Jorj Bize
Jorj Bize fr. Alexandre-César-Léopold Bizet | |
---|---|
fr. Georges Bizet | |
Ümumi məlumatlar | |
Doğum adı | Alexandre Cesar Leopold Bizet |
Doğum tarixi | 25 oktyabr 1838[1][2][…] |
Vəfat tarixi | 3 iyun 1875[1][3][…] (36 yaşında) |
Vəfat səbəbi | ürək tutması |
Dəfn yeri | |
Milliyyəti | fransız |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | klassik musiqi bəstəkarı, dirijor, pianoçu, bəstəkar |
Janrlar | opera, simfoniya |
Təhsili | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Jorj Bize (Georges Bizet, 25 oktyabr 1838[1][2][…] – 3 iyun 1875[1][3][…]) — Tanınmış fransız bəstəkarı. 60-cı illərdə "Don Prokopio", "Mirvari axtaranlar"(1863), 1867-ci ildə-"Pert gözəli", "Cəmilə" operaları, "Rim","Venesiya", "Florensiya", "Neapol" proqramlı simfoniyalarının müəllifi.
Həyatı
[redaktə | mənbəni redaktə et]Jorj on yaşından konservatoriyada oxumağa başlayır. Anası ona — "İstedadını boş yerə xərcləməyinə icazə verməyəcəm" söyləyirdi. Jorj artıq bilirdi ki, onu yedirdəcəklər, daha sonra otağa salıb ağzını bağlayacaqlar, yorğunluqdan yuxu tutana qədər pianoda çalacaq. Jorj dərslə məşğul olmağa qarşı deyildi. Ona atası, oxu müəllimi və peşəkar pianoçu anası ilə vaxt keçirmək maraqlı idi. Dörd yaşında o artıq notları əzbər bilirdi və fortepianoda çalmağı bacarırdı. On yaşı olmağına iki həftə qalmış o, Paris konservatoriyasına daxil olur. Jorj üçün uşaqlığı başlamamış bitmişdi. On üç yaşında o, musiqi bəstələməyə başladı – valslar, mahnılar və "Həkimin evi" adlı kiçik komediya operasını yazır. Anasının gözlərində o, dahi olur. Bəzən Jorj bezsə də, ancaq o, bir şeyi də anlayırdı: anasının inadkarlığı və onun istedadı öz nəticəsini verir. Jorj ədəbiyyatı çox sevirdi, imkan düşən kimi, əlinə kitab alıb sakitcə bir küncə çəkilirdi. Bunu görən anası deyirdi: "Sən musiqiçi ailəsində böyümüsən və sən musiqiçi olacaqsan, ədəbiyyatşünas deyil, özü də dahi musiqiçi!"… On doqquz yaşında Bize konservatoriyanı bitirir və kantatasına görə Böyük Roma mükafatına layiq görülür.
Karmen
[redaktə | mənbəni redaktə et]1875-ci ilin martında Parisdə tanınmış fransız bəstəkarı Jorj Bizenin ispan yazıçısı Prosper Merimenin novellası əsasında yaratdığı "Karmen" operasının ilk tamaşası göstərilir. Premyeradan dərhal sonra əsər ətrafında qalmaqallar qopur. Bəstəkar obrazları daha çılğın, bəzi hallarda lirik planda tərənnüm edir. "Opera bizim mənəviyyatımızı pozur", — deyə əksər tənqidçilər əsərin baş qəhrəmanı Karmenin azadsevər xasiyyətini, onun cəmiyyətin qayda-qanunlarına etinasızlığını yolverilməz, qeyri-tərbiyəvi bir hal kimi qiymətləndirirlər. Operanın ispan milli folklorundan bəhrələnmiş, canlı, səmimi musiqisi isə sadə, hətta kobud elan olunur. "Opera həyatı olduğu kimi təsvir edir" — Bizeni müdafiə edən qüvvələrin bu şüarı əsər barədə mənfi rəyləri dəyişdirə bilmir və nəticədə "Karmen" səhnədən çıxarılır. Bu zərbəyə tab gətirməyən 36 yaşlı bəstəkar premyeradan üç ay sonra vəfat edir. "Karmen" isə tezliklə nəinki bəraət qazanır, hətta Avropanın ən möhtəşəm opera teatrlarında tamaşaya qoyulur və dünyanın ən məşhur operaları sırasına daxil olur. "Karmen"in Vyanadakı tamaşasını hazırlayarkən Bizenin dostu E. Giro operanın ilk variantındakı danışıq epizodlarını "musiqiləşdirir" və bununla da əsərin yeni, redaksiyasını yaradır. "Karmen" Bizenin yaradıcılıq yolunun məntiqi nəticəsi idi. Bəstəkar "Karmen"dən əvvəl də "İnciaxtaranlar", "Pert gözəli", "Cəmilə" operaları, fransız yazıçısı Alfons Dodenin "Arleli qadın" dramına yazdığı musiqisi ilə artıq kifayət qədər tanınmışdı. Bize həmçinin bir sıra xor, fortepiano və simfonik əsərlərin müəllifi kimi də musiqisəvərlərin geniş rəğbətini qazanmışdı. Lakin "Karmen" səviyyəsi, "Karmen" zirvəsi əlçatmaz qalmışdır. Təxminən yüz il sonra görkəmli rus bəstəkarı Rodion Şedrin Bize operasının mövzuları əsasında özünün "Karmen-süita" simfonik əsərini yaratmışdır. Həmin əsər Moskvanın Böyük Teatrında gözəl balet tamaşasının hazırlanmasına təkan vermişdir. Görkəmli rus bəstəkarı Çaykovskiy 1880-ci ildə dediyi kimi-"10 ildən sonra Karmen dünyaya ən popular opera olacaq" fikrini doğrultmuş oldu. Operanın musiqi dramaturqiyasında əsas yeri faciəvi məhəbbət xətti tutur. Ən parlaq səhnə son səhnədir. Xalq şənliyin fonunda Karmenlə Xozenin son dueti və Karmenin ölümünün verilməsidir. Operada məişət musiqi olan Marş vardır. Marş ritmlərindən çox istifadə olunur.[4]
Maraqlı faktlar
[redaktə | mənbəni redaktə et]- Jorj Bize heç vaxt özünü yaraşıqlı hesab etməmişdir.
- Həddən artıq sürətli danışırmış. Buna görə nitqi olduqca qarışıq imiş.
- Əlləri daim tərləyirmiş və bu onun utancına səbəb olurmuş.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Alexandre César Léopold Bizet // Léonore verilənlər bazası (fr.). ministère de la Culture.
- ↑ 1 2 Cooper M. D. P. Georges Bizet // Encyclopædia Britannica (ing.).
- ↑ "Jorj Bize — Böyük Musiqiçilər". 2021-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-16.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Краткие содержания (синопсисы) опер Бизе на сайте "100 опер" Arxivləşdirilib 2007-10-16 at the Wayback Machine
- Б. Кушнер. Рекомендательное письмо: Страница из жизни Бизе Arxivləşdirilib 2006-08-19 at the Wayback Machine // "Вестник" (Бостон), № 10 (347), 12 мая 2004 г.
- Бизе. Полные либретто опер на русском языке Arxivləşdirilib 2012-07-01 at the Wayback Machine
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]- 25 oktyabrda doğulanlar
- 1838-ci ildə doğulanlar
- 3 iyunda vəfat edənlər
- 1875-ci ildə vəfat edənlər
- 36 yaşında vəfat edənlər
- Per-Laşez qəbiristanlığında dəfn olunanlar
- Fəxri Legion ordeninin kavalerləri
- Əlifba sırasına görə musiqiçilər
- Rəssam qaralamaları
- Jorj Bize
- Fransa bəstəkarları
- Opera bəstəkarları
- Parisdə doğulanlar