Karl Bühler

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Karl Bühler
ing. Karl Bühler
Doğum tarixi
Doğum yeri Baden, Mekkesheym
Vəfat tarixi (84 yaşında)
Vəfat yeri Los-Anceles
Vətəndaşlığı alman
Milliyyəti alman
Elm sahəsi psixologiya
İş yerləri
Alma-mater Frayburq Universiteti, Drezden Texniki Universiteti, Vyana Universiteti, Cənubi Kaliforniya Universiteti
Təhsili
Elmi rəhbəri Osvald Külpe
Tanınır Gestalt psikologiyası
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Karl Bühler (27 may 1879[2][3][…]24 oktyabr 1963[4][2][…], Los-Anceles, ABŞ[4]) — AlmaniyaAvstriya psixoloqu.[5]

FrayburqStrasburq universitetlərində təhsil almış, Külpenin şagirdi, Bonn (1909), Münxen (1915), Drezden (1918), Vyana (1922) universitetlərinin professoru olmuşdur. 1938-ci ildə, Avstriyanın faşist Almaniyası tərəfindən işğalından sonra Norveçə, oradan da ABŞ-yə köçmüşdür. 1906-cı ildən Vürsburq məktəbi çərçivəsində təfəkkürü tədqiq edərək, ondakı obrazları, intellektual hissləri və hissi-obrazlı səciyyəsi olmayan əsl hissləri fərqləndirmişdir. Birinci Dünya müharibəsi zamanı hərbi cərrah işləmişdir.[5]

Müharibədən sonra uşaq psixologiyası problemləri ilə məşğul olmuş, psixikanın inkişafını instinkt, vərdiş və intellekt mərhələlərinə ayırmış, sonuncunu qəflətən anlama aktları ilə əlaqələndirmişdir. "Psixologiyanın tənəzzülü" ("Die Kriseder Psychologie", 1927) əsərində Bühler psixologiyada tənəzzülü subyektiv (introspektiv psixologiya), obyektiv (biheviorizm) və mədəni-tarixi (anlayan psixologiya) yanaşmalarının sintezi ilə aradan qaldırmağı təklif etmişdir. Dilçilikdə psixoloji istiqaməti, funksional linqvistikanı inkişaf etdirmiş, dil sahəsinin "eqosentrik konsepsiyasını" yaratmışdır.

Dili funksional sistem hesab edən Bühler onun üç funksiyasını fərqləndirmişdir: danışana aid olan ifadə (ekspressiv), dinləyənə aid olan müraciət (apelyativ) və haqqında danışılan predmetə aid olan məlumat (reprezentativ) funksiyaları.[5]

  1. 1 2 Mathematics Genealogy Project (ing.). 1997.
  2. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. Karl Buhler // Encyclopædia Britannica (ing.).
  4. 1 2 Бюлер Карл // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  5. 1 2 3 Bühler// Büssel – Çimli-podzol torpaqlar / baş red. M. K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V cild. — Səhifələrin sayı: 592. — Səh.: 146. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.