq təsvir etdi və onu Avropanın şərəfinə evropium adlandırdı.
Atomun xassələri
[redaktə | mənbəni redaktə et]Adı, simvolu, nömrəsi Evropium, Eu, 63 Atom kütləsi (molyar kütləsi) 151,964 a.k.v.(q/mol) Elektron konfiqurasiyası 4ƒ76s2 Atom radiusu 199 pm
Fiziki xassələri
[redaktə | mənbəni redaktə et]Digər lantanoidlər kimi, Eu təmiz halda yumşaq, gümüşü-ağ metaldır. Dövrü sistemdə qonşuları olan qadolinium və samariumla müqayisədə evropiumum çox aşağı sıxlığa(5,243q/sm3) əritmə temperaturuna (8260C) və qaynama tempera - turuna (14400C) malikdir. Evropiumun f-elektron rabitəsi tam yarısı dolduğu üçün metal rabitənin əmələ gəlməsində nüvə tərəfindən cazibəsi zəif olan 2 elektron iştirak edir ki, bu da atom radiusunun artmasına səbəb olur.Analoji hadisələr itterbium atomunda da müşahidə olunur. Normal şəraitdə qəfəsinin sabiti 4,581Å olan Eu kub həcm-mərkəzli qəfəs əmələ gətirir.Yüksək təzyiqdə kristallaşanda Eu kristalik qəfəsin yeni iki modifikasiyasını əmələ gətirir. Qeyd etmək lazımdır ki, modifikasiyaların ardıcıllığı təzyiq artdıqca digər lantanoidlərin ardıcıllıqlarından fərqlənir.Birinci faza keçidi 12,5GPa-dan çox olan təzyiqdə baş verir və evropium parametrləri a=2,41Å və c=5,45Å olan heksaqonal kristallik qəfəs əmələ gətirir. Təzyiq 18GPa olanda Eu daha sıx yerləşmiş analoji heksaqanal kristallik qəfəs əmələ gətirir. Bəzi birləşmələrinin kristallik qəfəsində yerləşən Eu ionu intensiv flüoresensiya əmələ gətirmək qabiliyyətinə malik olur. Onu da qeyd etmək lazımdır ki, şüalanma işığının dalğasının uzunluğu evropium ionunun oksidləşməsindən asılıdır. Eu3+ ionu dalğa uzunluğu 613 və 618 nm olanda işıq buraxır ki, bu da intensiv qırmızı rəngə uyğundur. Təzyiq 80HPa və temperatur 1,8K olduqda Eu yüksək keçirici xassə göstərir.
Tətbiqi
[redaktə | mənbəni redaktə et]Kimyəvi xassələri
[redaktə | mənbəni redaktə et]Kovalent radiusu 185 pm İon radiusu (+3e)95(2e)109pm Elektromənfiliyi 1,2 (Polinq şkalasına görə) Elektrod potensialı Eu←Eu3+−1,99V Eu←Eu2+−2,08V Oksidləşmə dərəcəsi 3,2 İonlaşma enerjisi 546,9 kC/mol Evropium tipik aktiv metaldır və bir çox qeyri-metallarla reaksiyaya girir. Lantonoidlər qrupunda ən çox Eu kimyəvi aktivdir. Havada tez oksidləşir, metalın səthində həmişə oksid təbəqəqsi olur. Evropium şüşə ampulada kerosin təbəqəsi altında saxlanılır. Havada 1800C qızdırdıqda alışır və yanaraq evropium(III) oksid əmələ gətirir: 4Eu+3O2→2Eu2O3 Çox aktivdir, duz məhlullarından, demək olar ki, bütün metalları sıxışdırıb çıxarır. Birləşmələrində ən çox Eu+3 oksidləşmə dərəcəsi göstərir, müəyyən şəraitdə Eu+2 oksidləşmə dərəcəsi olan birləşmələr almaq olar.Oksidləşmə -reduksiya dərəcəsinin şəraitinin dəyişməklə Eu3O4 oksidini almaq olar. Hidrogenlə Eu qeyri-stexiometrik fazalar əmələ gətirir. Evropium ammonyakda həll olaraq göy rəngli məhlul əmələ gətirir ki, bu da qələvi metal məhlullarında olduğu kimi solvatlaşmış elektronların əmələ gəlməsi ilə izah olunur.
Bəsit maddənin termodinamiki xassələri
[redaktə | mənbəni redaktə et]- Sıxlığı (n.ş) 5,243 q/sm3
- Ərimə temperaturu 1099K(8260C)
- Qaynama temperaturu 1802K(15290C)
- Xüsusi ərimə istiliyi 9,21kC/mol
- Xüsusi buxarlanma istiliyi 176 kC/mol
- Molyar istilik tutumu 27,656 kC/mol
- Molyar həcmi 28,9 sm3/mol
Bəsit maddənin kristallik qəfəsi
[redaktə | mənbəni redaktə et]- Qəfəsin strukturu kub həcmmərkəzli
- Qəfəsin parametrləri 4,851Å
Nüvə energetikası
[redaktə | mənbəni redaktə et]Nüvə energetikasında, atom reaktorlarında evropium(əsasən evropium oksidi, hidroksidi və boratı) neytronların neytrallaşmasında tətbiq olunur. Təqribən 4500 barnda istilik neytronlarının evropiumla toqquşma zamanı udulması təşkil olunur və burada ən aktiv Eu-151(9200 bar) neytronların udulmasında iştirak edir.
Atom-hidrogen energetikasında
[redaktə | mənbəni redaktə et]Evropium oksidi atom-hidrogen energetikasında suyun termokimyəvi parçalanmasında tətbiq olunur.(evropium-stronsium-iodid sikli)
Lazerli materiallar
[redaktə | mənbəni redaktə et]Dalğanın uzunluğu 0,61mkm olan (narıncı şüalar) spektrin görünən sahəsində lazer şüalanmanın generasiyasında evropium ionları istifadə olunur. Ona görə evropium oksidi bərkcisimli və çox da geniş yayılmış olmayan maye lazerlərinin hazırlanmasında tətbiq olunur.
Elektronika
[redaktə | mənbəni redaktə et]Eu samariumun monosulfidində (termoqeneratorlar) leqinləşmiş qatqı, həmçinin almazabənzər karbon nitridinin sintezində leqirləşmiş komponent kimi istifadə olunur. İnteqral mikroelektronikada evropium silisidi nazik plyonka kimi tətbiq olunur. Funksional elektronikada nazik plyonka şəklində evropium monooksidi, habelə evropium və samarium monooksidlərinin ərintiləri maqnit yarımkeçirici kimi tədbiq olunur.
Lyuminoforlar
[redaktə | mənbəni redaktə et]Elektron şüalı və plazmalı rəngli ekranlarda evropium lyuminoforların vacib tərkibidir. Avro əskinazları saxtalıqdan evropiumun əsasında yaranan lyumoforlarla qorunurlar. Evropium volframat-mikroelektronikada stifadə olunan lyuminofordur.Qara işıqlı lampalarda lyuminofor kimi evropiumla legirləşmiş stronsium borat istifadə olunur.
Suyun keyfiyyətinə təsiri
[redaktə | mənbəni redaktə et]Su ilə reaksiyada evropium özünü kalsium kimi aparır.PH-ın qiyməti 6-dan aşağı olduqda evropium suya ion şəklində miqrasiya etmək qabiliyyətli olur. Yüksək pH-da evropium pis həll olan, az hərəkətli hidroksidlər əmələ gətirir. Havanın oksiqunilə təmasda Eu2O3 qədər oksidləşir. Təbii qaz ilə minerallaşmış təbii sularda evropiumun maksimum qatılığı 1mkq-dan az olur (dəniz suyunda-1,1∙10-6 mq/l). Bu qatılıqlar suyun keyfiyyətinə çox da təsir görstərmir. Evropium az toksik elementdir.
Yataqları
[redaktə | mənbəni redaktə et]Lantanoidlərin tərkibinə daxil olan Eu ən çox ABŞ, Qazaxıstan, Rusiya, Avstraliya, Braziliya, Hindistan və Skandinaviyada rast gəlir. Evropiumun dünyada ən iri yatağı Keniyada yerləşir.
Alınması
[redaktə | mənbəni redaktə et]Metalik evropium Eu2O3-ün vakuum şəraitində lantan və ya karbon ilə reduksiyasından alınır.Həmçinin EuCl3-un ərintisindən elektroliz üsulu ilə alınır.
Qiyməti
[redaktə | mənbəni redaktə et]Evropium lantonoidlərin içində ən bahalısıdır. 2014-cü il üçün 1kq metalik evropiumun qiyməti ABŞ-də 800-2000$ arasında qeydə alınmışdır. Evropium oksidinin isə 1kq (99,9% təmizlikdə) 500$-dır.
İzotopları
[redaktə | mənbəni redaktə et]Təbii evropium 2 izotopdan ibarətdir: 151 Eu−52,2% və 153Eu−47,8% (nisbət1:1) Bu yaxınlarda 151 Eu-un zəif α-radioaktivliyi olan yeni bir izotopu aşkar edilmişdir. Bu təbii radioizotopdan başqa 35 süni evropiumun radioizotopları yaradılmış və tədqiq edilmişdir. Onların arasında daha davamlısı 150Eu,151Eu və 154Eu-dür.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Sinha S.P. Europium. / Springer-Verlag New York Inc., 1967. — 164 p. — (Anorganische und allgemeine Chemie in Einzeldarstellungen. Herausgegeben von Margot Becke-Goehring. Band VIII).
- Данные о европии на сайте WebElements.
Kimya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
- ↑ "Azərbaycan Milli Ensiklopediyası. — Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi, 2018. — Сild VIII, səh. 147". 2020-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-08.