Phulan Devi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Phulan Devi
hind. फूलन देवी
Şəxsi məlumatlar
Doğum tarixi
Vəfat tarixi (37 yaşında)
Vəfat yeri
Vəfat səbəbi güllə yarası[d]
Fəaliyyəti siyasətçi, brigand[d]

Phulan Devi (hind. फूलन देवी, ing. Phulan Devī, 10 avqust 1963[1][2]25 iyul 2001[1], Yeni Dehli) — Hindistanlı siyasi fəal, əslən mediada "quldurlar kraliçası" ləqəbi ilə tanınan bir quldur dəstəsinin lideridir. O, iki dəfə Hindistan parlamentinin üzvü seçilmiş, burada aşağı kasta və toxunulmayanların nümayəndələrinin maraqlarını müdafiə etmişdir. Ehtimal olunur ki, müqavilə qatilləri tərəfindən qətlə yetirilmişdir.

Phulan Devi kəndindən yuxarı kasta üzvləri tərəfindən təcavüz edildikdən sonra quldurlara qoşuldu. 1981-ci ildə onun əmri ilə iki təcavüzkar da daxil olmaqla Behmai kəndinin 22 yüksək kasta sakini öldürüldü. Cinayət Hindistana yayıldı və Devini ölkə daxilində məşhur etdi. Bəziləri, cinayətlərinin çoxunun, xüsusən də aşağı kastalardan əziyyət çəkən qadınlara ədalət gətirmək üçün edildiyini düşünürlər. Ancaq Hindistan hakimiyyəti bunu mif hesab edir[3][4]. Daha sonra o, iki dəfə Samajwadi partiyasının üzvü olaraq seçkilərdən imtina etdi və qalib gəldi. Devinin qatilləri tapılmadı, güman ki, onun öldürülməsi Behmayan sakinlərinin qətliamı üçün qisas idi. 1994-cü ildə həyatına əsaslanaraq "Quldurlar kraliçası" filmi çəkildi.

" “Kömək üçün dəfələrlə əlimi uzatdığımda heç kimi tapa bilmədim. Mənə cani dedilər. Özümü heç vaxt yaxşı insan olaraq görməmişəm, amma cani də deyiləm. Etdiklərim kişilərin mənə yaşatdıqlarını onlara geri qaytarmaq idi. Vəhşi meşədə həyatda qaldım. İndi də mənim yaşadıqlarımı yaşayan insanlara kömək etmək məqsədilə yaşamaq üçün Tanrıya dua edirəm”[5]
Phulan Devi
"

Phulan Devi 1963-cü il 10 avqustda Hindistanın Uttar-Pradeş ştatının Calaun dairəsinin bir kəndində quraq, təsərrüfata yararsız , sənayenin inkişaf etmədiyi , bütün yeniliklərdən geridə qalan bölgəsində dünyaya göz açıb. Baba və nənəsinin vəfatından sonra ailəyə rəhbərlik əmisinə keçir . Lakin əmisi və əmisioğlunun ailəyə məxsus torpaq üzərində ağalıq etməyə çalışması və atasının da buna səssiz qalması Phulan Devinin hələ uşaq yaşında ailəsinin haqqını tək müdafiə etməyə çalışmasına səbəb olur[6].

Phulanın sərt etirazının qarşısını almaq məqsədilə əmisioğlu ona "münasib" ər namizədi tapır və 11 yaşındaykən özündən 20 yaş böyük birilə evləndirilir. Evlilikdən sonra gördüyü şiddət və təcavüz səbəbindən dəfələrlə evdən qaçsa da yenidən ər evinə geri qaytarılmışdır. Bir neçə il sonra ailəsinin yanına qayıtmağa müvəffəq olsa , amma ərindən ayrılmış qadın olaraq cəmiyyətdə xoş qarşılanmır. Etiraz səsini ucaltdığı üçün bu dəfə əmisioğlu tərəfindən oğurluqla şərlənərək həbs etdirilir[7][8]. Həbsdə də şiddət və təcavüzə məruz qalır. Həbsdən çıxdıqdan sonra qulduq dəstəsi tərəfindən qaçırılır və bu dəfə də dəstə rəisinin təcavüzünə məruz qalır, amma öz kastasından olan Vikram adlı quldurla birləşərək rəisi öldürüb dəstəyə birlikdə rəhbərlik etməyə başlayırlar. Phulan Devi həyatında ilk dəfə bir kişiyə güvənir. Birlikdə varlıların evlərin soyurlar, adam qaçırırlar, zorla evləndirildiyi ərinin kəndinə basqın edirlər. Bir nəfəri bıçaqlayıb , onu " yaşlı adamlara kiçik qızlarla evlənməmələri üçün xəbərdarlıqdır" qeydi ilə birlikdə yol kənarına qoyurlar. İki quldur tərəfindən Vikramın öldürülməsi ilə yenidən şiddət və təcavüzlü günlər başlayır. Dostlarının köməyilə düşdüyü vəziyyətdən xilas olduqdan sonra Vikramı öldürənlərin olduğu kəndə gələrək onların təslim olmaqlarını tələb etdi və tələbi yerinə yetirilmədikdə isə 22 nəfəri öldürdü. Bu hadisə "Behmai qətliamı" olaraq anıldı[9]. Bundan sonra üst kastadan olan varlı insanların hədəfə alındığı soyğunlar həyata keçirdi. Beləliklə, Phulan Devi kasıbların , haqqı yeyilənlərin qəhrəmanına çevrildi. Polis də bu iş qarşısında aciz qalmışdı. Phulan Devi 4 il dağlarda qaçaq həyatı yaşayır və nəhayət ki, İndra Qandi hökumətinin 1 il ərzində apardığı danışıqlar nəticəsində bəzi şərtlər irəli sürərək təslim olmağı qəbul edir. Şərtlərə görə özü və adamları asılmayacaq, adamlarına səkkiz ildən çox həbs cəzası verilməyəcək, qardaşı işlə təmin olunacaq[10], haqqı olan torpaqlar isə atasına geri qaytarılacaqdı. 1983-cü ilin Fevralında 8–10 min sevəni qarşısında təslim olur[11]. Məhkəməsi olmadan 11 il həbs həyatı yaşayır. Bu müddət ərzində haqqında kitab yazıldı və film çəkildi. Şiddət və təcavüzə uğraması çox qabardıldığından haqqında çəkilən filmi bəyənmir.

1994-cü ildə həbsdən çıxır , aşağı kastadan olan insanların dəstəklədiyi "Samajwadi" partiyasına üzv olur. Evlənir. 1996-cı ildə parlamentə seçilir. Növbəti seçimdə uduzsa da 1999-cu il seçimlərində yenidən seçilərək parlamentə geri qayıdır.

2001-ci ilin İyun ayında parlament binası önündə sui-qəsd nəticəsində öldürüldü. Qatillər beş atəş, başından üç və bədəndən iki dəfə atəş etdilər, sonra isə Maruti markalı avtomobildə hadisə yerindən qaçdılar[12]. Phulan öldüyü yaxınlıqdakı xəstəxanaya aparıldı. Cinayətində əsas ittihamçı Pankaj ləqəbli Şer Singh Ran idi, daha sonra özü də polisə təslim oldu. Sui-qəsdçi "Behmai qətliamı"-nın intiqamını almaq məqsədilə bunu etdiyini desə də, hadisə şahidləri Phulan Devinin bir neçə insanın silahlı hücumuna məruz qaldığını bildirirlər. Şer Singh Ran 2014-cü ildə ömürlük həbs cəzasına məhkum edildi[13].

Film və avtobioqrafiya

[redaktə | mənbəni redaktə et]

1994-cü ildə Shekhar Kapoor, Mal Sen-ın 1993-cü ildə Hindistanın Phulan Devinin həyat hekayəsi əsasında "Quldurlar Kraliçası: Phulan Devinin Həqiqi Hekayəsi" filmini çəkdi (India’s Bandit Queen: The True Story of Phoolan Devi)[14]. Phulan Devi, hekayəsini çatdırmaqda yanlış olduğuna inanaraq filmdən narazı idi və filmin Hindistanda nümayişinə qadağa qoyulması üçün mübarizə apardı. Hətta film yayılmadığı təqdirdə özünü yandıracağı ilə hədələdi. Nəticədə Phulan ona 40.000 funt sterlinq ödənildikdən sonra etirazlarını bildirdi.[14] Film onun beynəlxalq səviyyədə tanınmasına səbəb oldu. Daha sonra solçu baxışları ilə tanınan hind yazıçısı Arundati Roy, "Böyük Hindistan təcavüzü hiyləsi" adlı məqaləsində Kapuru Phulan Devi obrazından istifadə etməklə yanaşı, onun həyatını və mənasını təhrif etməkdə ittiham etdi[15].

Savadsız olmasına baxmayaraq, Phulan, xarici müəlliflər Mari-Terez Küni və Pola Rambalinin köməyi ilə, "Hindistanın Quldurlar Kraliçası: Hindistanlı bir qadının kəndli qadından beynəlxalq bir əfsanəyə möhtəşəm səyahət" adlı avtobioqrafiyasını buraxdı (The Bandit Queen of India: An Indian Woman's Amazing Journey From Peasant to International Legend)[16].

  1. 1 2 Phoolan Devi // FemBio database (alm.).
  2. Phoolan Devi // MAK (pol.).
  3. "Phoolan Devi: Champion of the poor" (ingilis). BBC. 2001-07-25. 2021-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-26.
  4. "The queen is dead" (ingilis). The Guardian. 2001-07-26. 2012-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-26.
  5. "11 yaşında zorla ərə verildi, 18 yaşında quldur dəstəsinin başçısı, 31 yaşında isə deputat oldu" (az.). moderator.az. 2020-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-14.
  6. Henry Scholberg. Hindi Movie, A Novel. South Asia Books. 1994. 24. ISBN 978-81-7223-097-5.
  7. India today. 26. Thomson Living Media India Ltd. 2001.
  8. "Phoolan Devi, India's Bandit Queen" (ingilis). GoodBye!. 2005-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-26.
  9. Jan Stradling. 12: Phoolan Devi - 'Bandit Queen', freedom fighter, politician // Good Girls Don’t Make History. Pier. 2011. ISBN 978-1-74266-623-5.
  10. John Arquilla. Insurgents, Raiders, and Bandits. 2011. 245–251. ISBN 9781566638326.
  11. "Phoolan Devi the Bandit Queen of India" Arxivləşdirilib 2012-12-10 at the Wayback Machine. The Crime Library (ing.)
  12. "Profile of Sher Singh Rana" (ingilis). Times of India. 2001-07-21. 2019-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-26.
  13. "Убийца «Королевы бандитов» осужден в Индии". Русская служба Би-би-си. 2014-08-14. 2018-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-26.
  14. 1 2 "Obituaries: Mala Sen" (ingilis). The Telegraph. 2011-05-30. 2016-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-26.
  15. Arundhati Roy. "The Great Indian Rape-Trick I" (ingilis). SAWNET - South Asian Women's NETwork. 1994-08-22. 2016-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-26.
  16. Phoolan Devi, Marie-Therese Cuny, Paul Rambali. The Bandit Queen of India: An Indian Woman's Amazing Journey from Peasant to International Legend. Guilford, Connecticut: Lyons Press. 2006. ISBN 978-1-59228-641-6.

Phulan Devi haqqında kitablar

[redaktə | mənbəni redaktə et]
  • Richard Shears, Isobelle Gidley. Devi: The Bandit Queen. Allen & Unwin. 1984. 258. ISBN 978-0049200975.
  • Mala Sen. India's Bandit Queen: The True Story of Phoolan Devi. Pandora / HarperCollins. 1991. ISBN 978-0002720663.
  • Phoolan Devi, Marie-Thérèse Cuny, Paul Rambali. I, Phoolan Devi: The Autobiography of India's Bandit Queen. Little, Brown And Company. 1996. ISBN 978-0316879606..
  • Roy Moxham. Outlaw: India's Bandit Queen and Me. Random House UK. 2010. ISBN 978-1-84604-182-2.
  • Phoolan Devi, Marie-Therese Cuny, Paul Rambali. The Bandit Queen of India: An Indian Woman's Amazing Journey from Peasant to International Legend. Guilford, Connecticut: Lyons Press. 2006. ISBN 978-1-59228-641-6.
  • N. Pugazhendhi. Phoolan Devi. Coimbatore in Tamil translated from Malayalam.
  • John Arquilla. Insurgents, Raiders, and Bandits: How Masters of Irregular Warfare Have Shaped Our World. Ivan R. Dee. 2011. ISBN 978-1-56663-832-6.

Digər mənbələr

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]