Portal:Milad

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
redaktə  

Milad Portalı

Milad bayramı (ivr.חג המולד‏‎, yun. Χριστούγεννα, ing. Christmas, rus. Рождество Христово) — hər il İsanın doğulmasının qeyd edilməsi üçün, əsasən 25 dekabrda keçirilən, geniş mədəni ənənələri olan və bütün dünyada həm də qeyri-xristian olan milyonlarla insan tərəfindən qeyd edilən bayramdır. Xristian liturgik ilinin mərkəzində dayanan bayram, özündə Advent, Kristmastidin on iki günü və on ikinci gecə ayinlərini birləşdirir. Müasir dövrdə Milad bir çox ölkələrdə ümummilli bayram səviyyəsində qeyd olunur, həmçinin, bir çox qeyri-xristian xalqlar da bu bayramı qeyd edirlər.

Baxmayaraq ki, müasir tarixçilər İsanın doğulması hadisəsinin e.ə. 7 və ya 2-ci illər arasında baş verdiyini deyirlər, bu hadisənin ay və gün tarixi dəqiq bilinmir. Onun doğulması haqqında dörd Kanonik İncildən yalnız ikisində məlumat verilir. IV əsrin əvvəllərində Qərb Kilsələri Miladı 25 dekabrda qeyd etməyə başladılar, daha sonra isə bu təqvim Şərq kilsələri tərəfindən də qəbul edildi, lakin, bəzi Şərq kilsələri, Miladı Yuli təqvimi ilə 25 dekabrda qeyd edirlər, ki, müasir Qriqori təqvimi ilə bu tarix yanvar ayına təsadüf edir.

Milad bayramına -1803 gün, -4 saat, -7 dəqiqə, -10 saniyə qalıb
(update)
redaktə  

Seçilmiş məqalə

İsanın doğulması və ya Doğulma hadisəsi İsa peyğəmbərin doğulması hadisəsidir. Bu hadisə haqqında olan əsas mənbələr LukaMatfeyin İncilləri və bir neçə apokrifal mətnlərdir. Kanonik incillər olan Luka və Matfeyin İncillərinə görə İsa İudeanın Betleyem şəhərində, bakirə Məryəmdən dünyaya gəlmişdi. Lukanın təsvir etdiyi hadisədə İsa Məryəm və Cozefin övladı kimi, Betleyemə səfərdən sonra bu şəhərdə dünyaya gəlir. Mələklər onu insanlığın qoruyucusu elan edir, çobanlar isə ona itaət edirlər. Matfeyin təsvir etdiyi hadisədə "zəngin adamlar" ulduzu izləyərək Betleyemə gəlir və yeni doğulmuş Yəhudi Kralınaİsaya hədiyyə gətirir. Kral Herod İsanı öldürmək üçün Betleyemdə doğulmuş bütün körpələri öldürtdürür, lakin İsanı ailəsi Misirə qaçırır və burada Nazaretdə yerləşirlər. Tədqiqatçılar bu iki məlumatın bir-birinə nə qədər uyğun olması və bəzi hissələrinin tarixiliyi məsələsində müxtəlif fikirlərə malikdirlər. Bəzi tədqiqatçılar isə İncillərdəki bu məlumatların teoloji sənədlər əsasında tərtib olunduğunu önə çəkərək tarixiliyin arxa planda olduğunu və xronoloji zamanlamasının mübahisəli olduğunu bildirirlər.

redaktə  

Sitat

“Lenora Mettinqli Uebber"
Milad uşaqlar üçündür. Lakin, o, həm də böyüklər üçündü.
Bu bayramın mühiti soyuğu dəf edərək ürəkləri isidir
redaktə  

Bilirsinizmi

  • ... 1983-cü ildə istehsal olunmuş məşhur "Milad hekayəsi" filmində istifadə olunmuş ev onlayn hərracda $150,000 qiymətə satılmışdır.
  • ... Ağ evdə Milad ağacı bəzədilməsi ənənəsinin əsası 1961-ci ildə Birinci xanım Jaklin Kennedi tərəfindən qoyulmuşdur.
  • ... 1947-ci ildən bəri Oslo şəhəri, Bk-ın II DM-də Norveçi dəstəkləməsinə görə Londonun Trafalqar meydanını Milad ağacı ilə təmin edir.
  • redaktə  

    Seçilmiş şəkil

    Santa Klaus və Xanım Klaus
    redaktə  

    Milad nəğmələri

    redaktə  

    Kateqoriyalar

    redaktə  

    Əlaqəli portallar

    Milad Vikixəbərdə  Milad Vikisitatda  Milad Vikikitabda  Milad Vikimənbədə  Milad Vikilüğətdə  Milad Vikiversitetdə  Milad Vikianbarda
    Xəbərlər Sitatlar Dərsliklər və təlimat kitabçaları Mətnlər Sözlər Dərs resursları Mediafayllar