Macarıstan forinti
Macarıstan forinti — Macarıstanın pul vahidi. ISO 4217 əsasən valyutanın kodu HUF-dur (ing. Hungarian Forint kəlməsindən). 1945-1946-cı illərdəki hiperinflyasiyadan sonra 1946-cı il avqustun 1-də dövriyyəyə buraxılmışdır (keçmiş vahid pengö idi). O vaxtı pengönun forintə nisbəti 4⋅1029:1 idi.
Tarixən 1 forint = 100 fillerə bərabər idi, lakin 1999-cu ildən bəri filler dövriyyədən çıxarılıb.
16 noyabr 2015-ci il tarixində forint beynəlxalq banklararası CLS sistemində hesablaşmalar üçün istifadə olunan sərbəst konversiya edilən valyutaların siyahısına daxil edilmişdir.[1]
Tarixi
[redaktə | mənbəni redaktə et]Pul vahidinin adı 13-cü əsrdən bəri fiorino d'oro (qızıl florin) adlı qızıl sikkənin zərb edildiyi Florensiya şəhərinin adından gəlir. 1806-1892-ci illər arasında Avstriya-Macarıstan imperiyasının pul vahidi macar dilində olan forint idi, həmin pul vahidi almanca Avstriya-Macarıstan quldeni və ya Avstriya florini kimi tanınırdı. Qulden 100 kreytserə bərabər idi (krajczar, müasir macar dilində krajcár).
1945-1946-cı illərdə hiperinflyasiyadan sonra pengönun dövriyyədən çıxması ilə forint 1946-cı il avqustun 1-də Macarıstanın pul dövriyəsinə yenidən daxil edilmişdir. Ölkədə hakimiyyətə gələn Macarıstan Kommunist Partiyası pul islahatını həyata keçirmiş və forintin gətirdiyi uğuru siyasi məqsədləri üçün istifadə edərək hakimiyyəti tam ələ keçirdi. Forint pengönu 4⋅1029 nisbətində əvəz etdi.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Currencies Arxivləşdirilib 2016-03-07 at the Wayback Machine, CLS (ing.)