V Filipp (Fransa kralı)
V Filipp | |
---|---|
fr. Philippe V de France | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1293[1] |
Doğum yeri | |
Vəfat tarixi | 3 yanvar 1322[2] |
Vəfat səbəbi | infeksiya |
Dəfn yeri | |
Atası | IV Filip[3] |
Anası | Navarralı I Janna (Fransa kraliçası)[3] |
Həyat yoldaşı |
|
Uşaqları | |
Vikianbarda əlaqəli mediafayllar |
V Filipp (fr. Philippe de Poitiers) və ya Uzun Filipp (fr. Philippe le Long) (1293[1], Vensen – 3 yanvar 1322[2]) — Fransa və Navarra kralı.[4][5][6][7][8]
Fransa kralı IV Filippin ikinci oğlu olaraq doğulduğu gündən etibarən Puatye qrafı elan edilən Filipp, taxt sırasında ikinci yerdə idi. Özündən yaşca böyük qardaşı Lüdovik, atasının vəfatının ardından 1314-cü ildə taxta oturdu. Ancaq cəmi 2 il sonra hamilə xanımı Klementinayla ilk xanımından dünyaya gələn 4 yaşlı qızı Jannanı geridə qoyaraq vəfat etdi. Uşağın dünyaya gəldiyi 1316-cı ilin noyabr ayınadək kral naibi olaraq krallığı idarə edən Filipp, dünyaya gələn və I Con adıyla kral elan edilən uşağın 5 gün sonra vəfatıyla ölkəni tamamilə ələ aldı. Reyms şəhərində özünü kral elan edən V Filippin yeganə rəqibi, mərhum qardaşının azyaşlı qızı Janna idi. Ancaq qızın azyaşlı olması və atasının kim olmasıyla bağlı gəzən saray şayələri V Filippin taxt iddiasını gücləndirdi.
Atasının səltənətində mərkəzi hakimiyyətə qarşı ayaqlanan Flandriya qraflığı ilə münasibətləri yaxşılaşdırsa da, hakimiyyətini tanımayan İngiltərə kralı II Eduardla münasibətləri pisləşdi. Üstəlik bacısı İzabella İngiltərə kralıyla evli idi və taxt varisi Eduard Vindzorun da anası idi. Buna baxmayaraq münasibətləri heç vaxt düzəlmədi.
1320-ci ildə Normandiyada əhali ayaqlanaraq Pireney yarımadasını müsəlman mavrlardan azad etmə bəhanəsiylə yeni bir səlib yürüşünə başladılar. Ancaq bunun yerinə yerli qala və kilsələri hədəf alan əhali, kral birliklərinə, kilsə rahiblərinə və yəhudilərə hücum edərək cənuba yönəldilər. Yaranan daxili münaqişələri yatırmaq məqsədilə V Filipp bir çox islahat və reformlara imza atdı.
1322-ci ildə V Filipp geridə oğul varis buraxmadan dizenteriya səbəbilə vəfat etdi. Taxta kiçik qardaşı IV Çarlz çıxdı.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Barber, Malcolm. (1981) "The Pastoureaux of 1320." Journal of Ecclesiastical History. 32 (1981): 143–166.
- Duby, George. (1993) France in the Middle Ages 987–1460: from Hugh Capet to Joan of Arc. Oxford: Blackwell.
- Fryde, Natalie. (2003) The Tyranny and Fall of Edward II 1321–1326. Cambridge: Cambridge University Press.
- Holmes, George. (2000) Europe, Hierarchy and Revolt, 1320–1450, 2nd edition. Oxford: Blackwell.
- Housley, Norman. (1992) The later Crusades, 1274–1580: from Lyons to Alcazar. Oxford: Oxford University Press.
- Wagner, John. A. (2006) Encyclopedia of the Hundred Years War. Westport: Greenwood Press.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 http://www.larousse.fr/encyclopedie/personnage/Philippe_V_le_Long/137970.
- ↑ 1 2 https://books.google.fr/books?id=zhqM_Zf2b5EC&pg=PT143&lpg=PT143&dq=date+de+naissance+philippe+V+le+long.
- ↑ 1 2 3 4 5 Kindred Britain.
- ↑ Nirenberg, David. (1996) Communities of Violence: Persecution of Minorities in the Middle Ages. Princeton: Princeton University Press.
- ↑ Jordan, William Chester. (2005) Unceasing Strife, Unending Fear: Jacques de Therines and the Freedom of the Church in the Age of the Last Capetians. Princeton: Princeton University Press.
- ↑ Drees, Clayton J. (2001) The Late Medieval Age of Crisis and Renewal, 1300–1500: a Biographical Dictionary. Westport: Greenwood Press.
- ↑ Burrow, John Anthony and Ian P. Wei (eds). (2000) Medieval Futures: Attitudes to the Future in the Middle Ages. Woodbridge: The Boydell Press.
- ↑ Brown, Elizabeth, A. R. (2000) The King's Conundrum: Endowing Queens and Loyal Servants, Ensuring Salvation, and Protecting the Patrimony in Fourteenth-Century France, in Burrow and Wei (eds) 2000.