Quadalkanal döyüşü

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Quadalkanal döyüşü
İkinci Dünya müharibəsində Sakit okean cəbhəsi
Tarix 7 avqust 1942-9 fevral 1943
Yeri Süleyman adaları
Səbəbi Yaponların cənub istiqamətində irəliləyişi
Nəticəsi Qəti Antihitler koalisiyasının qələbəsi
Münaqişə tərəfləri

 ABŞ
 Avstraliya
 Yeni Zelandiya
 Böyük Britaniya
 Solomon adaları
 Tonqa

 Yaponiya

Komandan(lar)

ABŞ Alexander Vandegrift
ABŞ Richmond K. Turner

Yaponiya Harukichi Hyakutake

Tərəflərin qüvvəsi

60.000 (quru qoşunları)

36.200 (quru qoşunları)

İtkilər

1.768 ölü (quru qoşunları)
4.911 ölü (hərbi dəniz qüvvələri)
420 ölü (hərbi hava qüvvələri)
4 əsir
29 gəmi batmışdır
615 təyyarə vurulmuşdur

24.600-25.600 ölü (quru qoşunları)
3.543 ölü (hərbi dəniz qüvvələri)
1.200 ölü (hərbi hava qüvvələri)
1.000 əsir
38 gəmi batmışdır
683-880 təyyarə vurulmuşdur

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Quadalkanal döyüşü İkinci dünya müharibəsi dövründə Yaponiyanın III əsas müdafiə xəttinin yerləşdiyi region kimi tanınır. Miduey qələbəsindən sonra Amerika Birləşmiş Ştatlarının Hərbi Dəniz Qüvvələri gözlərini Quadalkanala çevirmişdi. Yaponiya imperiyası Solomon adalarına məxsus olan bu adanı ələ keçirdərək adada hərbi hava limanının tikintisinə başlayır. Bu vəziyyət artıq Yeni Qvineyada yaponlarla döyüşən Avstraliya üçün ikinci bir təhlükə demək idi. Yaponiyanın hərbi qüvvələrini Avstraliyadan yayındırmaq məqsədilə ABŞ Hərbi Dəniz Qüvvələri adaya eniş etməyi planlaşdırırlar. Eniş prosesində iştirak edəcək qoşunlar AvstraliyaYeni Zelandiyadan hərəkətə keçirlər. Çimərliyə çıxacaqları zaman yaponların olduqca ciddi bir müqaviməti ilə qarşılaşacaqlarını düşünürdülər. Lakin eniş zamanı yapon əsgərlərindən heç bir səs eşidilmir. Həmin zaman Amerika əsgərləri özlərini xoşbəxt hiss edirlər. Quadalkanalda yaşayan yerli əhalinin köməyi ilə onlar yaponların olduqları mövqelərə qədər irəliləyirlər. Quadalkanal əməliyyatı çox yaşıl bir mühitdə həyata keçmişdir. Yaponlar bu mühitdən məharətlə istifadə edərək düşmən əsgərlərini asanlıqla özlərindən uzaqlaşdıra bilmişdirlər. Amerika əsgərləri irəliləyərkən birdən otların altından çıxan yapon əsgərlərini görərkən ölümdən xilas ola bilmirlər. Gəmilərdən atılan artilleriya atışları və təyyarə bombardmanları sayəsində ABŞ Quadalkanal mövqelərini və tikilməkdə olan hərbi hava limanını qısa müddətdə ərzində ələ keçirməyə nail olur. Dənizçilər hava limanını Miduey döyüşündə həlak olan ilk dəniz aviatoru olan Lofton Hendersonun xatirəsinə Henderson sahəsi (Henderson Field) adlandırdılar. Bu gün Honiara Beynəlxalq Hava Limanı həmin hərbi bazanın yerləşdiyi yerdə yerləşir.

Bu müharibə ilə bərabər Yaponiyanın cənuba doğru olan sürətli irəliləməsi və Yaponiyanın Avstraliyaya təhlükə yaratması dayandırılmışdır.

Tenaru döyüşü

[redaktə | mənbəni redaktə et]

21 avqust 1942-ci ildə Alligator Creek-də (Azərbaycanca: Timsah dərəsi) baş vermiş olan döyüşdür. Bu döyüşə baş verdiyi ərazinin adına görə bəzən də Alligator Creek döyüşü deyilir. Gecə hücumuna keçən yapon qoşunları, ərazinin digər tərəfindəki Amerika qüvvələrinin mövqelərini, daha sonra isə Henderson hava limanını ələ keçirmək üçün, silahlarının uclarına süngü taxaraq Banzai hücumu taktikası ilə hücuma keçmişdirlər. Amerika əsgərləri yaponların bu hücumunu pulemyotlarla dəf etmişdirlər. Döyüş zamanı 41 ilə 44 arasında Amerika əsgəri həlak olarkən, qarşı tərəf yəni ki, Yapon əsgərləri dəfələrlə çox — 774 nəfər əsgər itirmişdirlər. Bu döyüşdən sonra Amerika qüvvələri adaya tam olaraq nəzarəti ələ keçirdirlər və Henderson hava limanını əldə saxlamaq ilə bərabər olaraq və özlərinin hərbi təyyarələri üçün uçuş-enmə zolaqlarını da genişləndirirlər.