Kiyev
Kiyev | |
---|---|
Київ | |
50°27′00″ şm. e. 30°31′25″ ş. u.HGYO | |
Ölkə | |
Başçı | Vitali Kliçko[1] |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 482 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 179 ± 0 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +380 44 |
Poçt indeksi | 01000–06999 |
Nəqliyyat kodu | AA, KA |
Digər | |
kyivcity.gov.ua | |
Vikianbarda əlaqəli mediafayllar |
Kiyev (ukr. Київ təlləfüzü Kıyiv [ˈkɪjiu̯]) — Ukraynanın paytaxtı və ən böyük şəhəri.
Kiyev Ukraynanın mərkəzi hissəsinin şimalında, Dnepr çayının sahilində yerləşir. Şəhər şimaldan cənuba 50 km, qərbdən şərqə 56 km uzanır. Əhali sayına görə Moskva, London, Paris, Sankt-Peterburq, Berlin və Madriddən sonra Avropanın yeddinci böyük şəhəridir.
Toponimi
[redaktə | mənbəni redaktə et]"Zaman illəri haqqında salnamə"yə görə ("Повесть временных лет") şəhərin adı Kiyevin baniləri hesab edilən üç qardaşdan böyüyü olan Kiyin adından yaranıb.
Digər versiyaya görə, Kiyev şəhərinin əsası qədim türklər tərəfində qoyulub və "Kiyev" sözü türk dillərindəki "iki" və "ev" sözlərindən yaranıb[4][5].
Tarixi
[redaktə | mənbəni redaktə et]Tarixi boyu Kiyev polyakların, Kiyev Rus dövlətinin, Kiyev knyazlığının, Ukrayna Xalq Respublikasının, Ukrayna dövlətinin, Ukrayna Sovet Sosialist Respublikasının paytaxtı olmuşdur. 1991-ci il 24 avqust tarixindən isə müstəqil Ukraynanın paytaxtıdır.
Əhalisi
[redaktə | mənbəni redaktə et]Kiyev 10 inzibatı rayona bölünür, onlar Dneprin sağ və sol sahillərində yerləşirlər. Demoqrafiya İnstitutunun və Ukrayna MEA-nın 2009-cu ilin əvvəlinə olan sosial tədqiqatlarına görə Kiyevin faktiki əhalisi 3144,3 min nəfər təşkil edirdi. Onların arasında 83 % — ukraynalılar, 14 % — ruslar, 3 % — yəhudilər, ermənilər və başqa millətlərin nümayəndələridir.
Nəqliyyat
[redaktə | mənbəni redaktə et]Kiyevdə üç aeroport mövcuddur: "Borispol" Beynəlxalq aeroportu, "Kiyev" (Julyanı) Beynəlxalq aeroportu və Qostomel yük aeroportu.
Həmçinin, şəhərdə bir neçə dəmiryol vağzalı var: Kiyev-sərnişin, Cənub vağzalı, Şəhərətrafı vağzal, Karavayevlər Bağı (şəhərətrafı), Darniskiy dəmiryol vağzalı, Kiyev-Moskva.
Kiyev Rusiya imperiyasında elektrik tramvaylarının işə salındığı ilk şəhərdir.
6 noyabr 1960-cı ildə Kiyevdə ilk metro stansiyasının açılışı olmuşdur. Şəhərin özündə üç sərnişin xətti ilə (Svyatoşinsko-Brovarskaya, Kurenyovsko-Krasnoarmeyskaya, Sıresko-Peçerski) metropoliten fəaliyyət göstərir. Hər gün metropolitendən təxminən 1,4 milyon sərnişin istifadə edir.
Böyük həcmli yüklərin daşınmasında Dnepr çayından istifadə olunur.
Təhsil
[redaktə | mənbəni redaktə et]Bu gün Kiyev Ukraynada ən böyük elm və təhsil mərkəzlərindən biridir. Kiyevdə böyük miqdarı ali və orta xüsusi təhsil müəssisələri yerləşdirilmişdir, bir neçə beynəlxalq əhəmiyyətli universitetlər daxil olmaqla, həmçinin Ukraynanın üç ən nüfuzlu universiteti: Taras Şevçenko adına Kiyev milli universiteti, "KPİ" Ukraynasının Milli texniki universiteti və Milli universitet "Kievo-Moqilyanskaya akademiya".
Kiyevdə təxminən 350 məktəb, 100-dən çox gimnaziya və lisey, təxminən 70 ali məktəb vardır, o cümlədən:
- Kiyev Milli İqtisadi Universiteti
- Milli Nəqliyyat Universiteti
- Milli Aviasiya Universiteti
- Kiyev milli Tikintinin və arxitektura universiteti (KİTİ)
- M. P. Draqomanov adına milli pedaqoji universitet
- Dövlət İnformasiya-Rabitə Texnologiyaları Universiteti
- Kiyev konservatoriyası
- Reklam institutu
- Kiyev milli dilçilik universiteti (XARDİL)
- Ukraynanın milli elmlər akademiyası (UMEA)
- Ukraynanın bioresurslarlarının və təbiətdən istifadə edilməsinin milli universiteti
- Kiyev milli Daxili işlər universiteti
- Kiyev rəssamlıq akademiyası
- O. O. Boqomoles adına milli tibbi universitet
- Beynəlxalq Solomonov Universiteti
- Ukraynanın milli Fiziki tərbiyə və idman (İNFİZ) universiteti
- İ. K. Karpenko-Karoqo adına Kiyev milli teatr, kino və televiziya universiteti
- Kiyev milli mədəniyyətin və incəsənət universiteti
- Kiyev milli texnologiyalar və dizayn universiteti
- Milli qida texnologiyaları universiteti
- Kiyev bazar əlaqələri universiteti
- Kiyev Milli Ticarət və İqtisadiyyat Universiteti
- Boris Qrinçenka adına Kiyev universiteti
Mədəniyyət
[redaktə | mənbəni redaktə et]Kiyev həmçinin Ukraynanın mədəniyyət və incəsənət mərkəzidir. Burada 27 muzey, 25 teatr və teatr-studiyalar vardır. 2005-ci ildə Kiyev 50-ci Avroviziya musiqi müsabiqəsinin keçirildiyi yeri oldu, 2012-ci ildə isə o Ukraynanın Avropanın futbol 2012 Çempionatını qəbul etmiş dörd şəhərlərindən biri oldu.
Ədalətli olaraq Kiyevi dünyanın ən yaşıl şəhərlərindən biri adlandırırlar, axı meşələr parklar və bağlar onun sahəsinin daha çox yarısını təşkil edir. Şəhərin ərazisində iki böyük botanika bağı var. Mayda bütün Kiyevdə təmtəraqlı çiçəklənən şabalıd ağacı şəhərin simvoludur.
Qardaşlaşmış şəhərlər
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Київський міський голова. Kyiv City State Administration.
- ↑ https://web.archive.org/web/20150918152231/http://atu.gki.com.ua/atu/26.
- ↑ State Statistics Service of Ukraine Чисельність наявного населення Українина 1 січня 2022. Kiyev: State Statistics Service of Ukraine.
- ↑ "edebiyyat defteri". 2014-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-16.
- ↑ "Murad Adji Europa, Turkic, The Great Steppe". 2013-10-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-12-16.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Kiyev — turistlər üçün məlumat
- Kiyev — şəhərlə tanışlıq Arxivləşdirilib 2009-03-03 at the Wayback Machine