Xəlifə sultan əl-Hüseyni
Xəlifə sultan əl-Hüseyni | |
---|---|
fars. سید علاءالدین سلطانالعلماء آملی | |
| |
1623/1624 – 1632 | |
Əvvəlki | Salman xan Ustaclı |
Sonrakı | Mirzə Talıb xan |
1645 – 1654 | |
Əvvəlki | Sarı Tağı |
Sonrakı | Məhəmməd bəy Təbrizi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1592/1593 |
Doğum yeri | İsfahan (əslən Amül) |
Vəfat tarixi | |
Vəfat yeri | Əşrəf, Mazandaran |
Fəaliyyəti | alim |
Atası | Mirzə Rəfi əd-Din Məhəmməd |
Anası | Adı açıqlanmayan Mərəşi zadəgan qadın |
Həyat yoldaşı | Xanağa bəyim |
Dini | islam |
Xəlifə sultan əl-Hüseyni (1590, İsfahan – 1654, Behşəhr, Mazandaran ostanı) — Səfəvilər dövründə vəzir, sonra baş vəzir (1645-1648).
Həyatı
[redaktə | mənbəni redaktə et]Əsl adı Seyid Əlaəddin ibn Mir Rəfiəddin Məhəmməd bin Mir Şücaəddin Hüseynidir. Xəlifə sultan kimi tanınırdı. Xəlifə sultan Təbriz şəhərində anadan olmuşdu. Seyid əsillidir. Onlara Mərəşiyyə seyidləri deyirdilər. I Şah Abbas Səfəvinin anası tərəfdən qohumu idi.
I Şah Abbas Səfəvinin vaxtında vəzir idi. Şah Səfi hakimiyyətə gəldikdən sonra 1632-ci ildə onu həmin vəzifədən kənarlaşdırdı. Onun yerinə Mirzə Əbutalib xan Ordubadi təyin olundu.
I Şah Abbas Səfəvinin vaxtında adi vəzir olan Xəlifə sultan 1645-ci ildə, II Şah Abbas Səfəvi tərəfindən vəziri-əzəm vəzifəsinə yüksəldi.[1] Gürcü müəllifi Parsadan Qorqicanidze yazır: "Qorçubaşı Canı xan etimadəddövlə Mirzə Tağını öldürdü. Onun ölümünün səkkizinci günündə etimadəddövlə vəzifəsini Xəlifə sultana verdilər.[2] II Şah Abbas Səfəvinin hakimiyyətinin ilk illərindəki daxili çəkişmələr dövləti zəiflətmiş və onun fəal xarici siyasət aparmaq imkanlarını məhdudlaşdırmışdı.
Xəlifə sultan əl-Hüseyni 1653-cü ildə Mazandaranda vəfat etdi.