Peterhof
Peterhof | |||||
---|---|---|---|---|---|
|
|||||
59°52′59″ şm. e. 29°54′00″ ş. u.HGYO | |||||
Ölkə | |||||
Tarixi və coğrafiyası | |||||
Əsası qoyulub | 1711 | ||||
İlk məlumat | 1705 | ||||
Sahəsi |
|
||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəqəmsal identifikatorlar | |||||
Telefon kodu | +7 812 | ||||
Poçt indeksi | 198510, 198516, 198517 | ||||
Digər | |||||
mo-petergof.spb.ru | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Peterhof (alm. Petershof[4], nid. Peterhof[4] — "Pyotr həyəti", 1944-cü ildən — 1997-ci ilə kimi[5] — Petrodvorets) — Rusiya ərazisində yerləşən şəhər. Peterhof, Petrodvorets rayonunun bir hissəsi olaraq bələdiyyə mərkəzi və Sankt-Peterburqun federal əhəmiyyətli şəhəri hesab olunur. Fin körfəzinin cənub sahilində yerləşir. Sankt-Peterburqun qərbində, dəmir yolu ilə 29 km məsafədə yerləşən böyük və əhəmiyyətli bir turizm, elm və təhsil mərkəzidir.
Şəhərdə "Yeni Peterhof", "Köhnə Peterhof" və Oktyabr DY-nun və Baltik xəttinin "Universitet" stansiyaları yerləşir. Fin körfəzinin əsas liman şəhərlərindən biridir. Əhali sayı — 73,2 min nəfərdir (2010-cu ilin siyahıyaalmasına görə).
Peterhofun əsası 1710-cu ildə, imperatorun şəhərdənkənar iqamətgahı kimi qoyulmuşdur. Şəhər statusu 1762-ci ildə verilmişdir. Şəhərdə dünya memarlığının ən məşhur abidəsi, XVIII–XIX əsrlərə aid "Peterhof" muzey-qoruq kompleksi yerləşir. 2005-ci ildən şəhər "Naukoqrad" (yəni elm mərkəzi) statusunu əldə etmişdi.
Fiziki və coğrafi xüsusiyyətlər
[redaktə | mənbəni redaktə et]Relyef və geoloji quruluş
[redaktə | mənbəni redaktə et]Paleozoy dövründə, 300–400 milyon il öncə, bütün bu ərazilər dəniz ilə əhatə olunmuşdur. O dövrün çöküntüləri — qum, gil, lil və torf linzalı gillər qalın bir təbəqə ilə (200 metrdən artıq) qranit, gneys və diabazdan ibarət kristallik təməli əhatə edirlər. Müasir relyef qalın buz təbəqəsinin fəaliyyəti nəticəsində formalaşmışdır (sonuncu Valday buzlaşması 12 min il bundan öncə baş vermişdi). Buzlaqların çəkilməsindən sonra, Littorina dənizi formalaşmışdır. Həmin dənizin səviyyəsi, hazırkı Baltik dənizindən 7–9 metr daha yüksək idi. 4 min il öncə dəniz çəkilmiş və Fin körfəzinin sayaları (yəni nisbətən dayaz yerlər) adalara çevrilmişdir. Vadi göl-buzlaq və buzlaqdan sonrakı çöküntülərdən ibarətdir. Son 2,5 min il ərzində relyef demək olar ki, heç bir dəyişikliyə uğramamışdı.
Baltik-Ladoqa qlinti (uçurumu) Fin körfəzinin sahilindən cənub istiqamətinə pillələrlə 70–80 metr hündürlüyə qalxır və sahilyanı düzənlikdə üç terras formalaşdırır. Öz mənbəsini əhəng daşlı qlintlərdən götürən çoxsaylı kiçik çay və axınlar, həmin terrasları yararaq dənizə tökülürlər. Körfəzin sahili mailidir, burada bir neçə kiçik çimərlik də var. Aşağı terrasın eni sadəcə bir kilometrdir, üzərində yerləşən ikinci terrasdan isə onu 20 metrlik çıxıntı ayırır.[6]
İqlim
[redaktə | mənbəni redaktə et]Peterhofda mülayim və rütubətli, dənizdən kəskin kontinentala keçən iqlim var. Şəhər üçün hava kütlələrinin tez-tez dəyişikliklər ilə xarakterizə olunur. Böyük nisbətdə siklon fəaliyyəti səbəbindən, şəhər üçün daha çox hava kütlələrin tez-tez dəyişikliyi xarakterizə edilir. Yayda daha çox qərb və şimal-qərb, qış aylarında isə qərb və cənub-qərb küləkləri üstünlük təşkil edir. Peterhofun iqlimi və hava temperaturu yaxınlıqda yerləşən Peterburqa demək olar ki identikdi.[7][8] Fin körfəzi dayaz olmasına baxmayaraq, şəhərin temperatur rejiminə bir qədər təsir göstərir. Yayda, xüsusilə də avqust-sentyabr aylarında orta temperatur Sankt-Peterburqa nisbətən bir qədər yüksəkdir (0,5–0,8°), qışda isə əksinə, nisbətən daha aşağıdır (0,5–0,6°). Həmçinin sahilyanı ərazidə güclü küləklər əsir.[9][10]
Hava temperaturunun və yağıntının illik dərəcələri:[8][9]
Peterhof şəhərinin iqlimi | |||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Göstərici | Yan | Fev | Mar | Apr | May | İyn | İyl | Avq | Sen | Okt | Noy | Dek | İl |
Maksimum orta, °C | 8,6 | 10,2 | 14,9 | 25,3 | 30,9 | 34,6 | 35,3 | 37,1 | 30,4 | 21,0 | 12,3 | 10,9 | 37,1 |
Orta temperatur, °C | −6,1 | −6 | −1,4 | 4,4 | 10,9 | 15,8 | 18,1 | 16,4 | 11,0 | 5,6 | −0,1 | −3,9 | 5,4 |
Minimum orta, °C | −7,9 | −7,7 | −2,9 | 1,6 | 7,1 | 11,9 | 14,0 | 13,0 | 8,0 | 3,7 | −2,1 | −5,5 | 2,8 |
Mütləq minimum, °C | −35,9 | −35,2 | −29,9 | −21,8 | −6,6 | 0,1 | 4,9 | 1,3 | −3,1 | −12,9 | −22,2 | −34,4 | −35,9 |
Yağıntı norması, mm | 40 | 31 | 35 | 33 | 38 | 64 | 78 | 77 | 67 | 65 | 56 | 79 | 633 |
Torpaq, flora və fauna
[redaktə | mənbəni redaktə et]Şəhərin yaranmasından öncə, ərazi enliyarpaqlı ağac qarışıqlı iynəyarpaqlı meşələr (şam və ladin) və alçaq bataqlıqlar ilə əhatə olunmuşdur. Hazırda Fin körfəzinin dar sahil zolağında aşağı bataqlıqlar və ətrafındakı qara qızılağaclardan ibarət meşə sahəsi mühafizə olunmuşdu. Ərazidə orta gilli torpaqlar üstünlük təşkil edir. İntensiv təsərrüfat fəaliyyəti nəticəsində, təbii landşaft məhv edilərək, öz yerini mədəni landşafta vermişdi. İndi burada kənd təsərrüfatı torpaqları, eləcə də orta ağcaqovaq, ağcaqayın, söyüd və boz qızılağaclardan ibarət kiçik meşə sahələri üstünlük təşkil edir. XVIII–XIX əsrlərdə Peterhof şəhərində 819 hektar geniş park sahələri yaradılmışdır (Aşağı Park, Yuxarı park, Aleksandriya, Proletar, Kolonist, İngilis, Çayır, Sergiyevka və s.).[11] Şəhərin ətrafında bəzən tülkü və kəkliklər aşkar olunur. Şəhərin özündə isə böyük sayda quşlar, sürünənlər və onurğasızlar məskunlaşıb.[12]
Ekoloji vəziyyət
[redaktə | mənbəni redaktə et]Peterhof fəvvarələrini qidalandıran və onların bolsulu olmasını daim təmin edən gölməçələr çox pis vəziyyətdədir; belə ki, ətraf ərazilərdə tikilən kotteclərin zibilləri su kəmərləri boyunca çoxsaylı poliqonların yaranması səbəb olmuşdu. Yeni binaların tullantıları gölməçə və kanalların suyuna tökülür. Suyun tərkibində çirkləndiricilərin səviyyəsi normadan 10 dəfə artıqdır. Bu daha çox Şinkarka çayına aiddir, onun sahillərində yeni binalar inşa olunur və ona təmizlənməmiş çirkab kanalizasiya suları axıdılır.[13]
Əhali
[redaktə | mənbəni redaktə et]Peterhof əhalisinin dinamikası:[14]
İl | 1897 | 1939 | 1959 | 1970 | 1979 | 1992 | 1996 | 2003 | 2010 |
---|---|---|---|---|---|---|---|---|---|
min nəfər | 11,3 | 44 | 21,7 | 43,1 | 72,4 | 83,8 | 82,2 | 64,8 | 73,2 |
2002-ci ilin siyahıyaalınmasına əsasən, Peterhof şəhərində 64.791 nəfərin yaşadığı, o cümlədən kişilərin — 48% qadınların isə — 52% olduğu müəyyən edilmişdir.[15] Şəhər əhalisinin çox hissəsi Sankt-Peterburqun müxtəlif müəssisə və təşkilatlarda çalışır. 2010-cu ilin Ümum Rusiya əhalinin siyahıyaalınmasına görə, Peterhof əhalisi 73.154 nəfər olmuşdur.[16]
Tarix
[redaktə | mənbəni redaktə et]Qəsəbənin yaranması
[redaktə | mənbəni redaktə et]Fin körfəzinin sahilində XVIII əsrin əvvəllərində qədər, Peterhof şəhərinin yerində iki fin kəndi: Kuusoya (fin kuusoja — şamlı közə) və Pohyayoki (fin pohjajoki — şimal çayı) kəndləri, onlardan cənubda isə Popova dağının (Babiqon yüksəkli) üzərində — Papinhondo kəndi yerləşirdi.[17]
Peterhof (alm. Peterhof — Pyotrun həyəti) ilk dəfə 1705-ci ildə I Pyotrun yerləşmə sənədlərində "yolüstü imarət" və Kotlin adasına keçid yolu kimi qeyd edilir. Bu imarət Sankt-Peterburqa aparan yolda, Fin körfəsinin cənub sahilində inşa edilmiş çoxsaylı saray-tipli yaşayış yerlərindən biri idi; 13 sentyabr 1705-ci ildə I Pyotrun jurnalında qeyd edilir:
"...bizim "Munker" adlı şnaumuz[18] Peterburxa yola düşdü, günün yarısından sonra saat dörddə Peterhofun qarşısında lövbər saldı və axşama Peterburxa çatdı[19]." |
1710-cu ildə I Pyotrun əmlakının tikintisi üzrə aktiv landşaft və memarlıq işlərinə başlanılmışdır. 1714-cü ildə böyük park ərazilərində Böyük Peterhof sarayının, Kaskadlı böyük qrotun, Monplezir və Aşağı parkın digər tikililərinin əsası qoyulmuşdu. Tədricən, iqamətgahın yerləşdiyi ərazinin yaxınlığında Kiçik Sloboda (Yuxarı Parkın cənub və cənub-şərqində) və Böyük Sloboda (Yuxarı parkın qərbində, müasir şəhər prospekti boyu yerləşən Köhnə Peterhof ərazisində) yaranmışdı. Həmin yerdə yerləşən Tacir limanına o zamanlar Kronştadt və Sankt-Peterburqdan gəmilər gəlirdi. 1721-ci ildə burada ilk su mişar dəyirmanı və kəsmə fabrikinin (hazırkı Petrodvorets saat zavodu) əsası qoyulmuşdur.
Peterhof fəvvarələrini su ilə təchiz etmək üçün ümumi uzunluğu 40 km olan xüsusi kəmərlər inşa edilmişdir. Onun yamaclarında düz 18 su saxlayan gölməçələr var; demək olar ki, 100 hektar ərazini əhatə edən bu gölməçələrdə 1,3 milyon kubmetrdən artıq su saxlanılır. Su kəməri hidravlik mühəndisi Vasili Tuvolkov tərəfindən 1720–1721 illərdə inşa edilmişdir. 9 avqust 1721-ci ildə isə təzyiqli su şirnaqları çalışmağa başladı. Onlar əlaqəli qablar prinsipi üzərində işləyirdilər. 1723-cü ilə saray və park ansamblının formalaşması əsasən başa çatdırılmışdır. O zamana qədər Aşağı Parkın əsas planlaşdırma elementləri formalaşmış, Böyük Saray və Monplezir sarayı inşa edilmiş və həmçinin fəvavrələrin su kəməri sistemi yaradılmışdır.
Başlanğıcda sarayın ətrafındakı qəsəbə xaotik şəkildə inşa edilmişdir, sakinlərinin əksəriyyətini təşkil edən dövlət kəndliləri isə ümumiyyətlə qazmalarda yaşayırdı. 1730-cu ildə məhz memar M. Zemtsovun sayəsində, Peterhof ilk dəfə olaraq dəqiq və aydın bir planlaşma əldə etmişdir. O, bir sıra binaları yenidən inşa etmiş və Peterhofda çalışan təhkimli kəndlilər üçün "Sənətkarlıq", saray işçiləri üçün isə "Kavaler" məhəllələrini yaratmışdı. 1747-ci ildən memar B. Rastrellinin rəhbərliyi altında sarayın yenidən qurulmasına başlanılmışdır. Saray binasının mərkəzi hissəsi böyüdülmüş, cənub tərəfdən isə, saray konfiqurasiyasına görə uzadılmış "P" hərfinə bənzədilmişdir. Bu cür kompozisiya onun orta hissəsinin iki qonşu üç mərtəbəli bina ilə birləşməsi nəticəsində yaranmışdır.[20]
Şəhər
[redaktə | mənbəni redaktə et]1762-ci ildən Peterhof — Saray Administrasiyasının tabeliyində olan qəsəbə idi.
XVIII əsrin sonunda, memar Cakomo Kvarengi və bağ ustası Ceyms Meders tərəfindən tərtib olunmuş layihələrə əsasən, parkda İngilis sarayı və mənzərəli İngilis bağı yaradılmışdır.
Bax bu cür, 1794-cü ildə İ. Q. Georgi Peterhofu təsvir edirdi:
"§ 1148. Peterhof qəsəbəsində böyük daş kilsə ucalır. Lakin ondan başqa, buradakı digər kilsələr taxtadan inşa edilmişdir. Bununla belə, bu kilsələr o qədər gözəldir ki, qəsəbə əsl şəhərə bənzəyir. Qəsəbədə saray xidmətçilərinin evləri, ahırlar, anbarlar və başqa tikililər yerləşir. Saray bayramlarının təntənəli şəklidə keçirmək məqsədilər, yüksək sahildə 30-dan artıq top və silah yerləşdirilmişdir"[21] |
. XVIII əsrin sonunda şəhərdə meşşanlara mə 1801-ci ildə isə Pravlenskoy küçəsi boyunca ilk daş binalardan ibarət ansambl formalaşmışdır. İşçilər ilə yanaşı, burada azad insanlar (yəni "adi insanlar") da məskunlaşmağa başlamışdı. 1824-cü ildə I Aleksandr memarlar Vasili Stasov, B. Gestoy və L. Ruska tərəfindən tərtib olunmuş "nümunəvi layihələr" əsasında "dövlət hesabına 58 ən çirkin binanın" inşası barədə əmr vermişdi. XIX əsrin sonu — XX əsrin əvvəllərində, şəhərdə atlı-qrenadörlərin leyb-qvardiyası, Ulan və Draqun alayı, eləcə də 148-ci Xəzər Piyada Alayı yerləşirdi. Peterhof yaxınlığında, 1828-ci ildən etibarən Sankt-Peterburqun hərbi-təlim məktəblərində təhsil alan şagirdlər üçün yay düşərgələri təşkil olunurdu.
1825-ci ildən bu torpaqların sahibi imperator I Nikolay olur, o taxta oturduqdan dərhal sonra mülkü həyat yoldaşı Aleksandra Feodorovnaya hədiyyə olaraq verir və bu ərazi onun şərəfinə "Aleksandriya" adlandırılır. 1826-cı ildən memar A. A. Menelas tərəfindən burada mənzərəli park salınır və ikimərtəbəli Kottec sarayı tikilməyə başlayır. 1830–1831-ci illərdə parkda Fermer sarayı, 1835-ci ildə isə memar K. Şinkelin layihəsi əsasında qotik Kapella tikilməyə başlayır.[19]
1828–1830-cu illərdə Sankt-Peterburq prospektinin cənubunda yerləşən boş ərazilərdə Ulan alayının leyb-qvardiyaları üçün kompleks yaradılmışdır. 1830-cu ildə Peterhofun aparıcı memarı A. Şarleman idi; o 1837–1840-cı illərdə Yuxarı parkın önündə qotik üslublu binalardan ibarət kompleks və yanğın stansiyasını inşa etmişdir.
1826-cı ildə heyvanxana İngili parkının cənubuna köçürülür. Yaxınlıqda isə Yeger qəsəbəsi salınmışdır. 1840-cı ildə qəsəbə ərazisində memar İ. Şarleman tərəfindən hazırlanmış layihəyə uyğun olaraq, böyük hərbi xəstəxana inşa edilmişdir.
Eyni zamanda imperator I Nikolay Peterhofun qərbində yerləşən Narışkinlərin yay sarayını əldə edir və buranı qızı Mariya Nikolayevnaya və onun həyat yoldaşı Böyük hersoq Leyxtenberqə hədiyyə olaraq bağışlayır. Memar A. İ. Ştakenşneyder 1839–1842-ci illərdə burada klassisizm üslubunda Leyxtenberqlərin mülkünü inşa edir. Saray ilə yanaşı, Ştakenşneyder burada saray üçün xüsusi Mətbəx və Hofmeyster korpuslarını, 1845–1846-cı illərdə isə mərmərlə örtülmüş kapella binasını ucaldır. Sarayın ətrafında mənzərəli "Leyxtenberq parkı" salınmışdır.
I Nikolayın hakimiyyəti dövründə (1832-ci ildən — 1857-ci ilə kimi) memar A. Ştakenşneyder, mühəndis M. Pilsudski, bağban ustaları P. Erler və P. Arxipov tərəfindən Kolonist parkı yaradılmışdır. 1842–1844-cü illərdə Olqa gölünün adalarında Çariçin (İmperator I Nikolay buranı həyat yoldaşı Aleksandra Fyodorovnaya hədiyyə etmişdir) və Olqa pavilyonları yaranmışdır (pavilyon I Nikolayın qızı Olqa Nikolayevnanın şəxsi istifadəsi və istirahəti üçün inşa edilmişdir).
1836-cı ildə sürətlə böyüyən Kiçik slobodanın (yəni qəsəbənin) adı dəyişdirilərək, "Sankt-Peterburq forştadtı" qoyulmuşdu. 1850-ci ildə şəhərin aparıcı memarı, bundan öncə Verxnesad (Yuxarı bağ; 1847) malikanəsini və Freylin evlərini (1848) inşa etmiş Nikolay Benua təyin olunmuşdu. Onun inşa etdiyi sonrakı çoxsaylı tikililərdən — Saray hospitalı (1853), Poçt binası (1854), Dəmiryol vağzalının (1857) adı xüsusilə qeyd etmək lazımdır.
İmperator I Nikolayın 13 (26) noyabr 1848-ci ildə imzaladığı xüsusi sərəncamına uyğun olaraq, uyezd (qəza) hökuməti Oranienbaum şəhərindən Peterhofa köçürüldü. Şəhər Sankt-Peterburq quberniyasının tərkibində olan Peterhof qəzasının mərkəzinə çevrildi.
Məşhur sahibkar A. Ştiqlitzin təşəbbüsü ilə, 1853–1857-ci illərdə Sankt-Peterburqdan Yeni Peterhof stansiyasına kimi, uzunluğu 30 kilometr olan Peterhof dəmir yolu inşa edilmişdi. Bundan öncə, 1830-cu ildən Peterhof şossesi boyunca kiçik parovoz fəaliyyət göstərirdi. 1854–1857-ci illərdə şəhərin mərkəzində böyük dəmiryol vağzalının tikintisi həyata keçirilirdi. 22 iyul tarixindən qatarların müntəzəm hərəkətinə start verildi. Şəhər sakinləri qatarları "Quğu" (rus. Кукушка) adlandırmışdılar. Biletləri yaxınlıqdaki kotteclərdə yaşayan tələbələr satırdı.[22]
XIX əsrin sonunda şəhərdə iki gimnaziya binası inşa olunmuşdu. 1905-ci ildə, memar B. Sultanovun layihəsinə əsasən, Olqa gölünün sahilində Müqəddəs Pyotr və Pavel kafedralı, onun qarşısında isə — kiçik bir kilsə binası inşa edilmişdir.
Birinci dünya müharibəsi zamanı Peterhofda gizirlərin birinci, ikinci və üçüncü məktəbi yerləşirdi.
1917-ci ilə qədər Peterhof imperatorun əsas yay iqamətgahlarından biri idi, həmçinin burada saray xidmətçiləri, zabitlər və leyb-qvardiya alayının əsgərləri də yaşayırdı.
-
Böyük saraydan parka açılan mənzərə
-
"Monplezir" fəvvarəsi
-
"Piramida" fəvvarəsi
-
"Adəm" fəvvarəsi
Sovet dövrü
[redaktə | mənbəni redaktə et]1918-ci ildə Peterhofun keçmiş imperator sarayları muzey binalarına çevrilmişdi. 18 may 1918-ci ildə Böyük sarayın zallarında fəhlə sinfindən olan işçilər üçün ilk ekskursiya təşkil olunmuşdu. İlk yay ayları ərzində, muzeyi iki mindən çox işçi ziyarət etmişdir.[23] Keçmişdə saray əyanları və saray xidmətçilərinin yaşadıqları çoxsaylı saray binalarında sanatoriya, tətil evləri və uşaq müəssisələri açılmışdır; böyük parklarda isə uşaq meydançaları, estradalar və kitab evləri yaranmışdır.
1936-cı ildə Peterhof Leninqrad Şəhər Şurasının tabeliyinə verilmişdir.
23 sentyabr 1941-ci ildən — 19 yanvar 1944-cü ilə kimi şəhər alman qoşunları tərəfindən işğal edilmişdi. 5 oktyabr 1941-ci ildə Peterhofda eyniadlı dəniz desantı yerləşdirilmişdi. Cəbhə xətti şəhərin qərb sərhədində yerləşən Oranienbaum platzdarm xətti boyunca keçirdi. Hərbi əməliyyatlar nəticəsində, şəhər demək olar ki, tamamilə məhv edilmiş və yandırılmışdı. Burada Aşağı parkın ansamblı daha çox dağıntıya məruz qalmışdı. 30 minə yaxın rəsm əsərləri, dekorativ incəsənət əşyaları və saray kolleksiyasında olan heykəltəraşlıq nümunələri dağıdılmış və ya qarət edilmişdir; fəvvarə və su boru kəmərləri sistemi tamamilə korlanmışdı, parklardakı 10,000 ağac — yəni yaşın massivin üçdə biri kəsilmişdi.
Alman ordusu tərəfindən edilmiş dağıntılar fonunda, şəhərin orijinal alman adı insanlar tərəfindən çox çətin qəbul edilirdi və buna görə də artıq 1944-cü ildə şəhərin adı dəyişdirilərək "Petrodvorets" adlandırılmışdı. Həmin ildə şəhərin, onun saray-park ansamblının və fəvvarə sistemlərinin bərpasına başlanılmışdı. Bərpa işlərində A. A. Ol, V. M. Savkov, Y. V. Kazanskaya, A. E. Gessen, heykəltəraşlar V. L. Simonov, İ. V. Krestovski, N. V. Dadıkin, İ. İ. Suvorov, V. V. Elonen və başqaları, eləcə də bərpaçılardan ibarət böyük bir komanda iştirak edirdi.[20] 17 may 1964-cü ildə, Peterhofun 250-ci ildönümü qeyd olunması çərçivəsində, bərpa olunmuş Böyük sarayın ilk otaqları ziyarətçilər üçün açılmışdı. Bununla belə, dağıntıların miqyası o qədər böyük idi ki, saray ansamblların bir qismi bərpa edilməmişdi.[23] Belə ki, müharibə zamanı əhəmiyyətli dərəcədə zədələnmiş Aşağı daça, parkı ziyarət edən qonaqların təhlükəsizliyini təmin etmək məqsədilə 1961-ci ildə partladılmışdı. Bundan başqa, Böyük Konstantin sarayı və Aleksandriya saray-park ansamblına daxil olan Fermer sarayı da yararsız vəziyyətdə idi. Bütövlükdə müharibədən öncəki şəhərin görünüşü qorunub saxlanılmış və yeni binaların tikintisinə başlanılmışdı. Əsas küçələrdə kiçik iki və üç mərtəbəli evlər inşa edilmişdir. Vağzal və Sovet meydanları yenidən bərpa edilmişdir. Dəqiq texniki daşlar zavodu (keçmiş Kəsmə fabriki) yenidən çalışmağa başlamışdı; əvvəllər saat daşlarını istehsal edən zavod, 1954-cü ildən artıq qol saatlarının istehsalına başlayır.[20]
1960-cı ildə Köhnə Peterhofda Leninqrad Dövlət Universitetinin elmi və akademik şəhərciyinin tikintisinə başladılmışdı. Əvvəlcə, 1971-ci ildə Universitetin fizika fakültəsi üçün ayrıca bir korpus inşa edilmişdi. Daha sonra burada Fizika Tədqiqat İnstitutunun əsas binasının tikintisinə başlanılmış və 1971–1975-ci illərdə artıq hazır binaya tədqiqat laboratoriyaları və fakültənin digər struktur bölmələri köçürülmüşdü. Həmçinin yeni Universitet kompleksinə 70-ci illərin ikinci yarısında Tətbiqi Riyaziyyat Bölümü də köçürülübmüşdü. Yeni yaradılmış korpuslarda riyaziyyat və mexanika mərkəzi, astronomik rəsədxana və hesablama institutu, kimya bölməsi, hesablama riyaziyyatı və nəzarət prosesləri institutu yaradılmışdır. Kompleksdə tələbə yataqxanası, Universitet personalı üçün isə mənzillər inşa olunmuşdu.[24] Bir müddət sonra, buraya A. A. Popov adına Hərbi Elektrotexniki məktəb (hazırda A. S. Popov adına Hərbi-Dəniz və Radio-Texniki İnstitut) köçürülmüşdü.
1960–1970-ci illərdə şəhərdə kütləvi mənzil tikintisi başlamışdı. Şəhərdə yeni məhəllələr, beş-on mərtəbəli yaşayış binaları, məktəblər və ticarət mərkəzləri açılmışdı. İngilis parkının (keçmiş Kadet platzı) yaxınlığında hündür binaların inşasına başlanılmış, ətraf ərazilərdə isə yeni yaşayış massivi salınmışdı.
26 noyabr 1973-cü ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə, Peterhof "şəhər sakinləri tərəfindən saray, muzey və parkların yenidənqurma və inkişafında göstərdikləri kömək və qayğıya görə" "Şərəf nişanı" ordeni ilə təltif edilmişdi.[25]
Müasir dövr
[redaktə | mənbəni redaktə et]1990-cı ildən Petrodvoretsin saray və parkları "Peterhof" bədii və memarlıq saray-park muzey-qoruğunun tərkibinə daxil olur və həmin ildə "Sankt-Peterburqun tarixi mərkəzi və onunla əlaqəli abidələr kompleksi" adı altında YUNESKO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdi. 1997-ci ildə isə "Peterhof" Dövlət Muzey Qoruğu Rusiya xalqlarının mədəni irsinin ən qiymətli abidələr siyahısına qatılmışdı.
Peterhofun zəngin elmi və mədəni potensialı, onun Rusiyanın şimal-qərb regionunda ilk "Naukoqrad şəhər" statusu əldə etməsinə imkan yaratdı. 23 iyul 2005-ci ildə Rusiya Federasiyası hökumətinin müvafiq 449 nömrəli qərarı qəbul edilmişdi.[25]
2005-ci ildə aparılan restavrasiya işlərindən sonra Kolonist parkındakı "Çariçin" və "Olqa" pavilyonları ziyarətçilər üçün açılmışdı. 2004-cü ildə yeni muzeylər açılır — bunlar Velosipedlər və İmperator yaxtaları muzeyləridir, 2007-ci ildə isə unikal "Oyun kartları" muzeyi açılmışdı.[26]
Şəhərin adı
[redaktə | mənbəni redaktə et]Peterhof adı (alm. Peterhof — Pyotrun həyəti) hələ 1705-ci ildə məlumdur. Başlanğıcda bu ad yalnız Monplezir sarayının ətrafındakı rayona verilmişdi, lakin tezliklə o bütün qəsəbəyə yayılmışdır.[17] 27 yanvar 1944-cü ildə şəhərin adı dəyişdirilərək, Petrodvorets qoyulmuşdu. Yeni ad, əslində alman dilindən rus dilinə olan yanlış tərcümə idi.[27] Bununla belə, Yeni Peterhof və Köhnə Peterhof dəmiryol platformalarının adları dəyişdirilməmişdi.
1997-ci ildə "Sankt-Peterburq inzibati-ərazi vahidi haqqında" qanuna dəyişiklik edilmişdir; yeni qanuna əsasən Peterhof iki hissəyə bölündü — Peterhof şəhərinə və Strelna qəsəbəsinə, lakin o zaman edilən dəyişiklik barədə ünvan klassifikatoruna heç bir təqdimat edilməmişdir, buna görə də bəzi sənəd və xəritələrdə şəhərin köhnə Petrodvorets adı yenə də qeyd olunurdu.[28] Tezliklə Sankt-Peterburq şəhərinin Qanunvericilik Assambleyası rəsmi olaraq federal səviyyədə Petrodvorets adının Peterhofa çevrilməsi üçün cəhd göstərdi,[29] ancaq Rusiya Federasiyasının hökuməti öz məktubunda Peterhof şəhərinin Sankt-Peterburqun ərazisində yerləşdiyinə görə, adının dəyişilməsi hüququnun yalnız Peterburq bələdiyyəsində olduğunu bildirmiş və bütün qaranlıq qalan suallara aydınlıq gətirmişdi.[28]
2009-cu ilin may ayında Sankt-Peterburq Dövlət Torpaq Resursları Komitəsinin sərəncamı ilə ünvan klassifikatorunda "Petrodvorets" — orijinal "Peterhof" adı ilə dəyişdirilmişdi.[30] 2009-cu ilin sentyabr ayında Federal Xidmətinin Dövlət Reyestri, Kadastr və Xəritəçəkmə Komitəsi bütün xəritələrdə Petrodvorets adının əvəzinə Peterhof qoyulması haqqda qərar qəbul edilmişdi.[31]
Şəhərin gerb və bayrağı
[redaktə | mənbəni redaktə et]- Peterhofun Gerbi (Sankt-Peterburq quberniyasındakı imperator mülkiyyətinin) 12 mart 1831-ci ildə təsdiq edilmişdir:[32]
Tünd qırmızı qalxan üzərində I Pyotrun qızıl venzelli monoqramı təsvir olunmuşdu |
24 dekabr 1998-ci ildə Peterhof Bələdiyyə Məclisinin 43 saylı fərmanı ilə yeni gerb və bayraq təsdiq edilmişdi. Şəhər rəmzləri 475 №-si altında Rusiya Federasiyası Prezidenti yanında Heraldika Şurası tərəfindən bütün sənədlərdə qeyd olunmuşdu. Müddəadakı mətnə əsasən:[32]
Şəhər bələdiyyəsinin gerbiində qızılı heraldik qalxan üzərində dişli lazur rəngli (göy, mavi) divar, divarın üstündə isə qırmızı sütun təsvir edilmişdir. Qırmızı sütunun üstündə qızılı rənglə I Pyotrun inisialı yazılmış, onun üzərində lazur rəngli lentlərin saxladığı hökmdar tacı göstərilmişdir |
Peterhofun bayrağı 1998-ci ildə təsdiq edilmişdir. Həmin Əsasnamənin mətninə əsasən:[32]
Şəhər bələdiyyəsinin bayrağı 2:3 ölçüyə malik vertikal şəklidə düzülmüş üçrəngli xüsusiyyətə malikdir. Bayraqda soldan-sağa qızılı, qırmızı və lazur-mavi rənglər, mərkəzi qırmızı rəngin üzərində isə gerbidə olduğu kimi Pyotrun tacı və adının inisialları göstərilib |
Hakimiyyət orqanları
[redaktə | mənbəni redaktə et]Sankt-Peterburqun daxili-şəhər ərazisi sayılan Peterhof, federal əhəmiyyəti bələdiyyə tipli şəhərdir. Yerli özünüidarə orqanlarının fəaliyyəti, Nizamnamə əsasında həyata keçirilir. Həmin Nizamnamə Peterhof bələdiyyə şəhərinin bələdiyyə məclisi tərəfindən 5 noyabr 2008-ci ildə 54 nömrəli Qətnamə ilə qəbul edilmişdi.[33]
Müasir yerli özünüidarəetmə orqanı — Bələdiyyə Məclisi 1998-ci ildən fəaliyyət göstərir. 14 sentyabr seçkiləri nəticəsində, 2014-cü ilin yeni V toplantısı seçilmişdi (ümumilikdə 20 üzvdən — birisi Vahid Rusiya, 19 isə Kommunist Partiyasına üzv seçilmişdi). Peterhof şəhərinin başçısı — Bələdiyyə Şurasının sədri, millət vəkilləri arasından seçilmiş Mixail İvanoviç Barışnikovdur (2009-cu ildən).
Yerli özünüidarəetmə icraçı orqanı, yerli icra başçısının rəhbərlik etdiyi Administrasiyadır. 2013-cü ildən bəri, bu vəzifəni Şifman Aleksandr Viktoroviç tutur.[34]
Memarlıq və görməli yerlər
[redaktə | mənbəni redaktə et]"Peterhof" Dövlət muzey-qoruğu
[redaktə | mənbəni redaktə et]Dünya memarlığının və saray-park sənətinin görkəmli abidəsidir. Muzeyin tərkibinə XVIII–XIX əsrlərdə aid saray və park ansamblı — 19 may 1918-ci ildən sonra milliləşdirilmə nəticəsində muzeyə çevrilmiş keçmiş şəhərətrafı imperator iqamətgahı daxildir. Muzey-qoruğu özünün hazırkı statusunu 1990-cı ildə əldə etmişdi.
Muzey-qoruğun tərkibinə daxildir:[35]
"Peterhof" saray-park ansamblı
[redaktə | mənbəni redaktə et]- Böyük Peterhof sarayı
1714–1725-ci illərdə J. B. Leblondun,[36] daha sonralar isə N. Mikettinin layihələri əsasında "Pyotr barokkosu" üslubunda inşa edilmiş sadə çar sarayı, 1747–1752-ci illərdə imperatriça Yelizaveta Petrovnanın sifarişi ilə memar F. B. Rastrelli tərəfindən artıq "yetkin barokko" üslubunda yenidən inşa edilmişdir.[37] Dənizə açılan saray fasadının uzunluğu 268 metrdir. Böyük saray "Peterhof" Dövlət İncəsənət və Memarlıq Saray-Park Muzeyinin tərkib hissəsi hesab olunur. Dənizə açılan saray fasadının uzunluğu 268 metrdir. Sarayın əsas korpusundan hər iki istiqamətə birmərtəbəli qalereya ayrılır. Bu qalereyalar qərb tərəfdən Gerb, şərqdən isə Kilsə korpusu ilə tamamlanır.[38]
- Yuxarı bağ
15 hektar ərazisi olan Yuxarı bağ I Pyotrun dövründə salınmışdır. Hər şeyə özünün praktiki yanaşması ilə tanınan Pyotr buranı tərəvəz məhsullarının əkilməsi üçün bir bitki bağı kimi istifadə edirdi. Yuxarı bağ özünün müntəzəm müasir görünüşünü XVIII əsrin ikinci yarısında əldə etmişdir. Bu zaman, bağda fonranlar yaradılmışdır.
-
Perqola, Yuxarı bağ
-
Freylinlərin evləri
-
Böyük kaskad
-
Böyük Peterhof sarayının Kilsə korpusu
Planda uzunsov üçbucaq şəklində olan Aşağı Park təxminən 102 hektar sahəyə malikdir. Cənubdan şimala uzunluğunun cəmi 500 metr olmasına baxmayaraq, park körfəzinin sahili boyunca qərbdən şərqə düz 2.5 kilometrə uzanır.
İlkin layihəyə görə Böyük kaskadın mərkəzində Lernet hidrasını məğlub edən Heraklın fiquru durmalı idi, lakin inşaat zamanı herakl fiquru şiri məğlub edən Samson fiquru ilə əvəzlənmişdi. Belə bir fikir var ki, Samson fiqurunun ucaldılmasının səbəbi Müqəddəs Sampsoni günündə baş vermiş Poltava döyüşündə rusların isveçlilər üzərində qələbə çalması ilə əlaqədar idi. Şir fiquru həmçinin İsveçlə əlaqələndirilir; məhz bu simvol günümüzdə İsveç Krallığının gerbində təsvir olunub.
I Pyotrun planına əsasən Peterhofun əsas girişi Fin körfəzi ilə Böyük sarayı birləşdirən 600 metrlik dəniz kanalı olmalı idi. Bu zaman Peterhofa şəxsi yaxtaları ilə gələn qonaqlar, saraya daxil olan kimi gözəl görünüşlü Aşağı parkı və Böyük sarayı görməli idilər. Buna görə də I Pyotr Dəniz kanalının sarayın ən dəbdəbəli və təşəxüsslü hissəsi olmasını nəzərdə tutmuşdu. O, bu kanalın ətrafında məşhur təmsillərin mövzularına uyğun olaraq on bir cüt qızılı heykəl formasında fəvvarələrin inşa edilməsini tapşırmışdı.
Görülən işlərin yekunu olan bu keçid xiyabanı həqiqətən də gözəl alındı. Təmsillərin motivləri əsasında inşa edilməli olan fəvvarələrin adi su vurucuları ilə əvəzlənməsi nəticəsində xiyabanın görünüşü nəinki pisləşmiş, əksinə daha aristokratik əzəmətli forma almışdır.[39]
-
Həvva fəvvarəsi
-
Danaida fəvvarəsi
-
Oranjereya
-
Böyük Dəniz Kanalı
"Aleksandriya" saray-park ansamblı
[redaktə | mənbəni redaktə et]- Peyzaj parkı
Aleksandriya (Peyzaj) parkı Peterhof saray kompleksinin Aşağı parkından şərqdə yerləşir və Heyvanlı, Nikolay və ondan Dəniz darvazallarını kəsən daş divar vasitəsiylə ayrılır, digər tərəfdən isə Znamenka malikanəsi ilə sərhədlənir, onun cənub sərhəddi isə Fin körfəzi sahilindəki Peterburq-Oranienbaum (Lomonosov) şossesinə kimi gedib çıxır. Parkın sahəsi 115 hektardır. Dənizkənarı Aleksandriya landşaft parkı iki terrasda — aşağı (sahilyanı) və yuxarı terrasda yerləşir. Burada Kottec, Fermer sarayı və Kapella kimi ansamblın əsas memarlıq strukturları inşa edilmişdir.
- Kottec
Kottec 1826–1829-cu illərdə memar A. Menelas tərəfindən tərtib olunmuş layihəyə əsasən psevdoqotika üslubunda inşa edilmişdir. Mansardlı kiçik iki mərtəbəli bina itibucaqlı fronton, sivrli arkada, erker pəncərə, rozettka, tağlı toqqa, xaççiçək və üçyarpaqlı yonca ornamentləri ilə bəzədilmişdir. Saray interyerlərinin inşası və dekorativ bəzədilməsində İncəsənət Akademiyasının sədri D. B. Skotti, oymaçı V. Zaxarov, naxış ustası M. Sokolov, həmçinin bir çox istedadlı rus sənətkarları, döşəməçilər, dülgərlər, daşçılar və digərləri iştirak edirdi.
- Fermer sarayı
1828–1831-ci illərdə memar A. Menelas tərəfindən Böyük knyaz Aleksandr Nikolayeviç üçün süd ferması nəzdində Pavilyon inşa edimişdir. Daha sonra isə, o, dəfələrlə memar A. İ. Ştakenşneyder tərəfindən yenidənqurma işlərinə məruz qalmışdır. Bunun nəticəsində, sadə pavilyon binası neoqotik üslublu yeni və böyük şəhərdənkənar saraya çevrilmiş və imperator II Aleksandrın ailəsi üçün nəzərdə tutulmuş yay sarayı rolunu oynamağa başlamışdır. Fermer sarayının yaxınlığında uşaq oyunları üçün kiçik kəndli daxma, bağçalı miniatür ferma, su dəyirmanı, yanğın qülləsi və torpaq sipərli qala tikilmişdir. Maraqlıdır ki, məhz burada, yəni Fermer sarayında təhkimçiliyin ləğv edilməsi haqqında sərəncam müzakirə olunmuşdur. Saray binasında həmçinin Rusiyada ilk lift yaradılmışdır, bununla belə o əl ilə qaldırılırdı.
- Qotik kapella
Qotik kapella — Müqəddəs Aleksandr Nevski kilsəsidir və o dövrdə populyar olmuş neoqotika üslubunda inşa edilmişdir.
1829-cu ildə Kottecin tikintisi başa çatdıqdan sonra, ev kilsəsinin tikintisi zərurəti yaranmışdır. Ev kilsəsinin gələcəkdə Aleksandriyanın qərb hissəsində yerləşəcəyi ərazini I Nikolay şəxsən seçmişdir.
Fasad və plan layihələri məşhur Alman memarı K. F. Şinkel tərəfindən həyata keçirilmişdir. Memar A. Menelas tikinti işlərini birbaşa müşahidə edirdi, onun ölümündən sonra (1831-ci ilin sentyabr ayında) isə, bu rol memar İ. İ. Şarlemana həvalə olunmuşdur.
Kolonist parkı
[redaktə | mənbəni redaktə et]Kolonist parkı I Nikolayın hakimiyyəti dövründə (1832-ci ildən — 1857-ci ilə kimi) memar A. Ştakenşneyder, mühəndis M. Pilsudski, bağban ustaları P. Erler və P. Arxipov tərəfindən yaradılmışdır.
- Çariçin pavilyonu
Çariçin pavilyonu parkın dominant tikililərindən hesab olunur və memar A. Ştakenşneyderin layihəsi əsasında 1842–1844-cü illərdə tikilmişdir. İmperator I Nikolay pavilyonu həyat yoldaşı Aleksandra Fyodorovnaya hədiyyə etmişdir. Pavilyonun tərtibat işlərində və planlaşdırmasında imperatriçanın qədim Pompey şəhərinin memarlığına olan lətafəti öz əksini tapmışdır.
- Olqa pavilyonu
Gölməçənin qərb hissəsində Olqa pavilyonu yerləşir. Pavilyon ikinci adada imperator I Nikolayın qızı Olqa Nikolayevnanın şəxsi istifadəsi və istirahəti üçün memar A. Ştakenşneyderin layihəsi əsasında 1846–1848-ci illərdə inşa edilmişdir.
Digər görməli yerlər
[redaktə | mənbəni redaktə et]Şəhərin digər görməli yerləri arasında:[22]
Şəhərin park və saray-park ansamblları
[redaktə | mənbəni redaktə et]Şəhərin şərgində, Aleksandriya parkının cənubunda yerləşən mənzərəli parkın sahəsi 144 hektardır. Parkın əsası memarlar A. A. Menelas, İ. İ. Şarleman və bağ ustası P. İ. Erlerin layihələrinə uyğun olaraq 1832–1836-cı illərdə salınmışdı. Günümüzə kimi parkda yalnız XVIII əsrdə inşa olunmuş iki qarovulçu binası qorunub saxlanılmışdı.
Hovuz, bənd və körpülərlə dolu Peterhofun ilk mənzərəli parkı şəhərin qərb hissəsində yerləşir. Park memar Ck. Kvarenginin və bağ ustası Ceyms Medersin layihəsi əsasında nümunəvi ingilis əmlakı kimi inşa olunmuşdu. Kvarengi park ərazisində İngilis sarayını və Ağcaqayın freymini inşa etmişdi, lakin Böyük Vətən müharibəsi zamanı hər iki tikili məhv edilmişdir. Bütün binalardan yalnız oranjereya və qədim körpü qalıqları qorunub saxlanılmışdır.
- İngilis sarayı (1781–1796, memar Ck. Kvarengi) — ciddi klassisizm üslubunda inşa edilmişdi. Böyük Vətən müharibəsi zamanı saray məhv edilmişdi. Hal-hazırda sarayın birinci mərtəbəsinin xarabalıqları mühafizə edilib və burada bir xatirə lövhəciyi quraşdırılıb. Əsas portikin kapitellərindən birisi Pyotr və Pavel qalasının Peterburq tarix muzeyində saxlanılır.
85 hektar ərazisi olan parkın sərhədləri yoxdur, burada çoxlu şlüz sistemləri, kanal və Bibiqon (Nizino kəndi) istiqamətindəki Samsoniyevski su kanalı xətti boyunca hovuzlar yerləşir. Park 1825–1857-ci illərdə memar A. İ. Ştakenşneyder, bağ ustası P. İ. Erler və mühəndis M. İ. Pilsudski tərəfindən tərtib olunmuş layihələr əsasında salınmışdı. Bir çox tikililərdən, o cümlədən Ozyorki pavilyonundan yalnız xarabalıqlar qalıb. Çəmən parkının demək olar ki, 18 hektar ərazisini 9 hovuz tutur — Böyük Nikolski, Kiçik Samsoniyevski, Qartal, Xarabalıq, Yumuru, Dəyirmanlı, Sapör, Babihoon və Kilsə hovuzları. Bu hovuzlar Peterhof kanalı boyunca Peterhofun Böyük bağı və Aşağı parkındakı fəvvarə və kaskadların su ilə təchiz olunması üçün istifadə olunur. Park və onun tərkibinə daxil olan tikililər 1941–1944-cü illərdə güclü dağıntıya məruz qalmışdı və hal-hazırda tədricən yenidən bərpa olunurlar. Həmçinin Böyük Qərb hovuzunun yaxınlığında yerləşən Nikola adlı kənd evinin, Samsoniyevkada yerləşən Ozyorki pavilyonunun və Əsas şlüzün yaxınlığındakı Çar dəyirmanının yenidən restavrasiyası planlaşdırılır.
- Belveder (1852–1856, memar A. İ. Ştakenşneyder) saray pavilyonu parkın ən cənub hissəsində, yəni Babiqon təpəsində yerləşirdi. Bura imperator ailəsinin piknik mərasimləri üçün nəzərdə tutulmuşdu. Oktyabr inqilabından sonra saray pavilyonu işçilərin istirahət evinə çevrilmişdi. Böyük Vətən müharibəsi zamanı saray pavilyonu ciddi şəkildə dağıntıya məruz qalmışdı; onu bəzəyən çoxlu heykəltəraşlıq qrupları isə qaçılmaz olaraq yox olmuşdu. 1953–1956-cı illərdə aparılan restavrasiya işləri zamanı sarayda yenə istirahət evi açılmışdı. Hal-hazırda sarayda ciddi restavrasiya işləri aparılır.
- Belvederin əsas xüsusiyyətləri: yuxarı qalereyadan Fin körfəzinə, Kronştadt və Sankt-Peterburq şəhərlərinə mənzərə açılır; XIX əsrdə burada xüsusi qaldırıcı maşın fəaliyyət göstərirdi -o, müasir lift bir prototipi idi; əsas giriş hissəsini bəzəyən ornamentlər, hazırkı Aniçkov körpüsündəki heykəltəraşlıq nümunələrini tam olaraq təkrarlayır.
- Oldenburq parkı (1838–1839, memar Vasili Stasov, Znamenskaya küçəsi, 29) — şahzadə P. G. Oldenburqskinin keçmiş yay saray-park ansamblı. Ansambla daxil olan bütün tikililər əsasən müharibə zamanı dağılmışdı.[40]
- "Şəxsi mülk" saray-park ansamblı (1844–1850, memar A. İ. Ştakenşneyder) — müntəzəm və landşaft parkının ahəngdarlığı, neobarokko üslubunda bir saray və barokko üslublu, böyük günbəzli Müqəddəs Üçlük kilsəsi.[40]
- "Sergiyevka" saray-park ansamblı — imperator I Nikolayın qızı Mariya Nikolayevna və həyat yoldaşı hersoq Leyxtenberqə məxsus keçmiş mülk. Memar A. İ. Ştakenşneyder 1839–1842-ci illərdə burada klassisizm üslubunda şəhərdənkənar Leyxtenberq sarayının tikintisinə başlayır. Sarayla yanaşı Ştakenşneyderburada həmçinin Mətbəx və Hofmeyster korpuslarının, 1845–1846-cı illərdə isə mərmərlə örtülü kapellanın (hazırda mövcud deyil) tikintisinə başlayır. Onun ətrafında mənzərəli park salınmışdı.
Şəhər memarlığı
[redaktə | mənbəni redaktə et]- Strukovun daçası (1827–1828, memar V. F. Fedoseyev, Sankt-Peterburq prospekti № 11) — Ulan alayının leyb-qvardiyasında xidmət göstərən poruçik Strukovun evi. Yumuru qüllə ilə tamamlanan kompakt bina, zamanla səadət sarayına çevrilmişdir.
- Poçt binası (1850–1854, memarlar N. L. Benua, A. K. Kavos, Sankt-Peterburq prospekti) — qotika üslubunda bina. Əsas fasad üç oxa bölünüb, iki yan qanad (fligel) isə, sıx yaşıllıq fonunda göy qübbəsini dəlib keçən dişli qüllələrlə həll olunub. Poçtun hər iki tərəfində dişli hasar və bürünc məhəccərli iki darvaza yerləşir. Binanın həyətində isə iki xidmət bina və karetlərin saxlama yerləri yerləşir.
- Saray tövlələri (1848–1855, memar N. L. Benua, Avrova küçəsi, 2) — qotik üslublu imperator tövlələrinin kompleksi. Tikili bir məhəllə ərazini tutur. Yan fasadları iki darvaza və anfilada bəzəyir. Sovet dövründə burada "Petrodvorets" adlı sanatoriya yaradılmışdı.[22]
- Geyrot malikanəsi (1853, memar A. İ. Ştakenşneyder, Nikolskaya küçəsi, 11) — Peterhofun ilk tarixçisi olan Aleksandr Fyodoroviç Geyrotun malikanə kompleksi (taxta yay sarayı və kariatida və şirlərlə bəzədilmiş daş villa). Kompleks Olqa gölünün sahilində inşa edilmişdir.[40]
- Freylin evləri (1853–1858, memar N. L. Benua, Saray meydanı) — neobarokko üslublu 2 bina imperatriçanın köməkçiləri sayılan freylinaların istirahəti üçün nəzərdə tutulmuşdur. Hal-hazırda onların birində "Benua ailəsinin muzeyi" yerləşir.
- Dəiryol vağzalının binası (stansiya Yeni Peterhof) (1854–1857, memar Nikolay Leontyeviç Benua) — vağzalın içərisində iki dəmiryolu xətti keçir, onların ətrafında isə platformalar quraşdırılıb. Qotik üslubda həll edilmiş və dörd yaruslu qüllə ilə bəzədilmiş bina kremli fəvvarəyə bənzəyir.[22]
- Saray hospitalı (1857–1860, memar N. L. Benua) —
- Xruşşovların evi (1870–1880-=ci illər, Pravlenskaya küçəsi, 16–18) — yepiskop Nikolayın (Yaruşeviç) yaşadığı və propil oymalarla bəzədilmiş taxta ev.[40]
- Kişi gimnaziyası (1879, memar E. L. Han, Sankt-Peterburq prospekti, 43) — imperator II Aleksandra məxsus keçmiş progimnaziyanın iki mərtəbəli binası. 1903=cü ildə bina memar A. N. İoss tərəfindən yenidən qurulmuşdu.[41]
- Müqəddəs Apostollar Pyotr və Pavel kafedralı (1895–1904, layihə N. V. Sultanov, inşa V. A. Kostyakov, Sankt-Peterburq prospekti, 32/4) — Olqa gölünün sahilində yerləşən və psevdorus ülubunda inşa edilən pravoslav kilsə. Kafedralın hündürlüyü 60 metrdir, kilsənin beş çadırabənzər qülləsi var.
- Müqəddəs Serafim Sarovski kilsəsi (1904, memar N. N. Nikonov, Oranienbaum şossesi, 11) — "neorus üslubunda" inşa olunmuş beş qülləli və hündür zəngli kilsə, keçmiş Serafim-Diveyev monastırının tərkibində olan bina idi.[40]
- "Leninqrad Müdafiəçilərinin" obelisk-abidəsi (1961).
Şəhərin planlaşması
[redaktə | mənbəni redaktə et]Peterhofun sərhədi, Fin körfəzinin su kənarından Krılov küçəsinin kəsişməsinə doğru, oradan Strelna qəsəbəsinin cənubundan Leninqrad vilayətinin tərkibinə daxil olan Lomonosov rayonunun sərhəddinə kimi uzanır.[42][43]
Şəhər Peterhof dörd tarixi hissədən ibarətdir: Köhnə Peterhof, Orta Peterhof, Yeni Peterhof və Yeger slobodası. Onlar ilkin olaraq çar iqamətgahının yaşayış məntəqəsi kimi ortaya çıxmışdı.[22]
İqtisadiyyat
[redaktə | mənbəni redaktə et]Sənaye və ticarət
[redaktə | mənbəni redaktə et]Peterhofun ən qədim sənaye müəssisələrinin biri — Petrodvorets Saat Zavodu hesab edilir. O, 1721-ci ildə I Pyotr tərəfindən Peterhofun Kəsmə fabriki kimi təsis edilmişdir. Belə ki, zavodun istehsal etdiyi məhsullar Versal, Ermitaj, və Sansusi kimi dünyanın ən yaxşı muzeylərində saxlanılır. 1932-ci ildən, zavod hərbi sənayesi üçün dəqiq texniki daşlar istehsal olunurdu. 1961-ci ildən, zavod SSRİ-də çox yaxşı tanınan və 30-dan çox ölkəyə ixrac edilən "Raketa" saatlarının istehsalına başlayır.[44] Yenidənqurmadan sonra, zavod öz fəaliyyətini əhəmiyyətli dərəcədə azaltmışdı, lakin buna baxmayaraq o, ümumi istehsal həcmini saxlamağa müvəffəq olmuşdu. Həmin saatlar günümüzə kimi həmin zavodda istehsal olunur.
Bundan əlavə, Peterhof ərazisində metalfurnitur zavodu və "Qırmızı Şəfəq" adında quşçuluq zavodu mövcuddur.[45]
Bu gün Peterhof sosial və kommersiya infrastruktur obyektləri ilə tam şəkildə doyub. Şəhərdə fəal şəkildə böyük alış-veriş mərkəzləri açılır.[45]
Şəhər bütün əsas mobil şəbəkə əhatə dairəsinə daxildir.
Nəqliyyat
[redaktə | mənbəni redaktə et]Şəhərdə ictimai avtobus (24 marşrut) və kommersiya taksilərindən (10 marşrutlar) ibarət bir şəbəkə inkişaf edib. Qeyd olunan bu nəqliyyat vasitələrinin marşrutları, Peterhof şəhərini Sankt-Peterburq (metro stansiyaları: "Avtovo", "Kirov zavodu", "Lenin prospekti", "Veteranlar prospekti", "Baltiyskaya"), Lomonosov şəhəri və Leninqrad vilayətinin tərkibində olan Lomonosov rayonunun digər yaşayış məntəqələri ilə birləşdirir.
Peterhofun mərkəzindən Sankt-Peterburq-Kalişşe dəmir yolu xətti keçir. Şəhərdə iki dəmiryol stansiyası (Yeni Peterhof və Köhnə Peterhof) və Universitet platforması var. "Petrodvorets" adlı dəniz limanından "Meteor" və "Raketa" teploxodları Sankt-Peterburqa istiqamət alırlar (gəmilərin Peterburqda son dayanacağı Ermitaj, Kunstkamera və Bürünc atlının yanındadır).[46] Limanın yanında vertolyot meydançası var.
Sosial xidmətlər
[redaktə | mənbəni redaktə et]Mədəniyyət təşkilatları
[redaktə | mənbəni redaktə et]Petrodvoretsdə "Peterhof" dövlət qoruq-muzeyinin elmi kitabxanası, Mərkəzi rayon kitabxanası, Rayon uşaq kitabxanası, 2 kinoteatr, Sankt-Peterburq Dövlət Universitetinin Mədəniyyət və elm sarayı, "Peterhof ilk restavrasiya emalatxanaları" müəssisəsi fəaliyyət göstərir.[45]
Elm və təhsil
[redaktə | mənbəni redaktə et]Şəhərdə 11 orta ümumtəhsil məktəbi və gimnaziya, 14 uşaq bağçası və körpələr evi, A. Rubinşteyn 17 nömrəli Uşaq musiqi məktəbi, 22 nömrəli Uşaq musiqi məktəbi, "Kantorum" nəğmə və musiqi ifaetmə məktəbi, 4–18 yaşlı əqli geriliyi olan uşaqlar üçün 2 saylı məktəb-internat, 148 nömrəli Peşəkar ticarət-iqtisad liseyi, uşaq yaradıcılıq evi və "Peterhof" uşaq-gənclər mərkəzi vardır.[45]
26 iyul 2005-ci ildə Peterhof şəhərinə "Naukoqrad" (elm şəhəri) statusunu təltif edilməsi haqqında Rusiya hökuməti tərəfindən iyul ayının 23-də imzalanmış fərman dərc olunmuşdu.[47] Peterhof iki komponentdən ibarət (elm-təhsil kompleksi və qoruq-muzey) ilk rus elm şəhərinə çevrilir. Şəhərdə bir sıra universitetlərin fakültələri, eləcə də Sankt-Peterburq Dövlət Universitetinin (Petrodvorets təhsil kompleksi) kampusu, A. S. Popov adına Hərbi-dəniz radioelektronika institutu, Rusiya Federasiyası Dəmiryol qoşunlarının hərbi nəqliyyat Universiteti, DİN-in polis məktəbi yerləşir. Naukoqrad statusu Peterhof şəhərinə beş il müddətində verilmiş və elm və mədəniyyəti ilə bağlı müxtəlif obyektlərin tikintisi üçün vəsait ayrılmışdı. Beş il başa çatdıqdan sonra, şəhər əldə etdiyi statusa həqiqətən də layiq olduğunu təsdiqləmək üçün gördüyü bütün işlərin hesabatını verməlidir. Bu işlərin nəticələrinə görə, şəhərin bu statusunun uzadılması və ya məhrum edilməsinə dair qərar veriləcək.
Şəhərin inkişafı və bu inkişafa ayrılmış vəsaitlərlə bağlı bir neçə qalmaqal və tələbə aksiyaları baş vermişdi. 2008-ci ilin sonunda Naukoqrad tərəfindən layihələndirilən yeganə bina — Bərpaçılar məktəbinin tikintisi və açılışı reallaşdırılmışdır.[24]
Səhiyyə və idman
[redaktə | mənbəni redaktə et]Hal-hazırda Peterhofda fəaliyyət göstərən tibbi müəssisələr aşağıdakılardır: Nikolay xəstəxanası, 67 nömrəli tibbi xidmət hissəsi, Sankt-Peterburq Dövlət Universitetinin Tibb Mərkəzi, 67 nömrəli Uşaq poliklinikası, "Petrodvorets" sanatoriyası, müxtəlif pansionatlar, "Petrodvorets" uşaq sanatoriyası, Evsiz insanlar üçün gecələmə şöbəsi,[45] eləcə də çox sayda müxtəlif sahələr üzrə özəl tibbi müəssisələr.
Şəhərdə basketbol, xizəksürmə, üzgüçülük və cüdo üzrə 1 saylı və hokkey üzrə "SKA-Peterhof" adlı ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbi fəaliyyət göstərir.
İdman kompleksinin bazasında yaradılmış "İdman-sağlamlıq mərkəzi" adlı bələdiyyə təşkilatı süni buz örtüyü və üzgüçülük hovuzu ilə təchiz olunub.[45]
Peterhofda anadan olmuş məşhurlar
[redaktə | mənbəni redaktə et]- Aleksey Nikolayeviç (1904–1918) — Onun İmperator Əlahəzrətləri, Çesareviç və Böyük Knyaz, imperator II Nikolayın 5-ci uşağı və yeganə oğlu. Peterhofda anadan olub.
- Anastasiya Nikolayevna (1901–1918) — Böyük Knyajna (Onun İmperator Əlahəzrətləri), imperator II Nikolayın dördüncü qızı. Peterhofda anadan olub.
- Leontiy Benua (1856–1928) — rus memarı, Respublikanın əməkdar incəsənət xadimi. Peterhofda anadan olub.
- Aleksandr Geyrot (1817–1882) — rus generalı, Qavqaz müharibəsinin iştirakçısı, Rusiyanın ən böyük naşirlərindən biridir. Peterhofda yaşayırdı. 1848-ci ildən, Peterhof idarəçisinin baş məsləhətçisi vəzifəsinə təyin olunmuşdu.
- Tatyana Qlebova (1900–1985) — rəssam, Pavel Filonovun tələbəsi. 1966-cı ildən — 1985-ci ilə kimi Peterhofda yaşamışdı. Peterhofda dəfn olunub.
- Albert Kavos (1800–1863) — italyan və rus memarı, bir çox teatrın inşaatçısı, memarlıq üzrə akademik rütbəsinə qədər yüksəlmişdi. Peterhofda vəfat edib.
- Mariya Nikolayevna (1899–1918) — Böyük Knyajna (Onun İmperator Əlahəzrətləri), imperator II Nikolayın üçüncü qızı. Peterhofda anadan olub.
- Mixail Nikolayeviç (1832–1909) — böyük knyaz, Onun İmperator Əlahəzrətləri, rus general-feldmarşalı, imperator II Nikolayın dördüncü oğlu. Peterhofda anadan olub.
- Olqa Aleksandrovna (1882–1960) — böyük qardaşı II Nikolayın hakimiyyəti dövründə Rusiya imperiyasının sonuncu böyük knyaginyası (Onun İmperator Əlahəzrətləri) olmuşdur. Peterhofda anadan olub.
- Anton Qriqoryeviç Rubinşteyn (1829–1894) — rus bəstəkarı, pianoçu, dirijor, ilk rus konservatoriyasının əsasını qoymuşdu. Peterhofda vəfat edib.
- Yeqor Timofeyeviç Sokolov (1750–1824) — memar, inşaatçı, klassisizm üslubunun nümayəndəsi. Peterhofda anadan olub.
- Tatyana Nikolayevna (1897–1918) — Böyük Knyajna (Onun İmperator Əlahəzrətləri), imperator II Nikolayın ikinci qızı. Peterhofda anadan olub.
- Luiza Qustavovna Salome (1861–1937)- yazıçı, psixoanalitik, Z. Freydin dostu. Peterhofda anadan olub.
- Vladimir Vasilyeviç Sterliqov (1904–1973) — rəssam, K. S. Maleviçin tələbəsi. 1963–1965-ci illərdə "köhnə Peterhof" incəsənət məktəbini yaratmışdı. Peterhofda dəfn edilib.
- Lidiya Suxarevskaya (1909–1991) — Teatr və kino oyunçusu, SSRİ xalq artisti (1990)
Qardaşlaşmış şəhərlər
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 http://www.gks.ru/free_doc/2016/oktmo/tom2_oktmo.rar.
- ↑ 1 2 GEOnet Names Server. 2018.
- ↑ https://rosstat.gov.ru/compendium/document/13282 (rus.). Росстат, 2023.
- ↑ 1 2 "Краткий топонимический словарь" (rus və тираж - 32 000). Мысль, Москва. 1966. (#cite_web_url)
- ↑ "Меняем Петродворец на Петергоф". 2013-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-09.
- ↑ Даринский А. В. ""География Ленинграда"". География Ленинграда (rus və страницы - 12-18). Лениздат, Изд. 2-е, испр. и доп. Ленинград. 1982. (#cite_web_url)
- ↑ Даринский А. В. География Ленинграда. — Л.: Лениздат, 1982. — С. 21–29
- ↑ 1 2 "Погода и климат". 2011-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-10.
- ↑ 1 2 Даринский А. В. "География Ленинграда". Художник Ю. П. Мезерницкий; Фото З. П. Гуриненко (rus və страницы - 21-29). Издание Лениздат, Ленинград. 1982. (#cite_web_url)
- ↑ Даринский А. В. "Метеорологическая карта: Атлас Ленинградской области" (rus və страницы - 20-24). ГУГК при СМ СССР, Москва. 1967. (#cite_web_url)
- ↑ Даринский А. В. "География Ленинграда" (rus və страницы - 45-49). Лениздат, Ленинград. 1982. (#cite_web_url)
- ↑ Фёдорова Н. Н. "Охотничье-промысловые звери, птицы и рыбы, Атлас Ленинградской области" (rus və страницы-36-37). ГУГК при СМ СССР, Москва. 1967. (#cite_web_url)
- ↑ ""Невское Время" 8 августа 2009". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-10.
- ↑ "Мой город". 2010-09-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-12-10.
- ↑ "Перепись населения в 2002". 2012-05-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-12-10.
- ↑ "ВПН-2010". 2013-03-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-12-09.
- ↑ 1 2 Топонимическая энциклопедия Санкт-Петербурга. СПб.: Информационно-издательское агентство ЛИК, 2002.
- ↑ Шнява — парусный корабль того времени
- ↑ 1 2 Горбатенко С. Б. Петергофская дорога. СПБ., 2001
- ↑ 1 2 3 Ленинград. Путеводитель. Л., Лениздат, 1977
- ↑ Георги И. Г. "Описание российско-императорского столичного города САНКТ-ПЕТЕРБУРГ и достопримечательностей в окрестностях оного, с планом". Художник Ю. П. Мезерницкий; Фото З. П. Гуриненко (rus). Лига, СПб. 1996. (#cite_web_url)
- ↑ 1 2 3 4 5 "Прогулки по городу". 2017-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-13.
- ↑ 1 2 Гуревич И. М. Петродворец. Большой дворец. Л., Лениздат, 1988
- ↑ 1 2 "Наукоград Петергоф". 2011-01-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-12-11.
- ↑ 1 2 "ПЕТРОДВОРЕЦ (ПЕТЕРГОФ)". 2010-08-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-12-11.
- ↑ http://ourside.ru/content/view/18/55/ Arxivləşdirilib 2015-02-22 at the Wayback Machine Наша сторона Петродворец-Петергоф
- ↑ "Российский гуманитарный энциклопедический словарь. «Петродворец»". 2015-09-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-12-30.
- ↑ 1 2 Меняем Петродворец на Петергоф Arxivləşdirilib 2013-06-06 at the Wayback Machine // Санкт-Петербургские ведомости. — 28 июля 2008
- ↑ И всё-таки Петергоф! // Санкт-Петербургские ведомости. — 07 октября 2009
- ↑ "В новых паспортах будут писать Петергоф, а не Петродворец". 2009-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-11.
- ↑ "Роскартография переименовала Петродворец в Петергоф". 2016-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-11.
- ↑ 1 2 3 "Геральдиум". 2013-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-12.
- ↑ Устав муниципального образования город Петергоф [ölü keçid]
- ↑ "Муниципальное образование город Петергоф". 2017-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-15.
- ↑ "Государственный музей-заповедник «Петергоф»". 2009-07-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-12-12.
- ↑ Ольга Медведкова/Olga Medvedkova: Jean-Baptiste Alexandre Le Blond, architecte 1679–1719 — De Paris à Saint-Pétersbourg Alain Baudry & Cie, Paris 2007, isbn=978-2-9528617-0-0, S. 359.
- ↑ "Архитектура, скульптура, живопись Петергофа" (rus). ГМЗ "Петергоф". 2009. 2016-03-04 tarixində orijinalından arxivləşdirilib.
- ↑ "Русский "Версаль" - Большой дворец и Большой каскад" (rus). SvetkaSarov. 12.12.09. 2022-03-06 tarixində arxivləşdirilib.
- ↑ Морской канал и Аллея фонтанов [ölü keçid], sps78.ru, Yoxlanılıb: 30 avqust 2014
- ↑ 1 2 3 4 5 "Петергофская Дорога. Историко-архитектурный путеводитель". 2012-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-17.
- ↑ "Петергофская гимназия императора Александра II". 2011-09-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-12-16.
- ↑ "Наш Петергоф". 2017-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-17.
- ↑ "Закон Санкт-Петербурга от 25.07.2005 N 411-68 (ред. от 21.07.2008) «О территориальном устройстве Санкт-Петербурга» п.2.14.2. Описание границ города Петергофа". 2012-02-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-12-17.
- ↑ "Петродворцовый часовой завод". 2011-08-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-12-15.
- ↑ 1 2 3 4 5 6 "Жёлтые страницы Санкт-Петербург". 2012-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-15.
- ↑ "Маршруты общественного транспорта Санкт-Петербурга". 2015-09-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-12-15.
- ↑ "Официальный портал администрации Санкт-Петербурга". 2010-08-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-12-14.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Фёдорова Н. Н. "Парки Петродворца". Художник Ю. П. Мезерницкий; Фото З. П. Гуриненко (rus). Лениздат, Изд. 2-е, испр. и доп. Ленинград. 1966. (#cite_web_url)
- Гейрот А.Ф. "Описание Петергофа 1701—1868" (rus). СПб. 1868. (#cite_web_url)
- Гусаров А.Ю. "Памятники воинской славы Петербурга" (rus). СПб 2010, isbn=978-5-93437-363-5. (#missing_pipe); (#cite_web_url)
- Гусаров А.Ю. "Петербург — столица фонтанов: Путеводитель по фонтанам Санкт-Петербурга" (rus). СПб 2008, isbn=978-5-901751-87-9. (#missing_pipe); (#cite_web_url)
- Горбатенко С. Б. "Петергофская дорога: Историко-архитектурный путеводитель" (rus). СПб 2002. (#cite_web_url)
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Муниципальное образование город Петергоф
- Портал по Петергофу
- Петродворец. Прогулки по городу
- Петергоф в Wikimapia
- Новости Петродворцового района в mr-spb.ru Arxivləşdirilib 2008-09-07 at the Wayback Machine
- "Неизвестный Петергоф" цикл передач канала Культура к 300-летию Петергофа Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine