Oqaden müharibəsi
Oqaden müharibəsi | |||
---|---|---|---|
Tarix | iyul 1977 — mart 1978 | ||
Yeri | Oqaden, Efiopiya Somalisi | ||
Səbəbi | mübahisəli ərazi | ||
Nəticəsi | Efiopiyanın qalibiyyəti | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
Oqaden müharibəsi və ya Efiopiya-Somali müharibəsi — 1977–1978 illərdə mübahisəli Oqaden ərazisi üstündə Efiopiya və Somali arasında baş vermiş müharibə.
Müharibənin başlanması
[redaktə | mənbəni redaktə et]1960-cı ildə Somali müstəqillik qazandıqdan sonra qonşu dövlətlərlə ərazi mübahisəsinə başladı. Hökumət somalilərin kompakt yaşadığı Cibuti, Efiopiya və Keniya ərazilərini əhatə etməli olan "Böyük Somali"nin bərpası haqqında manifest çıxardı. Mübahisəli ərazilərdən biri Efiopiyada yerləşən Oqaden bölgəsi idi. 1964-cü ildə Somali və Efiopiya arasında qısamüddətli sərhədyanı münaqişə baş verdi.
1969-cu il "Oktyabr inqilabı" nəticəsində Somalidə hakimiyyətə Məhəmməd Siad Barre gəldi. O, ölkədə sosializm elan etdi. Bu isə öz növbəsində Somalinin SSRİ ilə yaxınlaşmasına səbəb oldu, lakin Məhəmməd Siad Barre qonşu dövlətlərlə ərazi mübahisələrini davam etdirdi. 1970-ci ildən etibarən Qərbi Somalinin Azadlığı Cəhbəsi (QSAC) Oqadenin Somalidən ayrılması üçün silahlı mübarizəyə başladı.
1974-cü ildə Efiopiyada baş verən hərbi çevriliş nəticəsində imperator Hayle Selassie I devrildi və hərbi xunta hakimiyyətə gəldi. Mövcud vəziyyəti öz xeyrinə dəyərləndirən Məhəmməd Siad Barre müharibəyə başlamağı qərarlaşdırdı.
Müharibənin gedişi
[redaktə | mənbəni redaktə et]1977-ci ilin iyul ayında Somali ordusu Oqadenə daxil oldu. 13 sentyabrda somalilər Ciciqanı, ayın sonunadək isə Xararını tutdular. Buradan irəliləyə bilməyən Somali ordusu efiopiyalılarla döyüşlərə başladı.
Somali döyüşlərdə qalib gəlsə də, beynəlxalq münasibətlərdə uduzurdu. Belə ki, Məhəmməd Siad Barrenin gözlədiyinin əksinə SSRİ Somalini dəstəkləmədi. Efiopiya isə ABŞ-la əlaqələrini kəsib SSRİ ilə yaxınlaşmağa başladı.
Payızda bir-birinin ardınca Somali və Efiopiya prezidentləri Moskvada səfərdə oldular. Burada soyuq qarşılanan Məhəmməd Siad Barre 13 noyabrda dostluq və əməkdaşlıq barədə Somali-SSRİ müqaviləsini ləğv etdi və Somalidə yaşayan bütün Sovet vətəndaşlarına bir həftə ərzində Somalini tərk etməyi təklif etdi. Buna cavab olaraq, SSRİ Efiopiyaya "Hava körpüsü" açdı və Daşkənddən bura çoxlu sayda zirehli texnika köçürdü.
İlin sonunda "beynəlmiləl borcu" yerinə yetirmək üçün Arnaldo Oçoanın başçılığı altında 18 minlik Kuba qoşun kontingenti Efiopiyaya gəldi. 1978-ci ilin yanvarında cəbhədə aktiv döyüşlər başladı. Somali əsgərləri Xarerdən çıxarıldı. 3 martda Ciciqanın boşaldılması əməliyyatı başladı. Əməliyyatda əsasən kubalıların zirehli texnikası işlənirdi, əmaliyyat planını isə SSRİ Müdafiə Nazirliyinin operativ qrupunun rəhbəri ordu generalı Vasili Petrov hazırlamışdı. 5 martda Ciciqa boşaldıldı. Davam edən döyüşlərdən sonra 15 mart 1978-ci ildə Somali ordusunun son bölməsi Efiopiyanı tərk etdi.
Müharibənin sonu
[redaktə | mənbəni redaktə et]Somali ordusu Efiopiyanı tərk etdikdən sora Oqaden uğrunda müharibə bitmədi. QSAC partizanları 1980-ci illədək intensiv döyüşlər keçirirdi, 1980-ci ildən sonra isə döyüşlər get-gedə səngiməyə başladı.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Tom Cooper. Ogaden War, 1977–1978 Arxivləşdirilib 2010-01-11 at the Wayback Machine (ing.)
- Oqaden müharibəsi Arxivləşdirilib 2008-07-06 at the Wayback Machine (ing.)
- Oqaden müharibəsi (ing.)
- Oqaden münahribəsində Kuba Aviasiyasının iştirakı (isp.)