Matu-Qrosu-du-Sul
Matu-Qrosu-du-Sul | |
---|---|
|
|
Ölkə | |
İnzibati mərkəz | Kampu-Qrandi |
İcra başçısı | Eduardo Riedel |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 11 oktyabr 1977 |
Sahəsi |
|
Hündürlük | 293 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
ISO kodu | BR-MS |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Matu-Qrosu-du-Sul (port. Mato Grosso do Sul) — Braziliyanın cənub-qərbində yerləşən ştat. İnzibati mərkəzi Kampu-Qrandi şəhəridir.
Matu-Qrosu, Qoyas, Minas-Jerays, San-Paulu və Parana ştatları ilə sərhədlənir. Üstəlik qərbdən Paraqvay və Boliviya ilə sərhədə malikdir.
Adı
[redaktə | mənbəni redaktə et]Adının mənası portuqalcadan tərcümədə «Cənub seyrəkmeşəsi» anlamını daşıyır. Ştat ondan şimalda yerləşən Matu-Qrosu ştatının varisidir. Buda təsadüfü deyil ki, insanlar Matu-Qrosu və Matu-Qrosu-du-Sul adlarını səhv salırlar.
Coğrafiya
[redaktə | mənbəni redaktə et]Tropik iqlimə malikdir. Bununla belə olduqca rütubətlidir. Buradan Parana çayının çoxlu qolları axır.
İqlim
[redaktə | mənbəni redaktə et]Matu-Qrosu-du-Sul rütubətli subtropik iqlimə malikdir. İllik yağıntınln miqdarı 1500 mm-dir. Yanvar ən isti aydır. Bu zaman maksimal temperatur 34 °C, minimal isə 24 °C təşkil edir. İyul ayında maksimal temperatur 24 °C, minimal isə 15 °C olur. İl ərzidə günəşli hava müşahidə edilir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Matu-Qrosu-du-Sul 1977-ci ildə Matu-Qrosudan ayrılmaqla təşkil edilmişdir. Bunun təstiqlənməsi məqsədilə iki il tələb olunmuşdur (1 yanvar 1979).
Əhali
[redaktə | mənbəni redaktə et]2008 ilə olan məlumata görə ştat ərazisində 2 372 000 nəfər yaşayır. Əhalinin sıxlığı 6,4 nəf./km² təşkil edir. Urbaniyasiya səviyyəsi 84,7 %-dir.
İnzibati bölgü
[redaktə | mənbəni redaktə et]İnzibati cəhətdən ştat 4 mezoregiona və 11 mikroregiona bölünür.
İqtisadiyyat
[redaktə | mənbəni redaktə et]İqtisadiyyatın əsasını kənd təsərrüfatı təşkil edir[3]
İnfrastruktur
[redaktə | mənbəni redaktə et]Nəqliyyat
[redaktə | mənbəni redaktə et]- BR-060
- BR-158
- BR-163
- BR-267
- BR-262
- BR-359
- BR-454
- BR-419
- BR-487
Təhsil
[redaktə | mənbəni redaktə et]Portuqal dili rəsmi dildir və tədris müəsisələrində əsas dil kimi istifadə edilir. Məktəblərdə ingilis və ispan dili belə təsadüf edilir.
Təhsil müəsisələri
[redaktə | mənbəni redaktə et]- Matu-Qrosu-du-Sul Federal Universiteti (UFMS);
- Matu-Qrosu-du-Sul ştat Universiteti (UEMS);
- da Qrande Doradus Universiteti (UFGD);
- Koma Bosko Katolik Universiteti (UCDB);
- Dövlət inkişafı və Pantanal vilayəti Universiteti (Uniderp).
Bayraq
[redaktə | mənbəni redaktə et]Ştatın bayrağı Mauro Maykl Мunxoz tərəfindən təşkil edilmişdir. Bayraqda olan ağ rəng ümüdə, yaşıl zəngin floraya, mavi böyük səmaya, sarı ulduz isə düzən, güç və sükut anlamını verir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 ArchINFORM (alm.). 1994.
- ↑ https://censo2022.ibge.gov.br/panorama/.
- ↑ IBGE. Contas Regionais do Brasil — 2005—2009 Arxivləşdirilib 2012-06-27 at the Wayback Machine: Tabela 8 — Produto Interno Bruto, população residente e Produto Interno Bruto per capita, segundo as Grandes Regiões e as Unidades da Federação — 2009 (página 27) Arxivləşdirilib 2012-06-27 at the Wayback Machine. (por.)