Sergey Semak
Sergey Semak (rus. Серге́й Сема́к, 27 fevral 1976, Sıçanske , Luqansk vilayəti, Ukrayna SSR) - rus futbolçu və məşqçi. 29 may 2018-ci ildən Zenit klubunun baş məşqçisi.
Sergey Semak | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Серге́й Сема́к | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Ümumi məlumatlar | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Tam adı | Серге́й Богда́нович Сема́к | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | Sıçanske , Luqansk vilayəti, Ukrayna SSR | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 178 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | yarımmüdafiəçi | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Əsas ayağı | Sağ | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Klub haqqında məlumat | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Klub | Zenit | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vəzifəsi | baş məşqçi | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Karyerası | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Təltif və medalları | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Klub karyerası
[redaktə | mənbəni redaktə et]Sergey Semak Luqanskdakı idman məktəbini bitirdikdən sonra bir müddət Presnya və Kareliya klublarında çıxış edir. Rusiya yüksək liqasında ilk oyununu 1993-cü ildə 17 yaş 253 günündə Asmaralın tərkibində Jemçujina klubuna qarşı keçirir və qol vurur. O həm də Asmaralın ikinci komandasında da çıxış edirdi.
1994-cü ildə Semak Moskva təmsilçisi ÇSKA-ya transfer olur. Futbolçu karyerasının 10 ilini bu klubda keçirir. İlk dəfə Kuboklar Kuboku yarışında Ferensvoraşla qarşılaşmada meydana çıxır. Sergey Semak paytaxt klubunda çıxış zamanı bir neçə dəfə başqa bir kluba keçmək istəsədə bu baş tutmur. Onu heyətində görmək istəyən komandalar arasında ölkə daxilində Dinamo,Torpeda ilə yanaşı Feyenord, Real Ovyedo kimi xarici klublar var idi.
2003-cü ildə Semak ÇSKA ilə birlikdə ilk dəfə Rusiya çempionu olur. Bundan başqa o daha bir dəfə Rusiya kuboku və Rusiya superkubokuna sahib çıxır.
2005-ci ildə Semak legioner həyatı sürməyə başlayır. Paris Sent-Jermen rus futbolçunu transfer edir.[1] O Parisdə yalnız 1 mövsüm qalır. Bu müddətdə 26 oyun keçirir və 1 qol vurur.
2006-2007 mövsümünü Moskvada keçirən Sergey Semak[2] 2008-ci ilin yanvarında qış fasiləsi zamanı Kazan Rubininə keçir. 2 il sonra 2010-cu ildə Zenit müqavilə bağlayır Bu klubda da daha 3 il çıxış edən futbolçu 2013-cü ildə futbolçu karyerasını bitirir.
Milli komanda karyerası
[redaktə | mənbəni redaktə et]Sergey Semak 1993-cü ildən müxtəlif yaşlar üzrə milli komandalarda çıxış etməyə başlayır. 1994-cü ildə 18 yaşlılar arasında keçirilən Avropa çempionatında Rusiya millisi tərkibində beşinci olur.
Semak əsas millidə ilk qarşılaşmasını 15 noyabr 1997-ci ildə 1998-ci il Dünya çempionatının secmə mərhələsi çərçivəsində play-off oyununda İtaliya qarşı keçirir. İlk qolunu isə 6 iyul 2001-ci ildə Lüksemburqa vurur. 20 avqust 2003-cü ildə İsraillə keçirilən oyundan sonra 2 il milliyə çağrılmır və bir daha 2005-ci ildə Almaniya ilə maçda meydana daxil olur. Daha iki illik aradan sonra 2008-ci ildə yenidən milliyə qayıdaraq komandasını Qazaxıstanla qarşılaşmaya kapitan kimi çıxarır.
2008-ci ildə Avstriya və İsveçrədə baş tutan futbol üzrə Avropa çempionatı Rusiya millisi üçün uğurlu olur. Semak seçmə mərhələdə oynamasada turnirə komandanın kapitanı kimi gedir. ZMilli yarışmanın əsas sensasiyalarından birini həyata keçirərək yarımfinala qədər irəlləyir və bu mərhələdə İspaniyaya uduzaraq Türkiyə ilə birlikdə üçüncü olaraq bürünc medalları qazanır. Semak 1/4 final çərçivəsində Niderlandı məğlub etdikləri oyunda millidə 50-ci maçını keçirir. Milli komandada karyerasını 2010-cu ildə bitirir.[3]
Məşqçilik karyerası
[redaktə | mənbəni redaktə et]Futbolçu karyerasını Zenitdə bitirdikdən sonra Semak klubu tərk etmir və Luçano Spalettinin məşqçilĕr komandasına qoşulur. İtalyan məşqçi istefaya göndərildikdən sonra o qısa müddət baş məşqçi əvəzləyicisi işləyir, daha sonra yerini Andre Villaş Buaşa təhvil verir və yenidən məşqçi vəzifəsinə keçir. Eyniliklə Mirçe Luçeskunun rəhbərliyində də çalışır.
31 avqust 2014-cü ildə Fabio Kapellonun köməkçilərindən biri kimi Rusiya millisinə gəlir. Semak məşqçi kimi Leonid Slutskinin zamanında işləyir. Stanislav Çerçesovun gəlişindən sonra millini tərk edir.
30 dekabr 2016-cı ildə Ufa Sergey Semakla müqavilə bağlayır. Komanda 2017/2018 mövsümündə çempionatda 6-cı yeri tutaraq Avropa liqasına vəsiqə qazandı. Bu klubun tarixində ən böyük uğur idi. Lakin 29 may 2018-ci ildə baş məşqçi ilə yollar ayrıldı.
Ufadan gedişindən dərhal sonra Zenit sabiq futbolçusunun Sankt-Peterburq təmsilçisinin yeni baş məşqçisi təyin edildiyini açıqladı.[4] 2018/2019 mövsümündə Semakın rəhbərliyi ilə "göy-ağ-mavilər" 4 il fasilədən sonra çempion oldu.[5]
Şəxsi həyatı
[redaktə | mənbəni redaktə et]Sergey Semak ailənin 5 oğlan övladında biridir. Atası Boqdan Mixayloviç də vaxtilə futbolçu olmuşdur. Anası Valentina Fyodorvnadır. 2 dəfə evli olub, hazırda Anna Semakla evlidir. İlya (birinci həyat yoldaşı Svetlanadan), Semyon, İvan, Savva adlı oğulları, Varvara,İlariya, Maya (Annanın birinci evliliyindən[6]) adlı qızları var. 2016-cı ildə ailə Tanya adlı fiziki qüsurlu qızı uşaqlığa götürmüşlər.
Uğurları
[redaktə | mənbəni redaktə et]Futbolçu kimi
[redaktə | mənbəni redaktə et]- Rusiya Çempionatı (1) - 2003
- Rusiya kuboku (1) - 2001/2002
- Rusiya superkuboku (1) - 2004
- Rusiya Çempionatı (3) - 1998, 2002, 2004
- Rusiya Çempionatı (1) - 1999
Ümumi : 3
- Rusiya Çempionatı (2) - 2008, 2009
- Rusiya superkuboku (1) - 2010
Ümumi : 3
- Rusiya Çempionatı (1) - 2010, 2011/2012
- Rusiya superkuboku (1) - 2011
- Rusiya Çempionatı (3) - 2012/2013
Ümumi : 3
- Avropa çempionatı (1) - 2008
Məşqçi kimi
[redaktə | mənbəni redaktə et]- Rusiya Çempionatı (1) - 2018/2019
- Rusiya superkuboku (1) - 2019
Ümumi : 1
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Семак перешел в «ПСЖ»". 2019-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-21.
- ↑ "Игрок сборной России Сергей Семак: «Я думал, что уйду из ПСЖ ещё месяц назад»". 2019-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-21.
- ↑ Onun millidə sonuncu oyunu 3 mart 2010-cu il tarixində Macarıstan millisinə qarşı olub.
- ↑ Zenitin yeni baş məşqçisi müəyyənləşdi[ölü keçid]
- ↑ “Zenit” Rusiya çempionu oldu
- ↑ Sergey Semak onun üçüncü həyat yoldaşıdır.