Yetkinlik dövrü

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Yetkinlik (puberty), insanlarda baş verən "yetkinliyə ilk addım" dövrüdür. Yetkinlik, uşaqlıq dövrü ilə yetkinlik dövrü arasında olan keçid dövrüdür. Yetkinlik, insanda uşaqca hərəkət və davranışlarının yerini yetkinlik hərəkət və davranışlarının aldığı, cinsiyyət bacarıqlarının qazanıldığı, insanın yetkin roluna psixoloji olaraq hazırlandığı dövürdür. Uşaqlıq dövrü olaraq adlandırılan yaşlarda, sosial cəmiyyət şüuru (super-eqo) inkişaf etməmişkən, yetkinlik dövrünə girən gənclərdə ictimai qəbullanmaq, bir qrupun tərkibi olma (super-eqo və eqo) anlayışları inkişaf edir. Bədən hormonlarından cinsiyyət ilə əlaqəli olan (sekonder cinsi hormonları) estrogen və ya androgenlərin yaranması bu dövürdə pik həddə çatdığından yetkin insanın psixologiyasında səbəbsiz yerə dəyişikliklər baş verir. Yetkinlik dövrü insanlarda əsas 5 dövürdən biridir. Lakin alimlərin yetkinlik dövrü ilə əlaqəli fikirləri sadəcə uşaqlar müəyyən bir yaşa gəldikdə bu dövürə girəndə və sadəcə yavaş-yavaş yetkinlik qazandıqları üçün BMTalimlər yetkinlik dövrünə girənlərin hələ də uşaq olduğunu qəbul edirlər.

Ümumi olaraq 12–21 yaş arası yetkinlik dövrü olaraq adlandırılır.

Yetkinliyə giriş yaşı; genetika (ailə içi), irq, sosial-iqtisadi şərtlər (uşaq yaşda evləndirmə, ağır fiziki yük altında işlədilən uşaqlar) və iqlim kimi faktorlardan təsirlənir. Bəzi qara dərili qəbilələr və qədim ərəblərdə yetkinlik dövrü iqlimin təsiri ilə daha tez baş verərkən Şimali yarımkürədə Norveç, Finlandiya kimi az Günəş alan soyuq yerlərdə yetkinlik yaşı daha gec başlayır.

Yetkinlik dövrü üçün dəqiq bir yaş həddi olmasada ümumi olaraq qızlar 9–13 yaş arasında oğlanlardan daha tez yetkinlik dövrünə girirlər. Bu səbəblə həyatın bu dövründə qızlar oğlanlardan fiziki olaraq bir neçə il əvvəl inkişaf edirlər.

Yetkinlik dövründə baş verən fiziki dəyişikliklər

[redaktə | vikimətni redaktə et]

Qızlarda fiziki yetkinlik dəyişikliyi

Bu dövrdə qızlarda döş, omba kimi bəzi yerlər genişlənir. Yeniyetmənin bədəni yetkin bir qadın bədəninin formasını almağa başlayır. Yeniyetmənin yumurtalıqlarında yumurta çoxalması olduğundan heyz başlayır.

Oğlanlarda fiziki yetkinlik dəyişikliyi

Bədən çəkisi 7–20 kq artır. Boyları 10–30 sm uzanır. Səs qalınlaşmağa başlayaraq kişiyə xas şəkildə formalaşır və eyni zamanda boğaz inkişaf edir. Dəri yağlanır və sızanaq yaxud çivzə çıxır. Pubertal irəliləyiş adı verilən boyda uzanma, həcmdə isə böyümə baş verir. Əzələ toxuması artaraq orqanizmə iri kişi görünüşü verir. Penis xaricində genital sahə, döş və ayaqlar kişiyə xas şəkildə tüklənir və üzdə bığ və saqqal çıxmağa başlayır.