Vevetl
Naviqasiyaya keç
Axtarışa keç
Vevetl (astek Huehuetl) — Meksika yerli zərb aləti. Asteklər və digər mədəniyyətlər tərəfindən istifadə olunur. Əllə və ya taxta çubuqla ifa olunur.
Alət
[redaktə | mənbəni redaktə et]Bu zərb aləti Mezoamerikada yaranmış və tez-tez asteklər ilə tarasklar tərəfindən istifadə olunurdu.[1] Vevetl döyüşçü yığıncaqları kimi festivallarda ifa olunurdu. Bu zərb alətinin özü çuxurlu ağac gövdələrindən hazırlanmışdır və buna görə də müxtəlif ölçülərdə olmuşdur. Davulun altına tez-tez heyvanların və döyüşçülərin oymaları da həkk olunurdu. Vevetlın üst hissəsi üçün istifadə olunan dəri əsasən oselotlardan əldə olunurdu.[2]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Beristain, S. "Teponaztli, An Ancient Percussion Instrument". Journal of the Acoustical Society of America. 134 (5). 2013: 4158. Bibcode:2013ASAJ..134.4158B. doi:10.1121/1.4831237.
- ↑ Beristain, Sergio. "Ancient Aztec drum, the Huehuetl". The Journal of the Acoustical Society of America. 137 (4). 2015-04-01: 2318. Bibcode:2015ASAJ..137.2318B. doi:10.1121/1.4920460. ISSN 0001-4966.
Əlavə ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Coe, Michael D. (2002); Mexico: From the Olmecs to the Aztecs London: Thames and Hudson.