Yulaf
Yulaf | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Klad: Fəsilə: Klad: Yarımfəsilə: Tribaüstü: Triba: Yarımtriba: Cins: Yulaf |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Yulaf (lat. Avena) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki cinsi.
Tarixi
[redaktə | vikimətni redaktə et]Bu bitki buğda və arpa ilə müqayisədə daha gəncdir. Onu bizim eramızdan əvvəl ikinci minillikdə becərməyə başlamışlar. Uzun illər ərzində yulaf alaq otu sayılırdı, yalnız şimal bölgələrdə daha davamlı olaraq həmin əkin sahələrində becərilməyə başlamışdır.
Xarakteristikası
[redaktə | vikimətni redaktə et]Yulaf dəyərli ərzaq və yem bitkisidir. Onun qida və yem keyfiyyəti dənin yüksək biolojidəyərilə müəyyənləşdirilir. Yulafın zülalında buğdanın zülalından 10 faiz artıq əvəzedilməz amin turşusu olan lizin (384 mq/100 q) mövcuddur. Yulafın dənində yağın miqdarı 6,2 faizə bərabərdir, bu da digər dənli bitkilərdəki yağın miqdarından artıqdır (çovdar – 2,2 faiz, buğda – 2,5 faiz). İstifadə istiqamətlərinə uyğun olaraq yulafın dəninə spesifik texnoloji tələblər irəli sürülür. Belə ki, uşaq qida məhsullarının istehsalına yönəldilmiş dənin turşuluğu 5 qraddan artıq olmamalıdır. Yarmaya emal zamanı əhəmiyyətli tələblər irəli sürülür: özəyin çəki payı (63 faizdən az), digər mədəni bitkilərin dənlərinin tərkibi və xırda dənlərin payı (5 faizdən artıq) olmamalıdır. Spirt istehsalında yulafın mayaya emal zamanı əsas göstəricilər kimi dənin naturası və onun 5-ci günündə cücərmə qabiliyyəti (90 faizdən az olmayaraq) nəzərə alınır. Yemlik taxıla natura üzrə yüksək tələblər irəli sürülür.
Növləri
[redaktə | vikimətni redaktə et]- Avena abyssinica
- Avena barbata
- Avena brevis
- Yulafca (Avena fatua L.)
- Avena nuda
- Əkin yulafı (Avena sativa L.)
- Avena sterilis
- Avena strigosa
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Linney K. Genera plantarum eorumque characteres naturales, secundum numerum figuram, situm, & proportionem omnium fructificationis partium. 5 Stokholm: 1754. S. 34. doi:10.5962/BHL.TITLE.746
- ↑ Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 79.