Tsaxia Elbeqdorj
Tsaxia Elbeqdorj | |
---|---|
monq. Цахиагийн Элбэгдорж | |
1998 – 1998 | |
Əvvəlki | Mendşeyxan Ensayxan |
Sonrakı | Janlavyn Narantsatrat |
2004 – 2006 | |
Əvvəlki | Nambarın Enxbayar |
Sonrakı | Miyegombn Enxbold |
2009 – 2017 | |
Əvvəlki | Nambarın Enxbayar |
Sonrakı | Xaltmaagiin Battulqa |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Zereg, Xovd, Monqolustan |
Partiya | Monqolustan Demokratik Partiyası |
Təhsili |
Lvov Politexnik Universiteti Kolorado Universiteti Harvard Universiteti |
Fəaliyyəti | siyasətçi, yazıçı, jurnalist, ətraf mühit fəalı |
Həyat yoldaşı | Hacidsurenqiyn Bolormaa |
|
|
president.mn/eng elbegdorj.mn | |
Vikianbarda əlaqəli mediafayllar |
Tsaxia Elbeqdorj (monq. Цахиагийн Элбэгдорж; d. 8 mart 1963) — Monqolustan Prezidenti. 24 may 2009-cu ildə prezident seçilərində qalib gəldi. Demokratik Partiyası üzvü olaraq Monqolustan xalqının inqilabçı partiya üzvü və qərb təhsilli ilk prezidenti. Tsaxia Elbeqdorj, Monqolustan Parlamenti spikerinin köməkçisi olmaqla yanaşı, bir dəfə parlament farksiya lideri, dörd dəfə parlament üzvü və iki dəfə Monqolustan baş naziri olmuşdur.
Tsaxia Elbeqdorj Monqolustanda Demokratiya qəzetinin yaradıcısıdır. Demokratiya qəzeti ölkənin ilk müstəqil qəzeti olmaqla yanaşı ilk müstəqil televiziya kanalının yaradılmasına da kömək edib[1].
Təhsili
[redaktə | mənbəni redaktə et]O, 1979-cu ildə səkkizillik orta məktəbi bitirdi. Daha sonra ailəsi Erdenet rayonuna köçür və o təhsilini Erdenet məktəbində davam etdirir. 1981-ci ildə məzun olur[2] və 1982-ci ildə hərbi xidmətə yollanır. Orduda İnqilabçı Gənclər Birliyinin liderlərindən idi. 1988-ci ildə Monqolustan Silahlı Qüvvələrinin qəzeti olan Ulan Od-da işlədi.
1998-ci ildəki baş nazirlik vəzifəsindən sonra 2001-ci ildə Kolorado Universitetindən məzun oldu. Sonra Harvard Universitetinə daxil oldu. 2002-ci ildə Dövlət idarəçiliyi ixtisası üzrə magistr dərəcəsi aldı[3].[4]
Siyasi karyerası
[redaktə | mənbəni redaktə et]1990, 1992, 1996 və 2008-ci ildə parlamentdə deputat seçildi. Ölkədə insan hüquqları, demokratiya və sərbəst ticarət iqtisadiyyatını müdafiə edərək Monqolustanın yeni konstitusiyasının hazırlanmasına nail oldu. 1996-2000-ci illərdə Parlamentdə ən böyük fraksiyanın lideri idi 1998-ci ildə və 2004-2008-ci illərdə Monqolustan baş naziri vəzifəsini yerinə yetirmişdir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Elbegdorj, Tsakhiagiin" Arxivləşdirilib 2018-12-16 at the Wayback Machine Facts on File. İstifadə tarixi:2015-11-6
- ↑ Mongolian Writers: Tsakhiagiin Elbegdorj, Galsan Tschinag, Byambyn Rinchen [ölü keçid] Memphis, TN: Books LLC. 2010 İstifadə tarixi: 2015-11-5
- ↑ Page, Susan (19 January 2011). "Reagan inspired Mongolia's president to seek democracy" Arxivləşdirilib 2021-05-27 at the Wayback Machine İstifadə tarixi:2015-11-5
- ↑ "Heads of State" Arxivləşdirilib 2015-08-01 at the Wayback Machine Harvard University. İstifadə tarixi:2015-11-5