Fransa Akademiyası
Naviqasiyaya keç
Axtarışa keç
Fransa Akademiyası (fransızca:Académie française) - fransız dilinin və ədəbiyyatının tədqiqatı ilə məşğul olan elmi quruluş.
Yaranma tarixi
[redaktə | vikimətni redaktə et]Kardinal Rişelyenin 29 yanvar 1635-ci il tarixli fərmanı əsasında yaradılmışdır.
Üzvlük
[redaktə | vikimətni redaktə et]Akademiya 40 üzvdən ibarətdir. Bunlar əsasən fransız dilinin inkişafında və tanınmasında böyük xidmətləri olan yazıçı, şair, filosof, tarixşünas, alim, tənqidçi, dövlət xadimləri və s. arasından seçilir. Akademiyaya üzvlük ömürlükdür.