Vahid Musayev

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Vahid Musayev
Vahid Abdulla oğlu Musayev
13 avqust 1993 – 25 avqust 1993
ƏvvəlkiSəfər Əbiyev (əvəzedici)
SonrakıMəmmədrəfi Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (51 yaşında)
Vəfat yeri
Vəfat səbəbi öldürülmüşdür
Təhsili
Fəaliyyəti hərbi qulluqçu
Hərbi xidmət
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Rütbəsi
General-mayor

Vahid Musayev (15 noyabr 1947, Bakı8 yanvar 1999, Qobustan) — Azərbaycan Respublikası Müdafiə naziri (1993), general-mayor.

İlk illəri və təhlisi

[redaktə | mənbəni redaktə et]

Vahid Abdulla oğlu Musayev 15 noyabr 1947-ci ildə Bakı şəhərində anadan olub.

1955-ci ildə 176 №-li orta məktəbə getmiş, 1966-cı ildə həmin məktəbi fərqlənmə ilə bitirmişdi.

1966-cı ildə Bakı Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə qəbul olub və 1971-ci ilədə fərqlənmə diplomu ilə həmin fakültəni bitirib.

1978–1981-ci illərdə Leninqrad Ali Hərbi Akademiyasında təhsil alıb.

1971-ci ildən zabit kimi Gürcüstan SSR-də hərbi xitmətə başlamışdı. Gürcüstanda xidmətdə olarkən hərbi karyerasını davam etdirmək qərarına gəlib.

1981–1984 Gürcüstan (Axalkalakidə) , 1984–1986 Afrika (Maputu), 1986–1988 Ukrayna (Jitomir), 1988–1990 Ukraynada (Vladimir-Volınskiy) hərbi xidmətdə olmuşdur.

Vladimir-Volıniski vilayətindən 1990-cı ildə deputat seçilib.

1992-ci ildən Azərbaycan Müdafiə Nazirliyində hərbi xidmətdə olmuşdur.

Azərbaycan Respublikası Müdafiə nazirinin müavini və müdafiə naziri olmuşdur (1994).

8 yanvar 1999-cu ildə Qobustan həbsxanasında təşkil olunmuş qiyam zamanı qətlə yetirilib.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]