Toyota Prius

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Toyota Prius
Ümumi məlumatlar
İstehsalçı Toyota
İstehsal ili 1997–h.h.
Bazarda
Əlaqəli modellər Lexus CT 200h
Bənzər modellər Honda Insight
Chevrolet Volt
Hyundai Ioniq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Toyota Prius — dünyanın ilk seriyalı istehsal olunan hibrid avtomobilidir. 2005-ci ildə Avropada ilin avtomobili seçilmişdir. Ölçüsü, təchizatı və qiymətinə müvafiq orta sinif avtomobil qəbul edilir.

Gələcəyin motor texnologiyası olaraq görülən hibrid sistemində benzinli və ya dizel bir motor ilə elektrik motoru eynizamanlı çalışır.

Toyota, 1997-ci ildən indiyə qədər dünyada 613300 hibrid avtomobil satışı həyata keçirib. Prius satışları Avropada əhəmiyyətli ölçüdə bir artım göstərərək 2004-cü ildə 8136 ədəddən 2005-ci ildə 18886 ədədə çatmışdır.