Qərbi Hindu Konfederasiyası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Tarixi dövlət
Qərbi Hindu Konfederasiyası
1783 — 1795

Qərbi Hindu Konfederasiyası (ing. Western Indian Confederation). Bu konfederasiya Böyük göllər hövzəsində yaşayan hindu qəbilələrinin birliyi olmuşdur. Konfederasiya ABŞ İstiqlal müharibəsindən sonra meydana gəlir.

Bu birliyə regionun bir çox qəbilələri daxil idi. Konfederasiyaya daxil olan qəbilələrin əsasən kəndləri ayrı-ayrılıqda daxil olması hələ qəbilənin tam birliyə daxil olması demək deyildi. Birliyə Mayami, şauni, odjibve , potavatoni, ottava, vaudoti, menomin, delovar, ikonez, ulinoys, minqo, kikap və yuxarı krik qəbilələri daxil idi.

1783-ci ildə hindu qəbilələrinin bir çoxunun başçısı arasında Sandasda konfederasiya yaradılması haqqında anlaşma imzalanır. Hədəf ABŞla danışıq aparmaq olur.Britaniya rəsmi olaraq birliyə qoşulmur, hinduları amerikalıların kəndlərinə edilən hücumlarına qarşı cıxır. Ancaq moxax qəbiləsinin başçısı, Britaniya ordusunun zabiti Djozef Brantı oraya göndərərək ABŞa qarşı onlarla birlikdə olduğunu bildirir¹. ABŞ qonşuluğunda güclü və monlit qəbilələr arası birliyin olmasını istəmirdi. Bu səbəbdən hökumət bu birliyi tanımır. Ohayo ştatı ərazisi 1775-ci ildə hindu qəbilələrinin birliyi tərəfindən imzalanmış Makintoş anlaşmasına əsasən ABŞa verilir. Bir çox qəbilələr isə anlaşmanı tanımayaraq ərazini tərk etmirlər. Bölgəyə kolonistlərin çoxsaylı köçü hinduların narazılığına səbəb olurdu. Bunun nəticəsi idiki,1785–1795-ci illərdə Britaniyalıların dəstəyi ilə Şimal-Qərbi İndiana müharibəsi baş verir. Konfederasiyanın bir sıra qalibiyyətlərinə baxmayaraq sonda məğlub olaraq Qrinvill anlaşmasına qol çəkməli olurlar. Bu Konfederasiya ABŞ və hindu gəbilələri arasındakı sonrakı əlaqələrədə öz təsirini göstərir.

¹↑http://www.tolatsga.org/ojib.html Ojibwe History-Lee Sultzman