Süd vəziləri
Süd vəziləri | |
---|---|
| |
| |
Latınca | Glandula mammaria |
Qrey | subyekt 271 1267 |
Sistem | Xarici sekresiya |
Üzv | Süd yaradıcı vəzi |
Vikianbarda əlaqəli mediafayllar |
Süd vəziləri ya məmələr — (lat. glandulae mammariae s. mammae) — mənşə baxımından tər və piy vəziləri kimi dəri vəzilərindən, forma baxımından borulu-alveollu vəzilərdən olub vəzifə etibarilə qadın cinsiyyət üzvləri ilə sıx rabitədədir və özləri də qadınlarda doğuş prosesindən sonra süd ifraz edir. Qadınlarda və kişilərdə süd vəziləri müxtəlif dərəcədə inkişaf etmişdir.
Qadınların məmələri (süd vəziləri) — lat. mammae femininae; yun. mastos döş nahiyəsində, döş sümüyünün yan tərəflərində, dəri altında, döş vassiyasının üzərində yerləşmişdir. Bunların yuxarı hüdudu 3-cü qabırğaya, aşağı hüdudu 6-cı (bəzən 7-ci) qabırğaya, içəri hüdudu döş sümüyünün bayır kənarına və bayır hüdudu ön qoltuq xəttinə üyğundur. Həddi-büluğa çatmış və doğmamış qadınlarda süd vəziləri yarımkürə şəklində olur; eni 11–12 sm, şaquli ölçüsü 10 sm və qalınlığı 5–6 sm-ə bərabərdir; çəkisi həddi-büluğa çatmış qızlarda 150–200 q və əmizdirən qadınlarda isə iki dəfə artıq olur, hətta 800 q-dək çatır. Süd vəzilərinin şəkli müxtəlifdir; yarımkürə şəklindən əlavə üç şəkildə: nəlbəki şəklində, konusabənzər və keçi əmcəyinəbənzər ya sallanmış şəkildə təsadüf olunur (Martin). Təkrar doğmuş qadınlarda məmələr çox sallanmış olur; bu hadisəyə məmənin enməsi — lat. descensus mammae deyilir.
Süd vəzisinin ortasında 4-cü qabırğaarası sahə ya 5-ci qabırğa səviyyəsində məmə (süd vəzisi) məməciyi — lat. papillae mammae (mamilla - BNA); yun. thele yerləşmişdir. Məməcik piqmentli dəri — məmə dairəciyi — lat. areola mammae ilə əhatə olunmuşdur. Məməciyin hündürlüyü 1 sm-ə bərabərdir, üzərində 10–15 ədəd dəlik — lat. porifactiferi vardır. Süd vəzisi meydançasının eni 4–5 sm-ə çatır; bunun üzərində sancaq başı böyüklükdə 1–15 qabarcıq vardır; bunlar süd vəzisi daurəciyi dərisində yerləşmişdir — lat. glandulae areolares adlanan vəzilərdən başqa bir şey deyildir. lat. Glandulae areolares sekresiya mexanizmi cəhətcə apokrin vəzilərindən hesab olunur, özləri də rudiment halında qalmış əlavə süd vəziləridir; onların axacağı süd vəzisi meydançasına açılır. Süd vəzisinin məməciyini və dirəciyini örtən dərinin rəngi tünd olur, çünki epidermisin dərin qatlarında piqment dənəcikləri vardır. Qızlarda məməciklər və süd vəzisi dairəciyi çəhrayi rəngdə və qabarıqlı, doğmuş qadınlarda isə qonur rəngdə olur. Süd vəzisi dairəciyi və məməcik dərisində tər və piy vəziləri, saya əzələ lifləri vardır. Əzələ liflərinin bir qismi həlqəvarı və digər qismi boylama istiqamətdə gedir. Əzələ lifləri yığıldıqda məməciklər bir qədər sərtləşir, bununla uşaq əmərkən məməciyi ağzında asanlıqla saxlaya bilir.
Aid şəkillər
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]Mənbələr
[redaktə | mənbəni redaktə et]- Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, III cild, "MAARİF" Nəşriyyatı, Bakı — 1982
- Atlas of Human Cardiac Anatomy — Endoscopic views of beating hearts — Cardiac anatomy
- Р. Д. Синельников. Атлас анатомии человека (4 тома)
- Anatomy: Embryologie [ölü keçid]
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Comparative Mammary Gland Anatomy by W. L. Hurley
- On the anatomy of the breast by Sir Astley Paston Cooper (1840). Numerous drawings, in the public domain.